Bazar günü günü, 19 aprel 2026
     

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

Image


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

XİN-dən verilən xəbərə görə, çıxış zamanı konstruktiv fikir mübadiləsi və qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlərin müzakirəsi platforması kimi MDB-nin rolu və əhəmiyyəti vurğulanıb.

MDB üzv dövlətləri ilə iqtisadiyyat, investisiyalar, ticarət, nəqliyyat və kommunikasiya istiqamətləri üzrə həyata keçirilən fəal əməkdaşlıqdan bəhs olunub.

Bu xüsusda, 2023-cü ildə Azərbaycan ilə MDB üzv dövlətləri arasında ticarətdəki müsbət dinamikanın ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndiyinin göstəricisi olduğu diqqətə çatdırılıb.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə MDB üzv dövlətləri ilə beynəlxalq bazarlar arasında tranzit-nəqliyyat-logistika sahəsində etibarlı tərəfdaş rolunu oynadığı bildirilib. Bu imkanların daha da təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən dəmir yollarının modernizasiyası, Ələt beynəlxalq dəniz ticarət limanının potensialının genişləndirilməsi, Ələt azad iqtisadi zonasının inkişafı istiqamətində aparılan aktiv fəaliyyətlərdən bəhs olunub.

MDB üzv dövlətləri arasında qarşılıqlı inam və anlaşmanın, mehriban qonşuluq əlaqələrinin gücləndirilməsində humanitar sahə üzrə əməkdaşlıq və mübadilələrin rolunun danılmaz olduğu qeyd edilib.

MDB-nin təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, idman və gənclər sahələri üzrə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq üçün uğurlu format olduğu diqqətə çatdırılıb.

Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 2025-ci ildə MDB Oyunlarına ev sahibliyi edəcəyi xatırlanıb və bu məqsədlə ölkəmizdə aparılan aktiv hazırlıq işlərindən danışılıb. Eyni zamanda, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusu hüququ əldə edilməsi məqsədilə Azərbaycanın Laçın şəhərinin namizədliyinin irəli sürüldüyü qeyd edilib.

2025-ci ildə İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 80-ci ildönümü ilə əlaqədar qəbul edilmiş müvafiq tədbirlər planının Azərbaycan tərəfindən dəstəkləndiyi bildirilib, ölkəmizin sözügedən qələbənin qazanılmasına verdiyi önəmli töhfədən danışılıb.

Cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində ölkəmizdə aparılan hazırlıq işlərindən bəhs olunub. COP29-un Azərbaycanda təşkilinin həmçinin MDB çərçivəsində yaşıl enerjiyə keçid məqsədli səylərin gücləndirilməsinə və bu sahədə əməkdaşlığın inkişafına təkan verəcəyinə dair əminlik ifadə olunub.

Bir daha MDB-nin üzv dövlətlər arasında əməkdaşlıq mexanizmi kimi rolu qeyd edilib və iclasın işinin məhsuldar olacağına ümidvarlıq ifadə olunub.

ZÜMRÜD




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?

Avropa Birliyi Ermənistana 2-ci “xüsusi missiya” göndərdi...

Türkiyədə “terror olmayan” məktəb qətliamları-ailənin, təhsilin,ya cəmiyyətin problemi...

SON XƏBƏRLƏR

19.04.2026 / 23:42
Hörmüz boğazında gərgin anlar - ABŞ İran gəmisini vurdu…

19.04.2026 / 23:18
İtaliya Avropa Birliyini Rusiyadan neft-qaz alışını bərpa etməyə çağırdı…

19.04.2026 / 22:52
İran ABŞ-a meydan oxudu… Trampın təhdidlərinə sərt cavab – “O kimdir ki…”

19.04.2026 / 22:15
İran ABŞ-la danışıqların ikinci mərhələsini rədd etdi - blokadanı qaldırın sonra…

19.04.2026 / 21:58
Avropada enerji böhranı gərgin həddə çatdı - 20 günlük yanacaq qaldı, uçuşlar ləğv edilir…

19.04.2026 / 21:22
Husilərdən Trampa Bab əl-Məndəb təhdidi - “… bağlaya bilərik”

19.04.2026 / 18:20
Avropada İsrailə qarşı sanksiya hazırlığı – 5 ölkə hərəkətə keçdi…

19.04.2026 / 17:34
"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar" - Hakan Fidan

19.04.2026 / 17:12
İran aprelin 30-da ABŞ və İsraili vura bilər - ABŞ-dan gizli əməliyyat… Milyardlarla dollarlıq sistemlər İordaniyaya daşınır…

19.04.2026 / 16:55
İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 3468-ə çatdı…

19.04.2026 / 16:29
Latviya və Litva Moskvaya gedən Fitsonun təyyarəsinə hava məkanını bağladı…

19.04.2026 / 16:14
Vuçiç Prezident İlham Əliyevə zəng etdi

19.04.2026 / 16:10
Lukaşenkodan Trampa xəbərdarlıq – yanılırsız, xidmətçi-imperator görüşü heç vaxt olmayacaq…

19.04.2026 / 14:48
Ukrayna “Neptun” raketi ilə Taqanroqda Rusiyanın hərbi zavodunu vurdu

19.04.2026 / 14:22
Tramp ailəsi Tiflisdə 70 mərtəbəli lüks göydələn tikəcək…

19.04.2026 / 13:26
Türkiyədəki ildırım hadisəsi ilə Azərbaycanda baş verən analoji hadisələr arasında riyazi bağlılıq var...

19.04.2026 / 13:23
Antalya Forumunda ən önəmli nüans - Əliyevin ikitərəfli görüş mesajları, "nala-mıxa döyənlərin" düzəni... Aydın Quliyev yazır...

19.04.2026 / 11:19
İran spikerindən ABŞ-a açıq Hörmüz mesaj - İran gəmiləri keçə bilmirsə, digərləri də keçə bilməz…

19.04.2026 / 10:35
Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

19.04.2026 / 09:42
Ceyhun Bayramov Tailanda getdi

18.04.2026 / 21:49
Kiyevdə naməlum şəxs mağazada insanları girov götürdü - ölən və yaralanan var…

18.04.2026 / 21:30
Azərbaycan və Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

18.04.2026 / 20:46
ABŞ Pakistan vasitəsilə İrana yeni təkliflər göndərdi…

18.04.2026 / 20:34
ABŞ-da sirli olay - gizli layihələr üzərində çalışan alimlər müəmmalı şəkildə yoxa çıxır…

18.04.2026 / 19:45
İrandan gətirilən narkotiki Bakıya aparanlar Beyləqanda yaxalandı

18.04.2026 / 19:20
Ukraynadan Rusiyaya ağır zərbə - Qara dənizdə üç hərbi gəmi vuruldu…

18.04.2026 / 18:56
Trampdan Hörmüzün yenidən bağlanmasına ilk reaksiya - Bizi şantaj edə bilməzlər…

18.04.2026 / 18:23
Livanla İsrail arasında atəşkəs pozuldu – fransız sülhməramlılar bombalandı…

18.04.2026 / 18:07
Zelenski Lukaşenkonu ABŞ-ın Maduronu oğurladığı kimi oğurlamaqla hədələdi

18.04.2026 / 17:52
Gəncədə sexdən 2 min manatlıq oğurluq edən şəxs saxlandı

18.04.2026 / 17:17
Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

18.04.2026 / 16:32
Hörmüzdə gərginlik yenidən artdı – İran boğazdan keçməyə çalışan gəmiləri vurdu...

18.04.2026 / 16:17
İrandan ABŞ-a Hörmüz cavabı - "Tramp bir saata 7 yalan sığdırdı"...

18.04.2026 / 16:04
Mehdiabadda ağır qəza: avtomobildə sıxışıb qalan sürücü belə xilas edildi - VİDEO

18.04.2026 / 15:55
Mehriban Əliyeva Antalyada “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı paneldə iştirak edib - FOTO

18.04.2026 / 15:36
Belçikadan ŞOK ETİRAF… AB Ukraynadakı müharibəni 2030-a qədər uzatmağı hədəfləyir – “Ukraynalıların qanı biz vaxt qazandırır"…

18.04.2026 / 15:10
Azərbaycan–NATO uzunmüddətli əməkdaşlığı Antalyada müzakirə edildi

18.04.2026 / 14:42
İran Hörmüz boğazını yenidən bağladı və ABŞ-la danışıqlardan imtina etdi – blokada ləğv edilməsə…

18.04.2026 / 14:25
Ukrayna Rusiyanın sənaye şəhərlərini və limanlarını vurdu…

18.04.2026 / 14:08
Daha iki ABŞ konqresmeni 907-ci düzəlişin ləğvi təşəbbüsünə qoşuldu...

18.04.2026 / 13:31
“Hörmüz düyünü” Trampın planlarını alt-üst edir – Rusiya neftinə yeni güzəşt qərarı…

18.04.2026 / 12:44
"Hazırda yaşadığımız sülh şəraiti yeni imkanlar yaradır" - Prezidentin xüsusi nümayəndəsi

18.04.2026 / 12:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərindən görüntülər paylaşılıb - VİDEO

18.04.2026 / 12:15
Hikmət Hacıyev venesuelalı nazir müavini ilə görüşdü

18.04.2026 / 12:09
İsrailə arı hücumunun riyazi sirləri

18.04.2026 / 11:54
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

18.04.2026 / 11:38
Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə təqdim edilib - FOTO

18.04.2026 / 10:50
Şirvanda narkotik dövriyyəsini təşkil edən 5 nəfər saxlanıldı

18.04.2026 / 09:47
Azərbaycan nefti 104 dollara düşdü...

18.04.2026 / 09:20
Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir...

18.04.2026 / 08:55
Bu gün Başlıbel faciəsindən 33 il ötür

17.04.2026 / 22:17
Rusiyadan inanılmaz çağrı - dəhliz açılsın...

17.04.2026 / 21:41
Ermənistanda Avropanın "anti-Azərbaycan" missiyası əvəzinə "anti-Rusiya" müşahidəçiləri?..

17.04.2026 / 21:28
Rusiya yeni ağır problem içində - əməkçi miqrantlardan asılılıq kəskinləşdi...

17.04.2026 / 21:09
Neft bahalaşır, bizdə ÜDM kiçilir - normal deyil...

17.04.2026 / 20:50
Tramp İsrailə sərt xəbərdarlıq etdi - bunu qadağan edirəm, bəsdirin artıq...

17.04.2026 / 20:37
Antalyada Prezident İlham Əliyevlə Ərdoğanın görüşü keçirilib - FOTO

17.04.2026 / 20:29
Ermənistanda Konstitusiya qovğası yenidən qızışır, Azərbaycan mövzusu gündəmdə…

17.04.2026 / 20:23
İran Hörmüz boğazını yenidən açdı - Tramp Tehrana təşəkkür etdi...

17.04.2026 / 20:07
Parisə toplaşan erməni diasporu Paşinyan haqda gözlənilməz qərar çıxardı...

17.04.2026 / 19:40
"Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir" - Hikmət Hacıyev

17.04.2026 / 19:24
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün kisənin ağzını açdı

17.04.2026 / 19:24
Əhliman Əmiraslanov və Səməd Seyidov Antalya Forumunda iştirak edir - FOTO

17.04.2026 / 19:16
Solçular Tramp əleyhinə beynəlxalq birlik yaradır

17.04.2026 / 18:48
Bakıda narkoman təcili yardım maşını sürürmüş - HƏBS EDİLDİ...

17.04.2026 / 18:35
ABŞ-la sülh perspektivi İran elitasını parçaladı…

17.04.2026 / 18:34
Trampın "gizli İran planı" deşifrə edildi – iki məsələ Ağ Evi çətin vəziyyətə saldı...

17.04.2026 / 18:06
TRIPP layihəsinə İran əngəli davam edir – səbəb tək müharibəmi?

17.04.2026 / 17:36
Buraxılış imtahanının nəticələri açıqlandı - 3 nəfər maksimal bal toplayıb

17.04.2026 / 17:07
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

17.04.2026 / 16:24
Prezident İlham Əliyev Antalyada Şahbaz Şəriflə görüşdü - FOTO

17.04.2026 / 16:08
Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşdü...

17.04.2026 / 16:00
Prezident İlham Əliyev və Mehriban Əliyeva Antalyada Diplomatiya Forumunun açılış mərasimində - FOTO/YENİLƏNDİ

17.04.2026 / 15:33
"Regionun problemləri bölgə ölkələri tərəfindən həll olunmalıdır" - Prezidentin köməkçisi

17.04.2026 / 15:07
Rusiya Ankara və Yalova zavodlarını hərbi hədəflər sırasına aldı...

17.04.2026 / 14:48
Prezidentin köməkçisi: "Türkiyə-Azərbaycan əməkdaşlığı regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biridir"

17.04.2026 / 14:43
Azərbaycan bu addımı müharibədən dərhal sonra atdı, BMT hələ indi başlayır...

17.04.2026 / 14:36
"Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri qlobal enerji təhlükəsizliyinə xidmət edir" - Hikmət Hacıyev

17.04.2026 / 14:29
"44 gün -Tarixi zəfər"in 4-cü cildi Sabirabad və Saatlı şəhidlərinin ailələrinə təqdim olunub

17.04.2026 / 13:36
Ermənistandan Azərbaycana 960 dollarlıq nə mal idxal olunub?...

17.04.2026 / 13:27
10 minlərlə arı İsrailə basqın etdi -olaya “Allahın qisası” deyənlər var...

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

XƏBƏR ARXİVİ