İsraillə Fələstin müharibəsinə daha bir ölkə qoşulub. Livan İsrail ərazisinə raket zərbəsi endirib. İsrail ordusu isə əks hücuma keçib.
İsrail ordusu Livandan İsrail ərazisinə raket hücumu edildiyini açıqlayıb. Livanın Şeyx dağlarının cənubundakı Şeba qəsəbəsi ilə üzbəüz yerləşən İsrail ordusuna aid müşahidə məntəqəsinin hədəfə alındığı bildirilib.
Ordudan verilən yazılı açıqlamada Livanda fəaliyyət göstərən Hizbullah silahlıları tərəfindən İsrailə silahla atəş açdığı bildirilib. Bunun ardınca Livan ərazisindən İsrailə doğru raketlərlə hücum edildiyi qeyd edilib.
Qeyd olunub ki, İsrail artilleriya bölmələri hücumun edildiyi Livan ərazisindəki hədəfləri vurub. Livan yerli mətbuatında da Kefr Şuba bölgəsi və yaxın ətrafının ağır zərbələrə məruz qaldığı bildirilib.
"Haaretz" qəzetinin müxbiri Gideon Levy "Əl-Cəzirə"yə deyib ki, İsrail iki, bəlkə də üç cəbhədə döyüşməli olacaq: “Bu İsrailin əvvəllər heç vaxt qarşılaşmadığı bir vəziyyətdir".
Tahir TAĞIYEV