şənbə günü, 14 noyabr 2026
     

Orta məktəblərin tarix dərslikləri getdikcə “incəlir”...

Image


Bəzən dərsliklərin məzmunu haqqında fikir söyləmək üçün ilk növbədə onun həcminə diqqət yetiririk, sonra onu vərəqləməyə, mövzulara göz gəzdirməyə başlayırıq.

Son illər dərsliklərə diqqət yetirdikdə görürük ki, humanitar və ictimai elmlər sahəsində tədris edilən dərsliklər əvvəlki illərdə çap edilən nəşrlərlə müqayisədə xeyli dərəcədə nazikləşib. Yəni ənənəvi olaraq biz dərslikləri qalın cilddə görmüşük. İndi isə bəzi dərs kitablarında bunu müşahidə edə bilmirik. Uzağa getməyək, götürək elə tarix dərsliklərini. Bu gün orta ümumtəhsil məktəblərində tədris edilən tarix kitablarının həcmi azaldılıb, kitablar nazikləşib.

Məlumatlara görə, tarix dərsliklərini hazırlayarkən siniflərə uyğun olaraq mövzular qısaldılır, bəzi faktlar ixtisarla verilir, bəzən hansısa tarixi hadisə sadəcə bir cümlə ilə ifadə olunur. Sözsüz ki, bu da şagirdin tam olaraq o fənni mənimsəməməsi deməkdir. Şagird həmin mövzunu əhatəli öyrənmək üçün alternativ vəsaitlərə üz tutur, bu da ona vaxt itkisi və yorğunluq verir.

Tarix dərsliklərinin həcminin azaldılması nə ilə bağlıdır?

  • Kamran Əsədov: “Dövlət müstəqilliyini bərpa etməyimizdən 28 ildən çox müddət keçsə də, tarixlə bağlı çoxlu metodiki vəsait yaradılmayıb”

Tarix üzrə fəlsəfə doktoru, tanınmış təhsil mütəxəssisi Kamran Əsədov hesab edir ki, bu gün tarix dərsliyimiz kifayət qədər milliləşdirilib və bu da müsbət tendensiyadır. “İlk növbədə qeyd edim ki, Azərbaycanda orta məktəblərdə tarix dərslikləri ilə bağlı ən ciddi qüsur ondan ibarətdir ki, bu gün tarix dərsliklərinin səhifələri, həcmi azaldılır.

Atilladan Heydər Əliyevə qədər Türk dünyasının tarixi şəxsiyyətləri, böyük imperiyalarımızın hamısı tarix dərsliklərinə salınıb. Artıq milli tarix dərsliklərimiz var. Amma bu sahədə təkmilləşdirmələrin aparılmasına ehtiyac var. Bu gün tarix dərsliklərinin səhifələrinin, həcminin azaldılması doğru deyil.

Dövlət müstəqilliyini bərpa etməyimizdən 28 ildən çox müddət keçsə də, tarixlə bağlı çoxlu metodiki vəsait yaradılmayıb. Bizim uşaqlarımızın milli tariximizi, dünya tarixini, türkün tarixini öyrənmələri üçün yeganə vasitə dərslikdir, dərsliyi də həcmcə azaltmaq olmaz. Dərsliyi həcmcə azaldırsansa, deməli, sən uşaqların tarixi biliklərini məhdudlaşdırırsan. Mən bu mənfi meyli hiss edirəm və arzu edirəm ki, Təhsil Nazirliyində bu sahədə olanlar başa düşsünlər, qiymətləndirsinlər ki, tarix dərsliklərinin həcmini azaltmaq olmaz. Deyək ki, 7-ci, 8-ci və 9-cu siniflərdə Azərbaycan tarixi 100, 128 səhifədir, bu dərslik uşağın əlindən alınandan sonra hansı vəsaitlər var? Metodiki vəsait, alternativ dərsliklərimiz yoxdur.

Gəncliyin beynində tarixi Azərbaycan, tarixən yaratdığımız mədəniyyət olmalıdır. Biz indi heç kəsdən torpaq istəmirik, dünyanı dəyişdirmək istəmirik. Ancaq tarixinə, mədəniyyətinə sahib çıxmayan xalq məhvə məhkumdur. Bizim tariximiz həm qədim, həm də böyükdür. Biz imperiyalar yaradan xalqıq. Qorxmaq lazım deyil, tək özümüzü yox, qonşu əraziləri, xalqları da idarə etmişik”.

O vurğuladı ki, Səfəvi, Ağqoyunlu imperiyaları dünya problemlərini həll edib və bütün bunlar dərsliklərimizdə geniş əksini tapmalıdır. “100 səhifəlik, 120 səhifəlik tarix dərslikləri ilə nə etmək olar?!” - deyə bildirən tarixçinin sözlərinə görə, düzdür, kurikulum üzrə hazırlanan dərsliklər yaxşıdır. O qeyd etdi ki, VII sinif dərsliklərində isə mövzular yarımçıqdır. “Azərbaycan tarixinə xüsusi diqqət verilməlidir. Ancaq Azərbaycan tarixi sanki hərb tarixidir. Müharibələrdən çox söhbət gedir. Dövlətlərin sosial-iqtisadi inkişafına, mədəniyyətinə az yer verilir. VIII sinif  "Azərbaycan tarixi" dərsliyində Moğol İmperiyası kimi böyük bir mövzu bir abzasla əhatə olunub”.

Ekspert, həmçinin, qeyd etdi ki, tarix dərsliklərində bəzi mövzuların dili ağırdır və bu da şagirdlərin o mövzuları mənimsəməsində müəyyən çətinliklər yaradır. “IX sinif "Ümumi tarix" dərsliyində "Fransa" mövzusu həddindən artıq ağır dildə, qarışıq yazılıb. XI sinif "Azərbaycan tarixi"nin informasiyaları həddindən artıq yüklüdür. VII sinif "Azərbaycan tarixi" dərsliyində isə bəzi çatışmazlıqlar var. Bir çox mövzu bir paraqrafda cəmləşib. Məsələn, monqolların Azərbaycana yürüşləri, Hülakilər dövləti, Qızıl Orda dövlətinin parçalanması bir mövzu kimi verilib. Bunlar əhəmiyyətli mövzulardır. Albaniya dövlətinin paytaxtı təkcə Bərdə göstərilir, Qəbələ haqqında heç nə deyilmir. Məhz həcmin azlığı buna ciddi şəkildə təsir göstərir.

VII sinif "Ümumi tarix" dərsliyində müəyyən çatışmazlıqlar var. Bəzi əhəmiyyətli mövzulara daha çox yer verməli olduğu halda, onlar, əksinə, olduqca qısadır. Məsələn, Türk dünyasının tarixində Osmanlı İmperatorluğu Avropanın, bütün dünyanın hər zaman qəbul etdiyi dövlətdir. Eyni zamanda, Türk dünyasının fəxri bir dövlətidir. Amma dərslikdə 6 əsr Avropada və dünyada söz sahibi olan bu dövlət haqqında məlumat çox qısa verilib. Mövzunun sərlövhəsi də belə qoyulub: "Konstantinopol necə İstanbul oldu?". Adın belə qoyulmasını doğru hesab etmirəm. Mövzu çox yığcamlaşdırılıb. Ancaq bunun əksinə olaraq, bəzi mövzular var ki, heç bir əhəmiyyət kəsb etməsə də, onlara geniş yer verilib. Məsələn, Hindistanda Qupta İmperatorluğu haqqında məlumat şagirdin nəyinə lazımdır? Bəzi mövzular həddindən artıq çox qısaldılıb və bunlarla bağlı məlumatları bir paraqrafa yığıblar. Həmin mövzularla əlaqədar məlumatları qısaltdıqca, sanki mövzu öz əhəmiyyətini itirib.

VIII sinif "Azərbaycan tarixi" dərsliyində yer alan bəzi mövzularda həddindən artıq insan, şəhər, yer adı, illər var. Bir mövzuda o qədər illər var ki, yadda saxlamaq mümkünsüzdür. O hissələr çıxarılsa, yaxşı olar. Elə mövzular var, onlar o qədər də tarixi əhəmiyyət kəsb etmir, amma bu dərslikdə öz əksini tapıb. Məsələn, "Çobanilər dövləti. Hülakilər dövləti". Bu mövzularda verilən tarixi hadisələrdə o qədər yorucu ifadələr var ki, şagird həmin hissəni oxuduqda artıq yorulur. Bu mövzu kitabdan çıxarılsa, daha yaxşı olar. Həmin dərslikdə belə tip mövzuların sayının azaldılması, məncə, daha məqsədəuyğundur”.

Tarixçi-alim təklif edir ki, şagirdlərin daha çox yüklənməməsi üçün dərsliklərdə mümkün olduğu qədər insan, yer, şəhər adlarından az istifadə olunsun.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ