HƏMAS-ın silahlı qanadı şənbə günü səhər İsrailə qarşı yüzlərlə raket atdı və bununla maydakı toqquşmalardan sonra əldə olunan atəşkəsə son qoydu. Raket hücumundan sonra çoxlu silahlı HƏMAS yaraqlısı İsrailə daxil olub.
İsrail ordusu isə HƏMAS-a qarşı əməliyyata başlayıb. Son məlumata görə, İsrail ordusu Qəzzada HƏMAS-ın komanda mərkəzini vurub.
Bununla yanaşı İsrail Qəzzada fələstinliləri bölgədən ayrılmağa və sığınaqlara çəkilməyə çağırıb: “Biz sizə və ailənizə zərər vermək istəmirik. Təhlükəsizliyiniz üçün evlərinizi tərk edin. Aziz məscidinin yaxınlığındakı Dərəc məhəlləsinin sakinlərini təcili olaraq evlərini tərk etməyə çağırırıq”.
TAHİR