şənbə günü, 14 noyabr 2026
     

Qədim xalq sənəti növlərimiz özünüməşğulluq proqramlarında...

Image


“Xalq sənəti növlərində özünüməşğulluq üçün kifayət qədər ciddi perspektiv var”
“Bunun üçün xüsusi bir proqramın qəbul olunmasına zərurət yaranıb”

 

Azərbaycanda yaranan, tarixən inkişaf edən və günümüzə qədər mövcudluğunu qoruyan xalq sənəti növlərinin hazırkı vəziyyəti mütəxəssisləri ciddi düşündürür. Tarixən ölkəmizdə formalaşmış və XX əsrin ortalarına qədər tələbat olan bu xalq sənəti növlərininin qorunmasına, inkişafına və yayılmasına ciddi ehtiyac var. Qədimlərdən bəri mövcud olan ənənəvi xalq sənəti növlərimiz: dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və sair bunlar kimi unikal dəyərlərimiz bu gün də öz gərəkliliyi ilə diqqəti cəlb etməlidir.

Götürək sərraclıq sənətini. Sərraclar dabbaqların aşıladığı dəri məmulatlarından istifadə edərək çantalar, dağarcıqlar, at yəhərləri, məişətdə istifadə edilən digər nümunələr hazırlayıblar.

Məlumdur ki, xalqımızın tarix boyu yaratdığı bir çox sənət növü kimi sərraclıq da nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb və nə yaxşı ki, hazırda az sayda olsa da, bu sənəti yaşadanlar var.

Sərraclıq da daxil olmaqla, bütün xalq sənəti növlərinin inkişafı üçün onların özünüməşğulluq proqramına cəlb edilməsi vacibdir. Sənətkarlar özünüməşğulluq proqramına qoşularsa, bu proqram çərçivəsində həm öz sənətlərini yaşadar, həm əl işlərini satar, həm də bu nümunələri təbliğ edərlər. Heç şübhəsiz ki, sənət növlərinə alıcı marağının artması da onların işinə böyük təkan verər.  

Məsələ burasındadır ki, xalq sənəti növləri ilə məşğul olan sənətkarlar materialları olduqca baha qiymətə aldığı üçün, onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəstək verilməsi vacibdir.

Qeyd edək ki, bəzi sənət növləri ilə məşğul olan sənətkarlar qismən də olsa özünüməşğulluq proqramına qoşula biliblər. Bu da onların lazımi materiallarla təmin olunmasına kömək edir.  

Məlumatlara görə, bu proqrama qoşulan sərraclara verilən aktivlər hesabına minik və yük heyvanları üçün dəri aksesuarları hazırlamaq üzrə öz ailə bizneslərini formalaşdırırlar.

Mütəxəssislər bildirirlər ki, bu gün dövlət özünüməşğulluq proqramını yaratmaqla ata-babadan qalma sənəti davam etdirmək üçün böyük şərait yaradır. Bu proqrama qoşulan sərraclar emalatxanasında minik və yük heyvanları üçün yəhər, yüyən, tapqır, noxta, quşqun və sair aksesuarlar düzəldir və təmir edirlər.

Əlbəttə, dövlət tərəfindən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların aktiv əməyə cəlb edilməsinə, məşğulluğunun təmin olunmasına və bununla da fəal həyat mövqeyinin formalaşmasına xüsusi diqqət yetirilir. Bu baxımdan, Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı mühüm əhəmiyyət daşıyır. Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, özünüməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin, kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Xalq sənəti növləri ilə məşğul olan sənətkarların özünüməşğulluq proqramına cəlb edilməsinin nə kimi effektiv nəticələri ola bilər?

  • Natiq Cəfərli: “... turistləri maraqlandıran məhsulların istehsalı və satışı əlavə büdcə gəlirlərinin artmasına səbəb olar”

İqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə bildirdi ki, xalq sənəti ilə məşğul olan sənətkarların özünüməşğulluq proqramına cəlb edilməsinin çox mühüm əhəmiyyəti ola bilər. “Bu olduqca maraqlı mövzudur. Qlobal götürdükdə, eyni zamanda, turizmin inkişafına təkan verən bir məsələdir. Xalq sənəti örnəkləri, əl işi nümunələri xaricdən, əsasən də Amerikadan, Avropadan, Çindən gələn turistlər üçün çox böyük maraq kəsb edir. Bu məsələyə turizmin inkişafı ilə paralel bir konsepsiya olaraq yanaşmaq daha doğru olar. Xalq sənəti növlərində özünüməşğulluq üçün kifayət qədər ciddi perspektiv var. Həm tarixi milli ənənələri dirçəltmək, həm irsi bərpa etmək, yeni məktəblərin yaranması baxımından çox əhəmiyyətlidir. Yəni hələ ki, bu sənətlərin inkişafında rolu olan və bu sənət növlərini gənclərə öyrədən insanların olduğunu nəzərə alaraq, yeni məktəblərin yaradılması üçün bu çox vacib məsələdir. Xalq sənəti növlərinin özünüməşğulluq proqramına cəlb edilməsi baş verərsə, bu həm iqtisadi, həm də kulturoloji-mədəni nöqteyi-nəzərdən çox vacib istiqamətlərdən birinə çevrilə bilər. Bunun üçün, təbii ki, dövlət tərəfindən bir sıra addımların atılmasına ehtiyac var. Bunun üçün xüsusi bir proqramın qəbul olunmasına zərurət yaranıb”.

O vurğuladı ki, bu sahənin daha da inkişafı üçün sənətkarlara uzunmüddətli, aşağı fazili, yaxud da faizsiz kredit imkanlarından yararlanmaq yollarını axtarmaq lazımdır. Onun sözlərinə görə, bu da xalq sənəti ilə məşğul olan, bu sahələri inkişaf etdirən insanlara böyük köməklik olardı. “Xalq sənəti növlərini inkişaf etdirmək istəyən insanlar ucuz və uzunmüddətli kreditlərə çıxış əldə etməlidirlər ki, özləri bu işləri davam etdirmək üçün müəyyən işlər görə bilsinlər. Ancaq, paralel olaraq, dövlət də onları ilkin 5-10 il müddətinə vergidən və digər ödənişlərdən azad edə bilər. Yəni bu baş verərsə, bu sənət növləri dirçələr. Bunun üçün dövlət, ictimai təşkilatlar burada aktiv şəkildə yer ala bilər. Amma buna qlobal bir konsepsiya kimi baxmaq lazımdır. Yəni həm turizmin inkişafı, həm də milli dəyərlərin qorunması kontekstindən birgə layihə işlənib hazırlanmasına ehtiyac var” - deyə N.Cəfərli qeyd etdi.

Xalq sənəti növlərinin bir-birilə əlaqədar olduğuna diqqət çəkən ekspert bildirdi ki, bir sənətin inkişafı digər sənətin də dirçəlməsinə səbəb olacaq. N.Cəfərli hesab edir ki, buna görə də bu sahəyə kompleks yanaşma sərgilənməlidir: “Özünüməşğulluq proqramı çərçivəsində xalq sənəti növlərinin inkişafı həm insanlarımız üçün böyük gəlir mənbəyinə çevrilə bilər, həm də turistləri maraqlandıran məhsulların istehsalı və satışı əlavə büdcə gəlirlərinin artmasına səbəb olar. Yəni burada müxtəlif istiqamətləri ciddi analiz edib bir iqtisadi pasport çıxarmağa və kompleks şəkildə məsələlərə baxmaq vacibdir”.

N.Cəfərli qeyd etdi ki, xalq sənəti ənənələrinin inkişaf etdirilməsi Azərbaycan mədəniyyəti, turizmi, iqtisadiyyatı üçün böyük fayda verə bilər.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ