Bazar günü günü, 08 noyabr 2026
     

Bakı İslam Universitetinin daha bir saxta diplomlu məzunu dilə gəldi - açdı sandığı...

Image


Elnur İsmayılov: "Bu gün Türkiyədə Bakı İslam Universitetinin verdiyi diplomla özünə iş tapa bilməyən yüzlərlə azərbaycanlı var"

Bakı İslam Universitetinin təsisçisi olan Qafqaz Müsəlmanları İdarəsinin saxta diplom verdiyi məzunlardan biri də Elnur İsmayılovdur. Hazırda Türkiyədə yaşayan E.İsmayılov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, 2008-ci ildə Bakı İslam Universitetinə qəbul olub, 2013-ci ildə isə oranı bitirib. 

"Bakı İslam Universitetində təhsil alarkən bütün illər üzrə təhsil haqqı ödəmişəm. Universitetdən diplomumu alarkən də belə şeylərlə qarşılaşacağımız haqda heç düşünmədik. Bu ali məktəb lisenziya alıbmı? Qarşıdakı dövrlərdə aldığımız diplomla bağlı problem yaşayıb-yaşamayacağımız barədə heç bir məlumatımız yox idi. Bir-iki il əvvəl bu problem üzə çıxdı. Mən də 2014-cü ildə həmin diplomla magistratura təhsili almaq üçün Türkiyəyə  gəldim və 2016-cı ildə magistraturanı bitirdim. Mən gəldiyim dövrdə problem yox idi. Amma 2018-ci ildən sonra Azərbaycan dövlətinin tanımadığı və Bakı İslam Universitetinin verdiyi diplomla Türkiyədə oxumaq qadağan olundu. 2018-ci ilə qədər bu diplomla oxumağa icazə verilirdi. Mən 2016-cı ildə doktorantura oxumağa başladığım üçün bu mənə şamil olunmadı, problemlə üzləşmədən oxudum, doktoranturanı bitirdim. Elmi iş yazdım, dissertasiyam Türkiyədə çox nadir toxunulan bir mövzuya həsr olunub. Eyni zamanda populyar bir iş oldu. Doktorantura dissertasiyam "Güney Qafqazda Ermənistanın qurulması və XX əsrin əvvəllərində Azərbaycan  türklərinə qarşı törədilən soyqırımlar" mövzusunda oldu. Həm Türkiyə, həm Azərbaycan arxiv qaynaqlarına, eyni zamanda rus mənbələrinə dayanaraq yazdığım 350 səhifəlik dissertasiyamı   müdafiə edərək doktor oldum. Hətta Ulusal Tez Mərkəzində dissetrasiyamın pdf-i yerləşdirilib. Bunu bir tərəfə qoyaq. Burada diplomla əlaqədar qarşılaşdığımız problemlərə gəlincə, bunları belə sıralaya bilərəm. Birincisi, elmi iş müdafiə etməyimə baxmayaraq iş tapmaqda çətinlik çəkirəm. Niyə? Çünki bəzi universitetlər Bakı İslam Universitetinin bakalavr diplomunun (baza diplomunun) Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) tərəfindən tanınmasını istəyir. YÖK isə Bakı İslam Universitetinin bizə verdiyi bakalavr diplomunu tanımır. Bizə deyirlər ki, əvvəlcə    sizin ölkəniz tanısın, sonra biz tanıyaq. Bizim ölkəmiz tanımadığı üçün YÖK də tanımır. YÖK bizim diplomlarımızı tanımadığı halda biz o ali məktəblərə müraciət edə bilmirik, bir elmi işçi, müəllim kimi o ali məktəblərdə işləmək şansımızı tamamilə itiririk. Çox az sayda universitetlərlə qarşılaşırıq ki, onlarda vakant yer olması çətindir.  Bizim bakalavr diplomlarımızın tanınmaması qarşımıza böyük əngəllər çıxarır. İkincisi, biz hansısa bir universitetdə işə başlasaq doktor olaraq qalmaq istəmirik. Çünki elm sahəsində yüksəlmək, axara düşüb getmək məcburiyyətindəsən. Ona görə ki, bir neçə ildən sonra dosentlik, professorluq gəlir, universitetlərdə işləyən hər bir müəllim bunu qazanmaq istəyir. Biz bir neçə ildən sonra dosent olmaq istəsək ola bilməyəcəyik. O səbəbdən ki, YÖK bizim baza diplomumuzu tanımadığı üçün bu mümkün deyil. Diplomumuzu tanıda bilmirik. Dosent ola bilmiriksə, professor da ola bilmirik. Bizim qarşımıza belə problemlər çıxıb"-deyə E.İsmayılov qeyd etdi. 

Müsahibimiz bildirdi ki, elmlər doktoru olmaq üçün 15 il oxumaq lazımdır və artıq  o bu prosesi keçib. O bildirdi ki, ayrıca olaraq Azərbaycan və Türkiyə ilə bağlı layihələr düşünür, amma hansısa bir universitetdə işləyə blmədiyinə, öz sahəsi ilə əlaqədar iş tapa bilmədiyinə görə hər iki ölkə üçün faydalı ola biləcək layihələri həyata keçirə bilmir.  

"Məzunları aldatmaq, yola vermək islam adı daşıyan, ilahiyyat sahəsində olan bir universitetin prorektoruna yaraşmır" 

E.İsmayılov vurğuladı ki, Azərbaycan dövləti tərəfindən tanınmayan diploma görə üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün baş vurduqları bütün qurumlardan imtina cavabı alıblar. "Bu gün Türkiyədə Bakı İslam Universitetinin verdiyi diplomla özünə iş tapa bilməyən yüzlərlə azərbaycanlı var. Bu problemlə üzləşənlərin sayı çoxdur. 

Biz dəfələrlə Bakı İslam Universitetinə müraciət etmişik. 2021-ci ildə prorektor Elçin Həsənli ilə üz-üzə görüşmüşəm, çox rahat şəkildə "düzələcək" dedi. Amma necə düzələcəyini demədi. Bu bilirsiz nəyə bənzəyir? Biri birindən borc alır və üstündən 10-15 il keçir, "qaytaracağam", "verəcəyəm, arxayın ol" deyir. Yəqin o dünyada verəcək. Bunlar da bizə "düzələcək" deyib diplomu hər halda o dünyada düzəldəcəklər? Bizdə belə bir sual yaranır. Belə çıxır ki, Elçin müəllim bizi yola verir, aldadır. Məzunları aldatmaq, yola vermək islam adı daşıyan, ilahiyyat sahəsində olan bir universitetin prorektoruna yaraşmır. Onun bizi aldatması üzücüdür, onun adına üzülürəm ki, belə yalanla-palanla bizi aldada-aldada hara gedirlər? Bizi niyə bu vəziyyətə saldıqlarını anlamıram. Mən bir şəkildə Azərbaycandan çıxıb Türkiyəyə gəldim və burada doktoranturanı oxudum, özümə bir yerdən iş tapacağam. Türkiyə böyük ölkədir. Bakı İslam Universitetində o qədər kadrlar yetişdi, heyfim gəlir onlara. Bu işi həll etmək elə də çətin deyil. Təklif edərdim ki, bir komissiya yaradılsın və Bakı İslam Universitetinin məzunları o komissiyadan keçsin. O komissiyada Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları da, QMİ-nin də, Dini Komitənin də nümayəndələri, mütəxəssislər təmsil olunsunlar. Məzunları imtahan edib süzgəcdən keçirsinlər və bu diplomu haqq edənlərin diplomları tanınsın. Bu diplom problemi həll edilməlidir. Çünki çox ağır bir işdir. Biz Qarabağ boyda bir problemi həll etdik, bu halda diplom məsələsi nədir ki, bunu həll edə bilmirik? Məncə, istəsələr bunu çox asan şəkildə həll edə bilərlər"-deyə E.İsmayılov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ