şənbə günü, 14 noyabr 2026
     

UNİBANK-ın əməkdaşları devalvasiyadan qabaq jurnalisti aldatdı, Prezidentin məlum sərəncamından sonra hələ də ödəniş tələb edir...

Image


Şəmsəddin Əliyev: “Məlumatıma görə, bu gün təkcə UNİBANK deyil, başqa banklardan da müştərilərə bu cür qanunsuz zənglər gəlir”
“... əhalinin bəzi kəsiminin məlumatsızlığından sui-istifadə edirlər”

 

Artıq üç ayını geridə qoyduğumuz 2019-cu il həyatımıza böyük sosial islahatlarla daxil oldu. Ölkə Prezidentinin insanların maddi rifah halının yaxşılaşması məqsədilə verdiyi ardıcıl sosialyönümlü qərarların həyatımızın bütün sahələrini əhatə etdiyini və bu sosial paketdə bütün kateqoriyalardan olan insanların həyatına birbaşa dəxli olacaq islahatların nəzərdə tutulduğunu nəzərə alsaq, perspektivin ürəkaçan olacağı şübhə doğurmur.

Yəni bu islahatlar şəhid ailələrini, qaçqın-köçkün soydaşlarımızı, çoxuşaqlı ailələri, kiçik və orta sahibkarlar və digər kateqoriya insanları nəzərdə tutduğundan, ümumən ölkə əhalisinin yaşayış səviyyəsinə müsbət mənada təsir edəcəyi şəksizdir.

Sosial paketdən dəstək alacaq daha bir kateqoriya isə banklara borcu olan insanlardır. Daha doğrusu, banklardan dollarla kredit götürüb, sonradan 2015-ci ildə ardıcıl baş verən iki devalvasiya nəticəsində bu borclardan qurtula bilməyənlərdir.

Bəllidir ki, bu il fevralın 28-də Prezident İlham Əliyev banklara 10 min manata qədər borcu olan vətəndaşların böyük sevincinə səbəb olan çox humanist bir fərman verdi. Həmin fərman məlum devalvasiya hadisələri nəticəsində əhalinin banklara artıq ödədiyi xeyli vəsaitin özlərinə qaytarılmasını nəzərdə tutur. Prezidentin bu addımının əhalinin banklara az qala üçqat geri ödədiyi vəsaitinin onlara qaytarılması ilə vətəndaşların sosial rifah halının hansı həddə yaxşılaşacağını düşünməyə ciddi əsas versə də, təəssüf ki, bəzi banklar hələ də vətəndaşlara təzyiq göstərməkdə davam edir, məsələn, UNİBANK kimi...

Konkret fakta keçək. Qəzetimizin əməkdaşı Samirə Səfərova 2013-cü ilin avqustunda həmin banka müraciət edərək 3000 manat nağd pul və 1000 manatlıq “Alkart” götürüb. Təxminən bir ildən bir qədər artıq müddətdə - 2014-cü ilin dekabrına kimi ayda 160 manat məbləği düzənli şəkildə, vaxtlı-vaxtında ödəyib. Lakin iki kreditin ödəniş günləri ayrı olduğundan, göstərilən tarixdə banka müraciət edərək məbləğin toplanaraq yenidən hesablanmasını və zaman itkisi olmasın deyə, ayda bir dəfə ödəniş etməsini istəyib. Bank xahişi qəbul edib, lakin bu dəfə borc dollarla sənədləşdirilib. Müştəri etiraz etdikdə isə ona deyilib ki, siz onsuz da manatla ödəniş edəcəksiniz, bunun sizə dəxli olmayacaq. Lakin düz iki ay sonra dəxli olub – devalvasiya baş verib. Xanım əməkdaşımız banka gedərək kreditləri manatla götürdüyünü, sonradan məhz bankın istəyilə dollarla sənədləşdirildiyini xatırladıb və ona güzəşt tanınmasını istəyib, lakin bank bu xahişi qəti şəkildə rədd edib. Əməkdaşımız isə ödənişləri bundan sonra da devalvasiyaya qədərki məbləğlə ödəməyə davam edib. Bir neçə ay bu şəkildə davam etdikdən sonra bank xanım əməkdaşımızı məhkəməyə verib, halbuki, o, aylıq ödənişlərini dayandırmamışdı, yalnız artan hissəni ödəmirdi, yəni 190 deyil, elə köhnə qaydada 160 manat ödəyirdi ki, bu da, əslində, bu işdə məhkəmə predmeti olmadığının aşkar göstəricisidir. Buna baxmayaraq, Səbail Məhkəməsi bankın xeyrinə qərar çıxarıb və S.Səfərova Apelyasiya Məhkəməsinə müraciət edib, lakin burada hakim açıq şəkildə ona bildirib ki, məhkəmələr bankların əleyhinə qərar çıxarmayacaq, “çalışın, bankla dil tapın”. Bundan sonra məhkəmə hər ay əməkdaşımızın hansı vəsaitlə yaşayacağını nəzərə almadan əməkhaqqının 50 faizinin (!) banka ödənilməsi barədə qərar çıxarıb, həmin məbləğ isə, çətin də olsa, vaxtlı-vaxtında banka ödənilib...

Əməkdaşımız deyir ki, bu il fevralın 28-də Prezidentin sözügedən fərmanı imzalaması ilə sanki üzərindən ağır bir yük qalxıb və səbrsizliklə ödənilən artıq vəsaitin qaytarılması üçün banklara verilən vaxtın bitməsini gözləməyə başlayıb. Təbii olaraq aylıq ödənişi də dayandırıb, çünki bundan sonra banka yenə pul verməyi mənasız sayıb. Əməkdaşımızın sözlərinə görə, bu günə qədər banka təxminən 7000 manat civarında pul ödəyib. Lakin indi mart ayında ödəniş etmədiyi üçün bank ona dinclik vermir, aylıq ödəniş tələb edir: “Az qala hər gün zəng vururlar – evə, mobil telefonuma, ailə üzvlərimə... UNİBANK-ın xanım əməkdaşına deyirəm ki, axı bildiyim qədər, indi siz mənə ödəniş etməlisiniz, Prezident fərmanına bu sayğısızlığın adı nədir? Deyir ödəməlisiniz, vəssalam. Anlamıram, indiki halda artıq ödənişi tələb etməkdə bunların marağı nədir?”

Məsələ ilə əlaqədar mütəxəssislərə müraciət etdik.

Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bankın əməkdaşımızdan pul tələb etməsi müştəriyə qarşı haqsızlıqdır. Ş.Əliyevin sözlərinə görə, bu gün bəzi banklar Prezidentin müvafiq sərəncamına əhəmiyyət vermək istəmirlər. “Prezidentin sərəncamından sonra sözügedən bankın müştəridən ödəniş tələb etməsi ciddi hüquq pozuntusudur. Müştəri Prezidentin məlum sərəncamına qədər hər ay vaxtlı-vaxtında ödəniş edib. Prezident imzaladığı sənədlə amnistiya elan edib. Müştəri götürdüyü kreditin 2 qatını banka ödəyib, bu halda bank hansı əsasla ondan əlavə ödəniş tələb edir. Onların buna qətiyyən ixtiyarı yoxdur. Samirə Səfərova banka bildirsin ki, götürdüyüm krediti ikiqat ödəmişəm və amnistiya ilə bağlı Prezidentin sərəncamı var, mən sizə əlavə ödəniş etməyəcəyəm. Məlumatıma görə, bu gün təkcə UNİBANK deyil, başqa banklardan da müştərilərə bu cür qanunsuz zənglər gəlir. Banklar bu zənglərlə müştəridən pul qoparmaq istəyirlər. Zəng vururlar, necə deyərlər, “tutdu qatıq, tutmadı ayran”, elə müştəri var ki, bankdan çəkinib pulu dərhal ödəyir. Bu gün bəzi banklar əhalinin bəzi kəsiminin məlumatsızlığından sui-istifadə edirlər” - deyə bildirən Ş.Əliyev onu da dedi ki, may ayının 15-nə kimi müştərilərə kompensasiyalar tam şəkildə ödənilməlidir. O, eyni zamanda, vurğuladı ki, bəzi müştərilər krediti zaminlə götürübsə və zamin onun yerinə ödəniş edibsə, zamin duran insanlara da kompensasiya veriləcək.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ