Cümə günü, 13 noyabr 2026
     

Kəramət Böyükçöl seçkidə xalq yazıçıları Anar və Elçinlə rəqib olsaydı, nə edərdi? - MÜSAHİBƏ

Image


“Mən seçicilərimə oxşayan adamam, amma nə Anar müəllim, nə Nəriman müəllim, nə də digər xalq yazıçısı və şairləri o adamlara oxşayan adamlar deyillər”

 

Parlament seçkilərinin əsas mərhələsi sayılan təbliğat-təşviqat kampaniyası qızğınlığı ilə davam edir. Deputatlığa namizədlər arasında fəqrli peşə sahiblərinə rast gəlmək mümkündür. Bu fərqlilik həm də onların apardığı təbliğat-təşviqat kampaniyasında özünü göstərir. Olduqca orijinal seçki kampaniyası aparanlardan biri də tanınmış gənc yazar Kəramət Böyükçöldür (Nəcəfov).

Məsələn, biz heç bir namizədin kampaniya dövründə belə səmimi etirafına rast gəlməmişik: “Kəndlərdən birində keçirdiyim görüşdə seçicilərdən biri məni kənara çəkib cibimə 100 manat qoydu”. Kəramət bu etirafı ilə həm də başqalarının seçkiyə pul xərclədiyini, ona isə seçicilərin həm maddi, həm də mənəvi dəstək verdiklərini cəmiyyətə çatdırmaq istəyir. Məhz bu orijinal davranış bizi K.Böyükçöllə həmsöhbət olmağa vadar etdi.

- Kəramət, seçki kampaniyan necə gedir?

- Bu suala o biri namizədlər o qədər “yaxşı”, “əla” cavabı veriblər ki, mənim işim əla gedəndə də bunu dilə gətirmək istəmirəm. Ona görə ki, deyəcəklər nə oldu, “elə hamıda təbliğat əla gedir”. Hər halda, mənim işim doğrudan əla gedir. Mənim işim adamların, xalqın istəklərini, arzularını ifadə edən namizəd kimi əla gedir. Seçicilərin namizədlərə inamsızlığı vardı. Amma mən onlarla danışdıqdan, məsələləri izah etdikdən sonra onların münasibəti tamamilə dəyişib. Mən virtual bir cəmiyyətin, sosial medianın yetişdirdiyi bir gənc namizədəm. Əsl Azərbaycanı klassik televiziya kanallarından yox, virtual cəmiyyətin içindən görüb gəlmiş adamam. Ona görə də mən köhnə namizədlər, yaxud köhnə millət vəkilləri kimi ola bilmərəm. Əsl Azərbaycanı sosial şəbəkələrdə görən kəndlərdəki adamların səsini əllərindən 5-10, 15  manata almaq mümkün olmadığı kimi, mənim də seçicilərin mənafeyi uğrunda, onların hüquqlarının qorunması və sair istiqamətində görəcəyim işlərin qarşısını ala bilməyəcəklər. Köhnə deputatlar mal-mülklərini, var-dövlətlərini itirməkdən qorxurlar, onlar hansısa bir məmurun maraqlarına xidmət edirlər, mən isə birbaşa seçicilərin özlərinə oxşayan adamam. Mənim seçicilərimlə bu şəkildə danışıqlarımdan sonra mənə inam və etimad göstərilməyə başladı.

- Kəramət, yadındadırsa, keçən dövrkü seçkilərdə xalq şairləri, xalq yazıçıları özlərini daha aktiv namizədlər kimi təqdim edirdilər, amma bu seçkidə nədənsə onlar görünmədilər. Səncə niyə?

- Xalq şairləri və xalq şairləri ki, var, onlar qapalı bir cəmiyyətin xalq şairləri, xalq yazıçıları idilər. Amma biz açıq cəmiyyətin yazıçı və şairləriyik. Açıq cəmiyyət deyəndə virtual aləmi, cəmiyyəti nəzərdə tuturam. Siz özünüz də bilirsiniz ki, o xalq şairlərinin və xalq yazıçılarının heç biri virtual cəmiyyətdə istər cəmiyyətin rəğbətini qazanmaq, istər cəmiyyətin fikirlərini, keçirdikləri hissləri ifadə etmək baxımından bizim qarşımıza çıxa bilməz. Tutalım, Xalq şairi Nəriman Həsənzadə, yaxud digər xalq yazıçıları və şairləri də “Facebook”dadı, Kəramət Böyükçöl də. Burada onların hansı üstünlük əldə edə bilər? Əlbəttə, mən.

Dəfələrlə cənab Prezident də çıxışlarında yeni simaların, yeni nəfəslərin, səslərin, gənclərin irəli çəkilməsini vurğulayıb. Çünki seçicinin özü gəncləşib, ona görə də millət vəkilinin gəncləşməsinə ehtiyac duyulur. Gənc seçici isə artıq virtual cəmiyyətdədir... Virtual cəmiyyəti görən o seçicilər gedib qocaman xalq yazıçılarına, xalq şairlərinə səs verməyəcək, gəlib Kəramətə səs verəcək.

- Kəramət, təsəvvür et ki, hansısa bir xalq yazıçısı, yaxud xalq şairi ilə namizədliyinizi eyni dairədən vermisiniz. Məsələn, Anar Rzayev, Elçin Əfəndiyev, Nəriman Həsənzadə sənin rəqibindir... Belə olsaydı, üstünlüyü sən, yoxsa onlar qazanardı?

- Xalq yazıçısı və xalq şairlərinin məsələləri həmişə kabinetlərdə həll olunub. Mən özümə güvənirəm, xalq yazıçısı, yaxud keçmiş millət vəkilləri gəlsinlər, biz onlarla xalqın, seçicilərin gözü qarşısında görüş keçirək. Seçicilərin gözü qarşısında danışaq, fikrimizi bildirək və sonra formal olaraq onların qarşısına bir qutu qoyaq görək onlar kimi seçəcək? Arxayınam ki, insanların gözü qarşısında hörmətli Xalq şairimiz Nəriman müəllim nə danışa bilər, hörmətli Xalq yazıçımız Anar müəllim nə danışa bilər və mən nə danışa bilərəm. Mən insanların daxilində keçirdikləri hisslərin, fikirlərin ifadəçisi kimi çıxış edən bir namizəd olduğuma görə əminəm ki, onlar mənə səs verərdi. Bilirsiniz ki, insanlar kiçik bir işıqucu gördükləri, azad fikir gördükləri yerə daha çox diqqət yetirirlər. Ona görə də insanlar onların fikirlərini ifadə edən, özlərinə oxşayan adamlara həmişə diqqət göstərirlər. Mən seçicilərimə oxşayan adamam, amma nə Anar müəllim, nə Nəriman müəllim, nə də digər xalq yazıçısı və şairləri o adamlara oxşayan adamlar deyillər. Buna əminəm, ona görə arxayın danışıram.

- Elza Seyidcahan da namizədliyini verib. Ondan deputat olar?

- Elza xanıma mənim hörmətim var, dostumdur. Onun müğənni-bəstəkar kimi hörməti ola bilər, amma Elza xanımın cəmiyyətdə ictimai-siyasi siması, obrazı yoxdur. Amma mənim bu günə kimi göstərdiyim fəaliyyət, yazdıqlarım, jurnalistikadakı fəaliyyətim, çıxışlarım, bir növ, ictimai-siyasi fəaliyyətdir. Mənim həm də bir ictimai-siyasi simam, obrazım var. Ona görə də bir az məndə arxayınlıq hissi var.

- Sən də müşahidə edirsən, sosial şəbəkələrdə də hər kəs görür, elə namizədlər var ki, onlar seçicinin “ürəyini” əl öpməklə, bəzi şit jestlərlə almaq istəyir. Bəziləri isə, ümumiyyətlə, öz platformalarını yaza bilmir...

-  Ən birinci problem bilirsiniz nədir? Namizəd özünə qiymət verə bilmirsə, o, seçicilərə necə qiymət verəcək? Seçkidə bir seçicinin, bir namizədin, bir də dövlətin, hakimiyyətin marağı var. Seçicidə bu günə kimi elə fikir formalaşıb ki, deputat kim olursa-olsun, onsuz da 5 il üzünü görməyəcəyik, fürsət düşmüşkən namizəddən əlimizə keçəni qoparaq. Namizədlər var ki, nəinki əl öpür, hətta 5-10 manat verib seçicilərin səslərini də almaq istəyirlər. Çünki o namizədin gözündə insanın qiyməti 10 manatdır. Ona görə də seçkidə ən ağlamalı, ən gülməli və ən faciəli olan seçicinin marağıdır. Namizədin marağına gəlincə, bir çox namizəd bilir ki, ondan deputat olan deyil, rəqiblərindən 5-3 manat pul alıb geri çəkilmək üçün öz namizədliyini irəli sürüb. Bir çox halda heç bir ciddi iddiası olmayan, insanlar tərəfindən maraqla qarşılanmayan namizədlərə rəqib kimi baxıb heç ona pul da vermirlər, belə deyək, onunla bazarlığa getmirlər, o da kənarda qalır. Elələri də var ki, heç 5-10 manata ehtiyacı yoxdur. Fikirləşir ki, ona bir vəzifə təklif etsinlər, iş versinlər. Ancaq bunlarla yanaşı, elə namizədlər də var ki, onlar seçilməsələr belə, cəmiyyət onun iddiasının olduğunu görür, cəmiyyətdə tanınan, öz sözünü deyən, az-çox haqq-ədalətin yanında olan adamdır. Dövlətin, hakimiyyətin marağı isə seçkilərin demokratik və ədalətli keçirilməsidir.

- Rəqiblərin necə, güclüdür?

- Bizim dairədə 19-20 namizəddir, amma ən iddialı olan 3-4 namizəd var ki, onlar həm də deputatlığa layiqdirlər. Onlar gənclərdir. Qoy azad, demokratik, şəffaf seçki keçirilsin, hər kəs təbliğatını aparsın, seçicilər kimə səs verər, o da seçilsin. Mən də siyasi mədəniyyət nümayiş etdirərək uduzsam belə, seçicilərin səs verib seçdiyi namizədi təbrik etməyə hazıram.

- Kəramət, sən çox səmimi insansan, seçicilər də səninlə səmimidir?

- Bəli. Kəndlərdə mənim sosial şəbəkələrdə dostluğumda olan çoxlu adam var. Yüz faiz bilirəm ki, o seçicilərin səsini əllərindən müxtəlif yollarla almaq mümkün deyil. Onların səs verəcəyi namizəd mənəm. Bax buna arxayınam. Onların hər biri də qohum-əqrəbasına, dost-tanışına, sözü keçən hər bir adama mənim mahiyyətimi izah edib, təbliğatımla təmənnasız şəkildə məşğul olurlar. Bir hadisə baş verdi və həmin hadisə məni çox təsirləndirdi. Beyləqandan olan bir seçicim kartıma 200 manat pul köçürüb. Deyir ki, sən bu yollarda maşın sürürsən, ora-bura gedirsən. Nə qədər istədim geri qaytaram, götürmədi. Həmin şəxs gənc coğrafiya müəllimidir. Təsəvvür edin ki, başqa namizədlər seçicilərə pul paylayır, hədiyyə verir, onların səsini almaq üçün müxtəlif jestlər edir, amma mənə seçici özü pul verir. 10 illə deputat olanlar şərait yaratmalıdırlar ki, gənclər gəlib deputat olsunlar. Bu vətən onların olduğu kimi, həm də bizimdir. Qoy biz də deputat olub insanlara özümüzü göstərək, nəyə qadir olduğumuzu göstərək. Parlamentin bir çox deputatı Milli Məclisdə xalqla dövlət arasında divar olublar, biz gənclər isə xalqla dövlət arasında körpü olmaq istəyirik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ