Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Xəzərdə xilasedicilərin sayı azaldıqca boğulanların sayı çoxalır...

Image


İstilər düşən kimi hər kəs dənizə getmək, sərinləmək istəyir. Ancaq təəssüf ki, bəzən sərinləmək istəyi insanın həyatı bahasına başa gəlir. Çünki dənizə gedənlərin əksəriyyəti üzə bilmir. Üzməyi bacardığını zənn edən şəxslər isə bir az dərinliyə doğru üzən kimi təəssüf ki, batırlar.

Təsadüfi deyil ki, dəniz mövsümünün yeni başlamasına baxmayaraq, artıq neçə-neçə adamın boğularaq öldüyü barədə xəbərlərə rast gəlirik. Məntiqlə baxanda, əslində, ən yaxşı üzməyi bacaran məhz azərbaycanlılar olmalıdır. Çünki biz Xəzər sahilində, Kür qırağında yaşayırıq. Ancaq təəssüf ki, üzməyi bacarmırıq. Bunun da bir neçə səbəbi var. İlk öncə bu işin əlifbasından başlamaq lazımdır.

Paytaxtda kifayət qədər üzgüçülük məkanları olsa da, hər kəs həmin məkanlara gedib üzgüçülüyün sirlərini öyrənə bilmir. Bunun da səbəbi idman mərkəzlərindəki üzgüçülük məkanlarının qiymətinin 50-60 manat arasında dəyişməsidir. Bir evdən iki nəfərin üzgüçülüyə getməsi onlara 100-120 manata başa gələ bilər ki, bu da əhalinin əksər hissəsinin cibinə uyğun deyil. Buna görə də insanların, demək olar ki, çoxu üzə bilmir və dənizə girən kimi batır.

Dəniz mövsümünün yeni başlamasına baxmayaraq, 10 nəfərə yaxın şəxsin boğulduğuna dair xəbər yayılıb. Məlumatlara görə, boğulmalar daha çox 13 yaşdan 35 yaşa qədər olan insanlar arasında müşahidə edilir.

Maraqlıdır, boğulmaların səbəbi xilasedicilərin sayının yetərincə olmaması ilə bağlıdırmı?

  • Heydər Məmmədov: “… həmin çimərliklərdə xilasedici olmayacaq”

Üzgüçülük sahəsi üzrə mütəxəssis Heydər Məmmədov bizimlə söhbətində qeyd etdi ki, dənizdə boğulmaların sayının artması insanların məsuliyyətsizliyi ilə bağlıdır: “Dənizdə boğulmaların artmasının müxtəlif səbəbləri var. İlk növbədə bildirim ki, dənizdə üzənlər suda rəftar qaydalarına fikir verməlidirlər. Belə ki, suda davranış qaydalarına riayət olunmalıdır. Buna riayət etməyəndə hər bir hadisə baş verə bilər. Məsələn, əzələ dartınması, qolun, ayağın sınması ola bilər. Bir də görürsən ki, bir-birinin çiyinlərinə çıxıb suya tullanırlar. Bu vaxt həmin adamın başı suyun dibindəki daşa da dəyə bilər. Digər tərəfdən, dənizdə çox uzağa, dərinliyə doğru üzmək olmaz. Çünki insan yorular, damar dartınması ola bilər. Bu da boğulmaya gətirib çıxarar.

Əslində, insanların etdikləri ən böyük səhv bir az hovuzda üzməyi öyrənəndən sonra özlərini professional üzgüçü bilmələridir. Onlar hovuzla dənizin fərqini anlamalıdırlar. Dənizdə bir az üzəndən sonra insan yorulur və geri qayıda bilmir. Bəzən görürsən, suda burulğanlar olur. İnsanlar suya kəllə vururlar və həmin burulğana düşürlər. Həmçinin, dərinliyə tullananda da bunu nəzərə almalıdırlar. Çünki hovuzun dərinliyi ilə dənizin dərinliyi müxtəlifdir. Dənizdə dərinə gedənlər müvazinətini itirib çıxa bilmirlər və boğulma hadisəsi baş verir. Ümumiyyətlə, dənizlə ehtiyatlı olmaq lazımdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, FHN-in xilasediciləri yalnız çimərlik kimi istifadəyə icazə verilən hissələrdə var. İnsanlar bilməlidirlər ki, küləkli, dumanlı, yaxud günün qaranlıq saatlarında, günün 12:00-16:00 radələrində suya girmək məsləhət deyil. Ümumiyyətlə, dənizdə saatlarla qalmaq risqdir. Xüsusilə günün birinci yarısında günəş şüalarının təsiri güclü olduğundan, günvurmaya yol aça bilir: “Bunu isə hiss etmədən suya girən adamlarda huşunu itirmə, müvazinətini itirmə halları yaşanır. Belə olan halda isə boğulma qaçılmaz olur. Ən münasib vaxt 16:00-dan sonradır. Mümkün qədər kölgədə qalmaq məsləhətdir”.

H.Məmmədovun sözlərinə görə, dənizdə boğulmaların sayının artması səbəblərindən biri də insanların dənizdə uzun müddət üzməklə bağlı mərcə girməsidir: “Gənclər dənizə istirahət məqsədilə yox, özünü ətrafdakılara göstərmək, kiməsə nəsə sübut etmək üçün gedirlər. Bu, düzgün deyil. Dəfələrlə rastlaşdığım məqamlardır. Bir neçə gənc mərc edir ki, kim daha çox dərinə gedə bilər və gəlirlər çimməyə. Bütün bunlar insanın bilə-bilə öz həyatını risqə atmasıdır. Dəniz səhvləri bağışlamır”.
Ekspert qeyd etdi ki, bu gün dənizdə istirahət etmək istəyən insanlar çimərlik üçün yararsız olan sahələrə üz tuturlar. Təbii ki, həmin çimərliklərdə xilasedici olmayacaq. Təhlükəsizlik baxımından istifadəyə yararlı çimərliklərə gedilməsi daha məqsədəuyğundur.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ