şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanlı oğlan uşaqlarında yerimə və danışma defektləri çoxalır

Image


Hər bir uşağın fiziki və əqli cəhətdən sağlam olması ən vacib məsələlərdən biri olsa da, təəssüf ki, biz bunu son on ildə doğulan bütün uşaqlara şamil edə bilmirik. Uşaqların xeyli hissəsi müəyyən xəstəliklərlə doğulur, bəziləri isə 1 yaşdan sonra müxtəlif problemlərlə üzləşirlər. Valideynləri ən çox narahat edən məsələlərdən biri uşaqlarının gec yeriməsi və gec danışmasıdır. Bir çox valideyn qeyd edir ki, uşaqları yeriməyə və danışmağa qətiyyən meyl etmirlər. Bəzi mütəxəssislərin fikrincə, bu hal daha çox oğlan uşaqlarında müşahidə edilir.

Nevroloqların bildirdiyinə görə, nitqdə və yerimədə mövcud olan problemlərin başlıca səbəbi uşaqlarda müşahidə edilən nevroloji problemlərlə əlaqədardır.

Bundan başqa, uşaqlar arasında geniş yayılan problemlərdən biri kəkələmə ilə bağlıdır ki, bu da valideynləri ciddi narahat edir.

Mütəxəssislər bildirirlər ki, artıq 1 yaşında uşaqlar addım atmağı bacarmalı və bir neçə sözü təkrarlaya bilməlidirlər. İki yaşın sonunda isə onlar sərbəst gəzməklə yanaşı, daha mürəkkəb və incə hərəkətləri edirlər. Həmçinin, söz ehtiyatları çoxalmış olur, kəlmələr və cümlələr qururlar. Artıq 2 yaşda ifadəli və 3 yaşda isə əlaqəli nitqin formalaşmaması onlarda nitqin inkişafdan qalmasını göstərir.

Bəzi ekspertlər nitqin və yerişin ləngiməsinin digər səbəbi kimi genetik faktorları göstərirlər.

Ekspertlərin bir çoxu hesab edir ki, oğlan uşaqlarında bu kimi hallara daha sıx-sıx rast gəlinməsinin səbəbi çoxdur. Onlara görə, oğlanlar, qızlardan fərqli olaraq, danışmaqda, yeriməkdə, ünsiyyətdə elə də aktiv deyillər. Gec yerimə, gec danışma kimi vəziyyətin oğlanlarda daha çox müşahidə edilməsi halları geniş yayılıb.

  • Vaqif Qarayev: “Həkim məsləhəti olmadan uşaqlara kalsium vermək olmaz”

Tanınmış pediatr Vaqif Qarayev isə hesab edir ki, gec yerimə və gec danışma kimi narahatlıq doğuran halların daha çox oğlan uşaqlarında müşahidə edildiyini demək doğru deyil. “Hesab edirəm ki, gec yerimə və gec danışma probleminin daha çox oğlan uşaqlarında müşahidə edilməsi ilə bağlı deyilənlər doğru deyil. Ancaq uşaqlar arasında nitq pozğunluğu həddindən artıq geniş yayılıb. Doğulduğu gündən uşaq həkim nəzarətindədirsə və onu aybaay müşahidə edirsə, uşaqda ciddi problem olursa, onu valideynə deyir. Hamiləliyi ağır keçən qadınlar daimi olaraq həkim müayinəsindən keçməlidirlər. Nitqdə olan pozğunluq daha çox 2 yaşdan sonra özünü göstərməyə başlayır. Çünki bu yaşda uşaq bir sıra sözləri deməli, hətta cümlə qurmağı bacarmalıdır, deyilənləri başa düşməlidir və s. Bunlar yoxdursa, onda gərək həmin uşaq ciddi müayinə olunsun. Amma bu problem həmişə tibbi sahə ilə bağlı olmur. Bunu yaradan başqa amillər var. Bu gün internet, telefon, planşet bütün dünyanın bəlasıdır. Uşaq dil açmağa başlayandan valideynlər müntəzəm olaraq uşaqla danışmalıdırlar. Özü də bir dildə. Yaxşı olardı ki, uşaqlarla ünsiyyət ana dilində olsun”.

V.Qarayev hesab edir ki, uşaqların bir qisiminin nitqində yaranan problem nevroloji əlamətlərdirsə, digər səbəbi ailə üzvləri tərəfindən onlarla ünsiyyət qurulmamasıdır. Mütəxəssisin sözlərinə görə, uşaqların niqtinin inkişaf etməməsi çox zaman bir ailədə müxtəlif dillərdə danışılmasıdır. Valideynlərin bir çoxu uşaqla danışmaq əvəzinə, onların saatlarla planşetdən istifadə etməsinə, televizora baxmasına imkan verir. “Saatlarla televizor və internet qarşısında qalan uşaqlar da danışmır. Bizə müraciət edib deyirlər ki, uşağımız hər şeyi başa düşür, ancaq danışmır. Dil icra vasitəsidir. Valideynlər uşağa nəsə deyir, amma ondan heç nə soruşmurlar. Gününü televizor qarşısında və planşetlə keçirən uşaq təbii ki, danışmayacaq. Bu çox ciddi məsələdir. Uşaqları danışdırmaq lazımdır. Valideynin başı sakit olsun deyə uşaqları televizora, planşetə yaxın buraxmaq olmaz. Bu, uşaqlara ciddi ziyan vurur. Digər şikayətlər ondan ibarətdir ki, valideyn “uşağım normal danışırdı, indi ya danışmır, ya da Türkiyə türkcəsində danışır” deyirlər. Bilirsiniz, uşağın dili bir dildə açılmalıdır. Uşaq saatlarla Türkiyə seriallarına baxır. Bu gün öz ana dilimizdə cizgi filmləri, nağıllar yoxdur, bu da ciddi məsələdir”.

Uşaqların yeriməsində ləngimələrin olmasına gəlincə, o qeyd etdi ki, adətən uşaqlar 1 yaşında yeriməlidir, ancaq son vaxtlar uşaqların yaş yarıma qədər yeriməsini gözləmək olar. Həkimin sözlərinə görə, uşaqların aybaay fiziki inkişafının parametrləri var. “Bu göstəriciləri isə ancaq həkim təyin edir. Məsələn, 9 aylıq uşaq sərbəst durmalıdır, dayanmalıdır. 6 aylıq uşaq sərbəst oturmalı, 7-8 ayında isə iməkləməlidir. Uşaq ayına və yaşına nisbətən geridə qalırsa, artıq valideyn mütəxəssisə müraciət etməlidir. Bizdə belə bir tendensiya yayılıb, valideynlər deyirlər ki, uşağıma kalsium təyin et, yaxud həkimlə məsləhətləşmədən apteklərdən kalsi alırlar. Soruşursan ki, niyə kalsium istəyirsiniz? Deyirlər ki, verək sümüyü bərkisin. Kökündən yanlış məsələdir. Həkim məsləhəti olmadan uşaqlara kalsium vermək olmaz. Uşaqlarda yeriməməklə bağlı problemə gəlincə, deyim ki, bu yalnız sümüklə bağlı deyil. Uşaqların əzələ-oynaq sistemində ciddi problem ola bilər. Yəni bunu həkim təyin edir. Uşaqların gec yeriməsi, yaxud yeriməyə meylli olmamasının səbəblərindən biri də onların vaxtından tez “xodunoka” oturdulmasıdır. Uşaq ayaq üstə dura bilmirsə, onu “xodunoka” qoymaq düzgün deyil. Uşaq dayanmağı bacarırsa, onu addım atmağa öyrətmək üçün 5-10 dəqiqə ora qoymaq olar. Amma saatlarla uşağı “xodunoka” qoyurlarsa, onda artıq uşaq tənbəlləşir və yerimək istəmir. Belə uşaqlar ayağını sərbəst yerə qoya bilmir. Bu kimi hallar müşahidə olunduqda dərhal mütəxəssisə müraciət etməlidirlər. Özbaşına iş görməsinlər. Uşaqlarda yerimə və danışmanın ləngiməsinin bir səbəbi də valideynlərin uşaqları ilə danışmaması və onları erkən “xodunoka” qoymasıdır. Bizdə mövcud olan bəlalardan biri də internet bəlasıdır. Biri internetdə yazır ki, mənim uşağım yerimirdi, filan dərmanı verdim, düzəldi. Məsələ burasındadır ki, yeriməmənin problemləri müxtəlifdir. Valideynlər internetdən adını öyrəndiyi dərmanı uşağına verir və nəticədə vaxt gedir, müalicə də düzgün getmir” - deyə müsahibimiz qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ