Cümə günü, 13 noyabr 2026
     

İgid ömrü

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabın hazırlanmasına start verdik. Kitabda Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edəcəyik.

Əbədiyyətə doğru yol gedən Füzuli barışmazlığı

(birinci yazı)

“ Şah İsmayıl gecəni yata bilmir. Çadırda şölələnən şama və şamın ətrafında dolanıb özünü onunla birgə yandırıb məhv edən pərvanələrə fikir verir. Əsgərlərini bu pərvanələrlə müqayisə edərək xanımına söyləyir ki, onlar da sabah bu canlılar kimi öləcəklərini, ailələrini başsız qoya biləcəklərini anlaya-anlaya döyüşə girəcəklər. Səbəbsə birdi: onları bu döyüşə aparan məsləkləri, əqidələri”.

Fərman Kərimzadə, “Çaldıran döyüşü”

Xocalılıları axtarırdım. Azərbaycanın bu yurd yeri uğrunda böyük igidliklər göstərmiş, Xocalı faciəsinin o müdhiş gecəsinin şəhidi, qurbanı, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun qəhrəmanlıqlarla zəngin həyat yolunu “sapa” düzmək üçün...Yollara çıxdım. İlkin soraqları Bakının Pirşağı qəsəbəsindən gəldi xocalılıların. Dedilər burda orta məktəbləri də var. 2 saylı tam orta məktəbin direktorusa Füzulinin doğmaca və yeganə bacısı, eləcə də bu dünyada özündən sonra yaşayan yeganə doğması Fiqurə Salah qızı Rüstəmovadı. Deməli, qəhrəmanımın ən əziz adamından başlamaq fürsəti yaranıb. Onun xarakterinin uşaqlıq, gənclik çağlarından açılmasında Fiqurə xanım ən dəyərli, ən gərəkli nümunə, mənimçün həm də canlı tarixdi. Qarşıda... qarşıda dostlarla, döyüşçülərlə, Xocalı qətliamından Füzulinin yardımıyla qurtulanlarla, daha kimlərlə görüşlərimiz olacaq... Çalışacağam ki, bu bütöv şəxsiyyətli vətənpərvər oğulun qocaman tarixdə örnək ola biləcək xarakterini sizlərin gözləri önündə tam mənasilə canlandıram, əziz oxucular! Bəs Füzuli Rüstəmov kimdir?

...Füzulinin həyat yolu, paralel olaraq bütün soydaşlarımızın ürəyində qubar bağlamış Xocalı harayının ayrılmaz bir parçasıdı. Füzulinin Vətən sevgisi heç bir ekvivalentlik tanımayan örnəkdi. Füzulinin ölümü saysız-hesabsız xocalılının ölümdən qurtuluşudu. Füzulinin qeyrəti azərbaycançılığın əbədi yaşayacağı yolda heç vədə solmayacaq məşəldi. Füzuliyə etibarlılıq dastanlara sığmayacaq həqiqətdi. Füzulinin ruhusa Xocalı göylərində sərgərdandı... 

Kitabı başdan-başa oxuyanda bu yuxarı abzasda qeyd etdiklərimi bircə-bircə analiz etmək imkanı yaradacam sizlərə. Həyatda daha çox reallığın tərəfdarı olduğumdan, yazılarımda da çalışmışam heç zaman mümkün qədər mübaliğədən istifadə etməyim. Budəfəki qəhrəmanım – Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov da dünyamızda özünün cızdığı təkrarsız portret cizgiləri ilə mübaliğəyə ehtiyac yeri qoymayıb.

Xocalının bir hissəsi – bərbad Pirşağı sanatoriyası...

...Yollara çıxıram. Xocalılıların sığındığı Pirşağı sanatoriyasınadı yönüm. Xəzər dənizinin sahil sularının yüz addımlığında yerləşən, təmiz havası və suyuna görə zamanında böyük sağlamlıq ocağı kimi tanınan bu kurort mərkəzinin uçuq-sökük tikililərinə pənah gətiriblər xocalılılar. İndi bu binaların uçuq-sökük görkəmlərinin yanında onların bəzilərinin özlərinə tikdiyi evlər də var. Sanatoriyanın həyətini uşaqlıqdan örüş yerlərində gördüyümüz, bəzilərinin tikanına görə “qındırğa”, bəzilərinin gülünə görə oxşadıb qarışdıraraq “qılıncgülü” adlandırdığı yabanı güllər basıb. Xocalılıların uşaqları bu yabanı bitkilərin arasında  boy verən xırda otlaqlı çəmənlikdə qoyun-keçi otarırlar. Yarı kəndi, yarı dağıdılmış şəhəri xatırladır bu yerlər. Zamanında asfalt döşənmiş yollar bərbad, çala-çuxurlu duruma düşüb. Buralar Xocalının o sonuncu günlərini – işıqsız, köməksiz qalmış vəziyyətini özündə yaşadan bir məkana bənzəyir. Amma təbii ki, təhlükəsiz...

Xocalı məktəbinə yetişirəm. Bir kənd məktəbini xatırladır. Nisbətən yeni tikilidi. Sonradan biləcəm ki, məktəb Fiqurə xanımın təşəbbüsü ilə inşa olunub. Pirşağının başqa istiqamətinisə böyük villalar bəzəyir. Yəqin dəniz sahili olduğuna görə keçmişdə bağ yerləri kimi tanınan ərazilərdə ucaldılıb bu villalar. Artıq buralara yayda sərinliyi ilə seçilən bağlar massivi demək olmaz. Hündür hasarlarla əhatə olunan çoxmərtəbəli evlər, obyektlər buraların statusuna çoxdan“əl gəzdirib”. Bunları sadəcə yeri gəldi yazdım. Bunların bizim mövzumuza o qədər də aidiyyəti yox.

...Məktəbə daxil olub Fiqurə xanımı soruşuram. Qabaqcadan telefon açdığımdan gəlişimdən xəbərdardılar. Məni direktorun otağına aparırlar. Bu da qəhrəmanımızın dünyamızda qoyub getdiyi “aman-zaman” bacısı. Füzuli şəhid olanda Fiqurə xanımın vur-tut on doqquz yaşı varmış. On doqquz yaşlı bir qız uşağının bu boyda dəhşəti təkbaşına yaşaması...Vətən, torpaq, ev-eşik, yeganə arxa-dayağı olan Füzuli kimi qardaşın və ölüm-itiminin sayı bu günədək də tam dəqiqləşdirilməyən xocalılı həmyerlilərinin, həmvətənlərinin qətliamı...dünənədək qonşuluğunda, kəndində yaşayanların meyitlərinin televiziya ekranlarından göstərilən dəhşətli səhnələri - təhqir edilmiş meyitlər, divan tutulan qocalar, körpələr... bunları təfərrüatı ilə yaza bilməyəcəyəm. Bunları onun və Füzulinin dostları olmuş həmkəndlilərinin öz dillərindən eşidəcəyik.

Bu yolu ancaq seçilmişlər gedir...

Füzulinin köksünə sığmayacaq Vətən sevgisi, eyni zamanda torpaqlarımızı addım-addım qəsb edən ermənilərə bu qədər nifrəti hardan qaynaqlanırdı görən?! Onun şəcərəsinin yaşadığı coğrafi məkana diqqət edin. Ata babaları Azərbaycanın qərb hissəsində yerləşmiş, əzəli yurd yerlərimiz olan Dərələyəz mahalında yaşamışlar. Sonra buradan Naxçıvana köç etməyə məcbur olublar. Nəslin bir hissəsi Naxçıvanda yaşamağa davam edib. Qardaşlardan biri isə ölkəmizin digər böyük bir mahalına – Qarabağa üz tutub. İndiki Tərtər bölgəsinin Hüsənli kəndində yaşayıb. Onun bu kənddə doğulub ərsəyə çatmış qızını Naxçıvandakı qardaşının oğlu qaçırıb ailə qurub. Amma bu qardaşoğlu Naxçıvanda qərar tutmayaraq gəlib əmisinin – qayınatasının məskunlaşdığı məmləkətində yaşayıb. Bütün bu gəlişmələr sanki Füzulini addım-addım ermənilərlə döyüşə, Xocalının müdafiəsinə və nəhayət Xocalı qətliamının qurbanlarından olmağa sürükləyib. Füzuli, şəcərəsinin əhatə etdiyi böyük bir coğrafiyanın müdafiəçisi olmaqla, elə bu torpağın qəhrəmanı kimi özünə tariximizdə əbədi yer də edə bilib. Buna Allahın qismətimi deyək, Füzulinin taleyimi deyək, bilmirəm. Bircə onu görürəm ki, Füzulini ağuşuna alan bütün yollar onun qəhrəmanlıq salnaməsinin bu xüsusda sonuclanmasını mütləq zərurətə çevirirmiş. Füzuli barışmazlığı ilə əbədiyyətini haqq edirmiş, qazanırmış. Taleyi ona ayrı bir yol saxlamayıbmış ki, Xocalı gecəsi hamı canının hayında olanda, o, dördüncü, beşinci, bəlkə də altı-yeddinci dəfə ürəyindən çıxara bilmədiyi Xocalıya tərəf - həm də ümidsiz, çar-naçar yollara səpələnmiş xocalılıların harayına qayıdır, köməksiz həmyerlilərinə bələdçilik edir və öz əbədiyyətini elə bu gecənin zülmətindəcə yaxınlaşdırırmış. Hava işıqlaşanda vurublar Füzulini. Bəlkə də ona görə ki, Füzuli daha işığa çıxmamalı imiş. Onun işığı yanıb-yanıb sozalıbmış. Füzuli işığını Vətəni yolunda bir şam kimi əridib qurtarıbmış. İyirmi altı yaşında bundan artıq işığı hardan alaydı Füzuli?! Bu qədər Vətən sevgisini, bu qədər namus-qeyrət nişanələrini öz kiçik vücudunda daşıya bilmək onsuz da hər kəsə nəsib ola bilməzdi. Bu yolu ancaq seçilmişlər - Allahın sevimli bəndələri gedə bilər. Füzuli belə bəndələrdən idi. Şahidləri – onu yaxından tanıyanları dinlədikcə bu qənaətə özünüz gələcəksiniz. Füzuli xocalılıların, mənsə Füzulinin tanıtımında sizin bələdçinizəm, əziz oxucular! Füzuli özünü qurban verirmiş. Şüurlu şəkildə. Əqidəsi, məsləki, Vətəni, xalqı, namus-qeyrəti yolunda. Böyük yazıçımız Fərman Kərimzadənin Şah İsmayılın əsgərləri haqqında yazdığı kimi...

(ardı var)

Nəzirməmməd Zöhrablı
Jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ