İsrail Müdafiə Qüvvələri HƏMAS-ın İsrailə qarşı təşkil etdiyi Aqsa tufanı əməliyyatında həyatını itirənlərin sayının 600-ə yüksəldiyi açıqlayıb.
ABŞ-ın İsraildəki səfirliyi isə səhər saatlarında bildirib ki, indiyədək ən azı 100 İsrail vətəndaşı və əsgəri əsir götürülüb. Bəyanatın davamında səfirlik 300-dən çox israillinin öldüyünü, 1800-dən çoxunun isə yaralandığını bildirir. İsrail hələlik əsirlərlə bağlı ABŞ-ın açıqladığı rəqəmləri təsdiqləməyib.
Fələstin Səhiyyə Nazirliyi İsrailin bombardmanı nəticəsində 313 nəfərin öldüyünü, 2000-dən çox adamın isə yaralandığını bildirib.
İsrail ordusu qarşıdurmalarda yüzlərlə HƏMAS üzvünün öldürüldüyünü və əsir götürüldüyünü bildirib.
TAHİR