Cümə günü, 13 noyabr 2026
     

Respublika “Xatirə kitabı” İsmayıllının Gəraybəyli kəndinin Qarabağda itkin düşmüş gənci barədə hazırladığı sənədli povesti təqdim etdi… - FOTO

Image


Yolumuz dağlar qoynunda yerləşən əsrarəngiz İsmayıllı rayonunun ovcunda yerləşən Gəraybəyli kəndinədir. Təxminən 150 evlik bir oba olan Gəraybəylini məşhurlaşdıran, dillərdə dastan edən, onu ziyarət yerinə çevirən isə bu yurdun qorxmaz, cəsur, vətənpərvər övladı, Qarabağ savaşında itkin düşmüş və hələ də əzizləri tərəfindən yolu gözlənilən Xəqani Eyvaz oğlu Əkbərovdur.

Bizim Gəraybəyliyə səfərimiz təsadüfi deyildi. Xəqani Əkbərovun 51 yaşına təsadüf edən səfərimizdə qəhrəmanın döyüş və keçdiyi həyat yolundan bəhs edən və Mədəniyyət Nazirliyinin Respublika “Xatirə kitabı” redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi olan “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən nəşr edilən, müəllifi tanınmış jurnalist-publisist Nəzirməmməd Zöhrablı olan  “Gözlər yoldan yığılarmı...” sənədli povestinin də təqdimat mərasimi keçirildi. Özü də tədbir yeni tikilən və 2019-2020-ci tədris ilində şagirdlərin ixtiyarına verilən Gəraybəyli kənd orta məktəbində baş tutdu.

Məktəbin foyesində X.Əkbərovun xatirəsini əks etdirən fotoşəkillər ağ, qırmızı qərənfillərin əhatəsində sanki onu anıb gələn hər kəsi salamlayırdı. “Gözlər yoldan yığılarmı...” kitabı da qəhrəmanı anıb gələnlər üçün təsəlli dolu bir xatirə idi, kitaba toxunan hər kəs elə bil kitaba deyil, kitablaşan Xəqaniyə toxunurdu, onunla hal-əhval tuturdu...

X.Əkbərovun ad gününə və “Gözlər yoldan yığılarmı...” kitabının İsmayıllı ictimaiyyətinə təqdimat mərasiminə həsr edilən tədbirdə  Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru, tanınmış ictimai xadim, şairə, “Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədova, “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü, tanınmış ictimai-siyasi xadim Aydın Quliyev, “Gözlər yoldan yığılarmı...” nəşrinin redaktoru, tanınmış qələm adamı, yüzlərlə kitabın redaktoru və müəllifi Zülfüqar Şahsevənli, kitabın müəllifi Nəzirməmməd Zöhrablı, X.Əkbərovun dayısı, görkəmli hüquq işçisi, el ağsaqqalı, ziyalı Rəsul Səfərov, qardaşı Knyaz Əkbərov, rayon ziyalısı, tanınmış jurnalist Lətifə Əliyeva, şəhidin komandiri olmuş Qasım Həsənov, rayon hərbi komissarlığının nümayəndəsi, İsmayıllı Peşə Məktəbinin direktoru Zaur Muradov, Əlillər və Veteranlar Şurasının sədri Vidadi Zərbiyev, İsmayıllı Şəhər Bələdiyyəsinin sədri, İcra Hakimiyyətinin nümayəndələri, bütövlükdə isə rayon ictimaiyyəti iştirak edirdi.

  • “Mən Xəqanini həyatdan köçmüş hesab etmirəm, inanıram ki...”

Tədbiri giriş nitqi ilə açan “Gözlər yoldan yığılarmı...” kitabının redaktoru Zülfüqar Şahsevənli bildirdi ki, “Xatirə kitabı” redaksiyası Azərbaycan dövlətinin ərazi bütövlüyü, torpaqlarımızın düşməndən müdafiə olunması yolunda şəhid olan, itkin düşən Vətən övladlarının xatirələrinin əbədiləşdirilməsi, onların unudulmaması üçün müxtəlif istiqamətlərdə işlər görür. Redaksiyanın həyata keçirdiyi layihələrin ən mühümlərindən biri isə “Bakı-Xəbər” qəzeti ilə birgə gerçəkləşdirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən serial kitabların nəşr edilməsidir. Z.Şahsevənli qeyd etdi ki, N.Zöhrablının qələmə aldığı “Gözlər yoldan yığılarmı...” nəşri bu seriyadan olan sayca 3-cü kitabdır. 2017-ci ildən bu silsilədən olan kitabların nəşr edildiyinə başlandığını deyən Z.Şahsevənli vurğuladı ki, buna qədər də “Xatirə kitabı” redaksiyası tərəfindən saysız iş görülüb. Redaksiyanın uzun və şərəfli yol keçdiyini qeyd edən natiq bildirdi ki, “Xatirə kitabı”nın fəaliyyəti bütün respublikanı əhatə edir və qurum tərəfindən abidəyə çevrilən möhtəşəm kitablar nəşr edilib. “Xalqa, dövlətə təmənnasız, böyük sevgi ilə xidmət göstərən “Xatirə kitabı” redaksiyasının nəşr etdiyi kitablarda respublikanın hər yerindən itkin düşən, şəhid olan vətən övladları haqqında məlumatlar var. Bu nəşrlərdə hətta Birinci Dünya Müharibəsində itkin düşənlərin siyahıları var, kimin harada itkin düşməsi haqqında məlumatlar qeyd olunub. Bu redaksiya çox böyük işlər görüb, Rusiyanın, eləcə də keçmiş SSRİ respublikalarının arxivlərində tədqiqatlar aparıb, II Dünya Müharibəsində itkin düşən, həlak olan qəhrəman Azərbaycan övladları haqqında məlumatları üzə çıxarıb nəşr ediblər. Bu nəşrlərdə II Dünya Müharibəsində həlak olan, itkin düşən azərbaycanlıların harada dəfn edildiyi, harada itkin düşdüyü haqda tam dəqiq məlumat var. Bizim heç ağlımıza da gəlməzdi ki, XX əsrin sonlarında torpaqlarımız mənfur ermənilər tərəfindən işğala məruz qalacaq və torpaqlarımızın müdafiəsi uğrunda yüzlərlə Vətən övladı şəhid olacaq, itkin düşəcək, bunun nəticəsində də “Xatirə kitabı”nın yeni cildləri meydana gələcək. “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən yazılan kitablar nəşr edilməmişdən əvvəl Aydın Quliyevin rəhbərlik etdiyi “Bakı-Xəbər” qəzeti vasitəsilə oxuculara, ictimai rəyə təqdim edilir. İndiyə qədər üç şəhidimiz haqqında kitab nəşr edilib. Maraqlıdır ki, hər üç kitabın qəhrəmanı nişanlı oğlanlardır, onların yaşları 20-25 arasındadır, həyatdan nakam köçüblər. Mən Xəqanini həyatdan köçmüş hesab etmirəm, inanıram  ki, bu gün 51 yaşını qeyd etdiyimiz Xəqani nə vaxtsa qayıdacaq. Onun haqqında Nəzirməmməd Zöhrablının yazdığı kitabın redaktoru olmuşam, o, şəhidin anasının oğlu ilə bağlı keçirdiyi duyğuları çox təsirli şəkildə qələmə alıb. Bu səhnəni oxuyanda öz anam və digər gözüyaşlı analar gözlərim qarşısına gəldi. Anaların çoxunun gözü yoldadır. Bu gün Azərbaycanın böyüyən oğullara çox böyük ehtiyacı var. Çünki Vətən oğulların çiynindədir”.

X.Əkbərovun qəhrəmanlıq dolu döyüş yolundan, yarıda qırılan yaralı həyatından söhbət açan Z.Şahsevənli vurğuladı ki, ölkəmizin çox qəhrəman, cəsur övladı var, onlardan biri də şəhid olduğu, yaxud itkin düşdüyü qaranlıq qalan X.Əkbərovdur.

Sonra Z.Şahsevənli sözü “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə verdi.  

  • “Mən təklif edərdim ki, Gəraybəyli kənd orta məktəbinə Xəqani Əkbərovun adı verilsin”

“...Nəzakət xanımın rəhbərlik etdiyi Respublika “Xatirə kitabı” çox müqəddəs bir işlə məşğuldur. II Dünya Müharibəsindən indiyə qədər əsir düşən, itkin sayılan, Azərbaycanın müxtəlif bölgələrindən olan Vətən övladlarımız haqqında məlumatların toplanması, nəşr edilməsi bu redaksiyanın rəsmi olaraq ana vəzifəsidir. Ancaq redaksiya özünün ana missiyası ilə paralel olaraq heç də ondan geri qalmayan, onunla bərabərlik təşkil edən digər bir işi də aparır. Bu da Qarabağ müharibəsində bizim itkin düşmüş, şəhid olmuş qəhrəman oğullarımızla bağlı ayrıca olaraq bu cür silsilə kitabların yazılmasıdır. Bu, sadəcə, bir əsər, publisistik nümunə, hekayə, roman deyil, bu həm də həmin qəhrəmanın, həmin şəhidin keçdiyi həyat, döyüş yolunun yenidən maddiləşdirilməsi, yenidən əbədiləşdirilməsi, yenidən dəyərləndirilməsi və insanların yaddasında onların əbədi olaraq abidəsinin qoyulması üçün atılan bir addımdır. Mən heç şübhə etmirəm ki, hətta bu kitab yazılana qədər də mərhum Xəqaninin ruhunu, xatirəsini lazımi qədər qiymətləndirmisiniz, onu unutmayıbsınız, siz belə bir həmyerlinizin olduğunu bilirdiniz və onunla qürur duyurdunuz. Amma kitabın yazılması bir sistemdir, bir konsepsiyadır. Bu kitab gələcək nəsillərin, eləcə də Azərbaycanın digər yerlərində yaşayan insanların hətta Xəqaninin valideynlərini, yaxınlarını tanımasa belə, onun haqqında məlumat ala biləcəyi qiymətli bir mənbədir. Bu çox lazımlı bir işdir ki, Qarabağ müharibəsində fədakarlıq, igidlik göstərən Azərbaycan oğullarını yaşamağından, yaxud şəhid olmağından asılı olmayaraq, bütün Azərbaycan tanısın. Bu şəhidlik təkcə İsmayıllının naminə olan şəhidlik deyil, o, bütün Azərbaycan üçün şəhid olub. Xəqani bütün Azərbaycan üçün nümunə yaratdı getdi. Ona görə də belə əsərlərin yazılması həm tarixi, həm də çox böyük mənəvi əhəmiyyəti olan bir işdir. Şəhidlikdən Vətən başlayır, şəhidlikdən xalqımız yenidən doğulur, çünki hər bir şəhid öz şəhidliyi ilə nəyin uğrunda şəhid olduğunu aydın şəkildə göstərib gedir. O göstərir ki, onun arxasında Vətəni var, Vətənini qorumaq üçün şəhid oldu. O göstərir ki, namusunu, qeyrətini qoruduğu ana-bacısı var, onun üçün şəhid oldu. O göstərir ki, onun arxasında namusuna, şərəfinə ana-bacısı qədər hörmət qoyduğu xalqının namusu, qeyrəti var və onun üçün şəhid olub, onun üçün ölümə gedib. Ona görə də şəhidlər bizim üçün hər zaman qiymətlidir, onlar bizim üçün dəyərə çevrilib. Kimliyindən asılı olmayaraq, hər bir insan canını fəda edən şəhidlərin xatirəsini uca tutmalı, nəyə malikdirsə, buna görə həmin şəhidlərə minnətdar olmağı bacarmalıdır. Çünki şəhid torpağın altına getməklə torpağın üstündəki dəyərləri yaşadır, bu xalqı yaşadır”.

N.Məmmədovanın rəhbərlik etdiyi redaksiyanın şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində  müqəddəs bir işlə məşğul olduğunu qeyd edən A.Quliyev bildirdi ki, bu müqəddəs missiyanın həyata keçirilməsində “Bakı-Xəbər”in kollektivinin də xüsusi rolunun olması qürurvericidir.

Bu missiyaya özünün müqəddəs bir işi kimi baxdığını deyən A.Quliyevin sözlərinə görə, kitabın nəşr edilməmişdən əvvəl hissə-hissə rəhbərlik etdiyi qəzetdə çap olunması onun Azərbaycan xalqı və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan, itkin düşən insanların ruhu qarşısında göstərdiyi bir xidmətdir. “Yaxşı bir söz var: şəhidlər ölməsə, Vətən dirilməz. Bu çox qiymətli bir sözdür. Çünki şəhidlərin ölümü ilə təkrarən Vətən yaşayır, xalqımız yenidən doğulur... Mən sizin hamınıza təşəkkür edirəm ki, belə qəhrəman, fədakar oğul böyütmüsünüz, o oğulun xatirəsini həmişə uca tutmusunuz, əziyyət çəkib onun işığına yığışmısınız. Bu kitab sizə, sadəcə olaraq, bir daha xatırlatdı ki, sizin belə bir qəhrəman həmkəndliniz var. Əminəm ki, onun xatirəsini qiymətləndirmək lazım gələndə Gəraybəyli camaatı özündən asılı olan heç nəyi əsirgəməyəcək.

Toplaşdığımız Gəraybəyli məktəbi təzə tikilərək sizin ixtiyarınıza verilib. Mən təklif edərdim ki, Gəraybəyli kənd orta məktəbinə Xəqani Əkbərovun adı verilsin. Şəxsən mənim əlimdə ixtiyar olsaydı, bu məktəbə şəhidin adını verərdim. Ona görə ki, gələcəkdə bu məktəbə qədəm basan şagirdlər bilsinlər ki, adı bu məktəbə verilən oğlan kim olub, həyatının hansı çağında, nəyin xatirinə, kimlərin xatirinə şəhid olub” - deyə A.Quliyev qeyd etdi.  

  • “Biz Xəqaninin yolunu həmişə ümidlə gözləyirik”

Z.Şahsevənli tədbiri davam etdirərək bildirdi ki, dağlara söykənən balaca bir kənddə X.Əkbərov kimi qəhrəman oğullar doğulub və yenə də doğulacaq. A.Quliyevin təklifinə dəstək olan Z.Şahsevənli də Gəraybəyli kənd orta məktəbinə X.Əkbərovun adının verilməsinin vacibliyini qeyd etdi, sonra isə sözü X.Əkbərovun dayısı, el ağsaqqalı Rəsul Səfərova verdi. R.Səfərov əvvəlcə qonaqları salamladı və bacısı oğlunu yada salanların hər birinə təşəkkür etdi. Xəqaninin müharibəyə könüllü getdiyini deyən R.Səfərovun sözlərinə görə, o, müharibədə şücaətlə döyüşüb, itkin düşüb. Hələ də Xəqaninin yolunu gözlədiklərini deyən R.Səfərov qeyd etdi ki, X.Əkbərov itkin düşdükdən sonra o, Xəqaninin qardaşı Knyaz Əkbərovla birgə bir neçə ay onun döyüşdüyü əraziləri qarış-qarış gəzib, eyni zamanda, müxtəlif təşkilatlara sorğu verməklə bacısı oğlundan bir soraq almaq istəyib, lakin heç bir informasiya əldə edə bilməyib. “Mən bu kitabı diqqətlə, qohumlarımın, həmyerlilərimin onun haqqında söylədiyi xatirələri kövrələ-kövrələ oxudum. Müəllif bu kitabda Xəqaninin bütün cizgilərini o qədər ustalıqla təsvir edib ki, hətta bu, onu görməyən şəxslərdə də onun haqqında aydın təsəvvür yaradır. O, gələcək, yoxsa gəlməyəcək, bunu bilmirik, amma biz Xəqaninin yolunu həmişə ümidlə gözləyirik” - deyə R.Səfərov vurğuladı.

“Xatirə kitabı” redaksiyasının nəşr etdirdiyi kitabların bir vətənpərvərlik örnəyi olması ilə yanaşı, həm də bu kitabların qəhrəmanları abidələşdirən nəşrlər olduğunu deyən R.Səfərov qeyd etdi ki, bu kitabları oxuyan yeni nəsillər özlərini qəhrəman Vətən oğullarına bənzədəcəklər.

  • “Şəhidlər haqqında kitab yazmaq o qədər çətindir ki...”

X.Əkbərovun komandiri olmuş Qasım Həsənov da onun cəsur döyüşçü, vətənpərvər bir gənc olduğunu qeyd etdi.

X.Əkbərovun orta məktəb müəllimi Hafiz müəllim çıxış edərək şagirdinin seçilən, təmkinli, vətənpərvər, ədəb-ərkanlı bir oğlan olduğunu qeyd etdi. O bildirdi ki, X.Əkbərov bütün kəndin, rayonun fəxr etdiyi qəhrəmanlardan biridir.

X.Əkbərovun qardaşı Knyaz Əkbərov da qardaşı haqqında xatirələrini danışdı. Bildirdi ki, ailədən qardaşını sonuncu görən o olub. “Qardaşlar arasında onu ən sonuncu görən mən olmuşam. Onu özüm Ağdamın Güllücə kəndinə aparmışam. Amma bir də ora gedəndə Güllücə kənd məktəbini dağılmış gördüm. Ona söz vermişdim ki, ayın 25-də gəlib səni aparacağam. Amma özümü günahkar bilirəm ki, dekabr ayının 25-i işimlə əlaqədar olaraq gedə bilmədim, 28-i günü getdim. Mən gedəndə isə kənddə heç kəs qalmamışdı...”

Tanınmış jurnalist Lətifə Əliyeva da çıxışında bildirdi ki, şəhidlər haqqında olan bütün söhbətlər kövrək bir sim üstə köklənir. “Şəhidlər haqqında kitab yazmaq o qədər çətindir ki... Mən əminəm ki, kitabın müəllifi bu kitabı, sadəcə, yazmayıb, ailə ilə birgə o itkini, ağrını, şəhidin keçdiyi həyat yolunu, ananın ağrısını yaşayıb” - deyə o bildirdi.

  • “İlk dəfə idi ki, oğlu şəhid olan ananın belinin bu şəkildə büküldüyünü görürdüm”

Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru, ictimai xadim Nəzakət Məmmədova   rəhbərlik etdiyi redaksiyanın geniş və məhsuldar fəaliyyətindən danışdı: “Mən Xəqaninin anası Telli ananı görəndən sonra dəhşətə gəldim, dərd insanın qəddini necə əyərmiş. Bir yas yerində gördüm ananı. O, ayağa duranda gördüm ki, Xəqaninin dərdi Telli ananın belini əməlli-başlı büküb. Mən çox şəhid anası görmüşəm. 20 ilə yaxındır ki, Respublika “Xatirə kitabı” redaksiyasında işləyirəm, burada şəhid anaları ilə tez-tez rastlaşıram. İlk dəfə idi ki, oğlu şəhid olan ananın belinin bu şəkildə büküldüyünü görürdüm. İnanın ki, bu mənə o qədər pis təsir etdi, bir neçə gün özümə gələ bilmədim. Ana mənə oğlundan danışdı. Hətta bir epizodu heç unutmuram. Dedi ki, Nəzakət, bir dəfə qışın ortasında, çöldə qar yağan zaman durub çöldə yatdım, dedim görüm mənim balam qarlı-şaxtalı gecədə çöldə necə yatır. Xəqaninin taleyini hər kəs bilir. Biz ona şəhid deyə bilmirik, onun sorağı hər an gələ bilər. Xəqaniyə həsr edilən “Gözlər yoldan yığılarmı...” kitabı “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından üçüncü kitabdır.   

Biz bunu “Bakı-Xəbər” qəzeti ilə birgə həyata keçiririk. Qəhrəmanlar qəhrəman doğulmurlar, onlar qəhrəman olurlar, elə bir an yetişir ki, onlar bir anın içində qəhrəman olurlar. Xəqani elə bir ailədən idi ki, o ailə onu müharibəyə getməkdən çəkindirə bilərdi, amma onun daxilindəki mübarizlik, aldığı tərbiyə, Vətən sevgisi onu bu yoldan çəkindirə bilmədi”.

N.Məmmədova qeyd etdi ki, “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından hazırda dördüncü kitab yazılır, müəllif Kəmalə Mirzəzadədir və kitab Saatlı şəhidinə həsr edilib. N.Məmmədova bildirdi ki, 5-ci kitab isə Xocalıdan olan Azərbaycanın Milli Qəhrəmanı  Füzuli Rüstəmova həsr olunacaq.

“Xatirə kitabı”nın xüsusi buraxılışından danışan N.Məmmədova bu nəşrin əhəmiyyətini də qeyd etdi: “Bizə iki ildir yeni bir layihə tapşırılıb. Bu olduqca vacib bir layihədir. Ermənilər indiyə qədər bizə belə bir statistika göndərmişdilər ki, orada bizim 600-ə yaxın əsir və itkinimiz var. Amma Dövlət Təhlükəsizliyi Xidmətinin arxivləri və bizim redaksiya ortaya belə nəticə qoya bildi ki, onların sayı 3888 nəfərdir. Nə qədər ki, hələ əsir və girovlar var, gözlər yoldan yığılmamalıdır”.

Nəşrin iki dildə çap olunduğunu xatırladan N.Məmmədova bildirdi ki, artıq “Xatirə kitabı”nın xüsusi buraxılışının ikinci cildi də çap edilib və yaxın günlərdə nəşrin təqdimatı keçiriləcək.

İradə SARIYEVA
İsmayıllı-Gəraybəyli-Bakı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ