şənbə günü, 14 noyabr 2026
     

Namaz vaxtı məscidlərin qabağında tıxacdan keçmək mümkünsüz olur - ibadətə avtomobilsiz gəlmək olmazmı...

Image


Bu gün Azərbaycanda ibadətlə məşğul olan inanclı insanlar çoxdur, onlar dini ritualları icra etmək üçün məscidlərə üz tutur, burada namaz qılırlar. Xüsusən də islamda müqəddəs gün sayılan cümə günündə ibadət üçün məscidlərə üz tutan insanlar daha çox olur. Əlbəttə, insanların cəm şəkildə ibadət etməsi, namaz qılması təqdirəlayiq haldır.  

Bildiyimiz kimi, paytaxt Bakıda fəaliyyət göstərən, dindarların kütləvi namaz qıldığı məscidlərin bir qismi yol kənarlarında yerləşir. Məlumdur ki, məscidlərə ibadətə gələn insanların xeyli hissəsi şəxsi maşınından istifadə edir və maşın sayının çox olması isə bəzən saatlarla davam edən tıxacla nəticələnir. Həftənin cümə günlərində məscidlərin ərazisində kifayət qədər avtomobil olur ki, bu da ərazidə digər maşınların, ictimai nəqliyyatın hərəkətinə maneə törədir. Bu hal da, istər-istəməz, müəyyən problemlər yaradır. İbadət üçün məscidlərə üz tutan dindarların heç olmasa həftənin cümə günləri məscidlərə öz şəxsi maşınları ilə deyil, alternativ vasitələrlə gəlməsi daha məqbul olardı. Bilirik ki, məscidlərin böyük əksəriyyətində maşınların yerləşdirilməsi üçün ayrıca yerlər yoxdur. Ramazan ayının bitməsi ilə əlaqədar olaraq bu günlərdə məscidlərə daha çox dindarın ibadət üçün üz tutacağı şəksizdir. Bu baxımdan, onların ibadət məkanlarına şəxsi avtomobilləri ilə gəlməsi yenə də tıxacların yaranmasına gətirib çıxaracaq. Müqəddəs dinimizdən də məlumdur ki, bir insanın öz hərəkəti ilə başqasına problem yaratması caiz deyil. İslam dini bu kimi hallara qarşıdır.

  • Hacı Təyyar Hüseynli: “İri avtomobilləri bir-birinin yanında saxlayırlarsa, bu, böyük bir ərazini tutur və başqa insanların əziyyət çəkməsinə səbəb olur”

İlahiyyatçı Hacı Təyyar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, ölkəmizdə Ramazan bayramının başa çatması münasibətilə bayram namazı qılınacaq. “Doğrudan da bu ciddi məsələdir. Bayram namazı qılmaq üçün məscidlərə kütləvi ibadətə gələn insanlar öz şəxsi avtomobillərindən istifadə edirlər. Özü də bu avtomobillərin əksəriyyəti çox bahalıdır. İlk növbədə ibadətə gələn insanların həddindən artıq bahalı avtomobillərdən istifadə etməsi dinimizə, əqidəmizə görə icazəli deyil. Burada israfdan, insanın dünya malına aşırı münasibətindən, həvəsindən söhbət gedir. Hər bir müsəlman normalda israf etmədən Yaradanın verdiyi nemətlərdən yararlansa, bu özünün, ailəsinin, ətrafının, ümumiyyətlə, hər kəsin cəmiyyət olaraq məntiqli rifahına səbəb olar. Bir ibadətli insanın 100 minlərlə qiyməti olan avtomobil sürməsinin özü də böyük israfdan xəbər verir. O adam bu vəsaiti ətrafdakı ehtiyacı olan insanlara xərcləsəydi, bu insanın ibadəti və inancı daha etibarlı olardı. Allah Rəsulu buyurub ki, qazancınızın halal olmağını bəlli etmək istəyirsinizsə, onu məsrəf etdiyiniz yerlərə baxın, nəyə xərclədiyinizi bilin və nəticə etibarilə görəcəksiniz ki, qazancınız doğrudan da halal idi. Bir dindarın bahalı avtomobillərə böyük vəsaitlər xərcləməsi və həmin avtomobillə ibadətə  gəlməsi onun israfçılığını, dünya malında gözü olmasını önə çəkir. Həmin avtomobillər də həcmcə çox böyükdür və bəzən onlar iki avtomobilin yerini tuta bilər. Məscidlərə ibadətə gələn insanlar bura avtomobillə gəlməməli, ümumiyyətlə, dünya malını unutmalıdırlar. Məscidin minarəsində və ornamentində Böyük Yaradana ucalan əllərin qalxması simvolizə olunub. Yaradanı düşünən, ona əllərini açan, qaldıran insan dünya malını kökündən unutmalı, onu düşüncəsindən çıxarmalı və mənəvi baxımdan sırf Yaradana köklənməlidir. Çünki bayram namazına gedən insan ibadətinə, Yaradanına köklənməlidir. Yüzlərlə şəxsin məscidə gəlməsi həm də həmin yerə yüzlərlə avtomobilin gəlməsi deməkdir. Maşınların da orada olması böyük tıxaclar yaranmasına səbəb olur. Bilirsiniz ki, məscidlərin ərazisində maşınların parkovka olunması üçün şərait yoxdur. Məscidlərə namaz qılmağa gələn insanların ərazidəki maşınları başqalarına problem yaradırsa, burada savabdan söhbət gedə bilməz. Ola bilsin, məsciddə elə bir ekstremal hadisə baş versin ki, kimsə ibadət yerindən uzaqlaşdırılsın, amma onu oradan çıxarmaq çox çətin olar. Çünki maşınlar elə dayanıb ki, gərək maşın sahiblərinə maşını çıxarması ilə bağlı müraciət etsin. Bu maşınlar ərazidə sıxlıq yaradır. Məscidə ibadətə gələn insanların hər biri ora bahalı maşında yaxınlaşsa, bilirsiniz nə qədər parklanma yeri lazım olur. Onlar üçün böyük ərazi lazımdır”.

H.T.Hüseynlinin qeyd etdiyinə görə, dindarlar cümə namazları qılmaq üçün, yaxud Fitr bayramında məscidlərə gələrkən avtomobillərini elə yerdə saxlasınlar ki, insanlara maneçilik törətməsinlər. O bildirdi ki, bu məsələdə insanlara nümunələr təqdim edilməlidir. “Bu gün məscidlərə ibadətə gələn insanlar öz bahalı avtomobilləri ilə əhaliyə narahatlıq yaradırlarsa, onların maşınları ətrafda sıxlığın yaranmasına səbəb olursa, bu onlar tərəfindən başqalarının haqqına girmək kimi qiymətləndirilməlidir. Kütləvi ibadət vaxtı dindarlar çalışmalıdırlar ki, öz bahallı avtomobilləri ilə insanlara narahatlıq yaratmasınlar” - deyən H.T.Hüseynli hesab edir ki, çox bahalı maşınlarla məscidlərə gələn insanların ibadətlərindən ilahi zövq alması müəmmalı görünür: “Təəssüf ki, belə insanlar bir deyil, beş deyil, çoxdur. O insanların təfəkkürünü təmizləmək lazımdır. Əfsuslar olsun ki, bəzən məscidlərin imamında da çox bahalı avtomobillər görmək mümkündür. Bahalı avtomobili biznes adamında, ticarətçidə görmək mümkündür, amma məscidin imamında o cür bahalı avtomobili görərkən bu, insanda qəribə təsəvvürlər yaradır. Düşünürəm ki, aidiyyəti qurumlar ibadətə öz bahalı maşınları ilə gələn insanların məsələsinə xüsusi diqqət yetirməlidirlər. Çünki bu çox aktual problemdir. İri avtomobilləri bir-birinin yanında saxlayırlarsa, bu, böyük bir ərazini tutur və başqa insanların əziyyət çəkməsinə səbəb olur. Onlar avtomobillərini elə yerdə saxlamalıdırlar ki, insanlara, ictimai nəqliyyata hər hansı maneçilik törətməsinlər. İbadət, birmənalı olaraq, həm insanın özünə, həm də ətrafına xeyirlidir. Əgər bu, ətrafa hər hansı bir maneçilik törədəcəksə, o ibadəti hətta dayandırmaq lazımdır. Dərin ədəbiyyatda var ki, insanın malına, canına hər hansı bir təhlükə olduğu zaman insan ibadəti belə dayandırmalıdır. Bu xüsusilə önəmli məsələdir”.   

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ