Bazar günü günü, 08 noyabr 2026
     

Bakının elektromobil bazarını hansı ölkə tutacaq - benzin və dizelin yeni qiymətindən sonra...

Image


Akif Nəsirli: "Azərbaycan bazarını daha çox Çin və Koreya istehsalı olan elektromobillər tuta bilər"

Məlum olduğu kimi, Tarif Şurasının qərarı ilə Azərbaycanda avro-5 standartları ilə istehsal olunan benzin və dizelin qiyməti tənzimləndi.

İndiyə qədər aparılan araşdırmalar və ekspert rəyləri təsdiq edir ki, ekologiyanın, ətraf mühitin çirklənməsinin böyük bir hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir.

Məhz atmosferin çirkləndirilməsinin qarşısının alınmasında əsas vasitə kimi elektromobillər gündəmə gəlib. Bu gün dünya ölkələri problemdən qurtulma yolunu elektromobillərə keçiddə görür. 

Təbii ki, Azərbaycanda da elektromobillərə keçid əsas hədəflərdən biridir və bu istiqamətdə proses xeyli müddətdir başlayıb. 

Statistikaya görə, artıq əksər ölkələrdə Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun.

Aİ-də benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən mümkün olmayacaq. 

Araşdırmalara görə, artıq bir sıra ölkələrdə Aİ-92 markalı benzin istifadə olunmur.

Artıq qlobal səviyyədə böyük istehsalçılar "premium" markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib. 

Nəqliyyat emissiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün yanacağın da keyfiyyətinin artırılmasına zərurət var. Bu baxımdan avro-5 müasir standartlara uyğun hesab edilir.

Ekoloji tələblərə uyğun olaraq, Azərbaycanda avro-5 ekoloji standartına uyğun yanacaq istehsalına başlanılıb. Avro-5 standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə tullantıları azaldır, mühərrikdə korroziya ehtimalı aşağı düşür, yanacaq istehlakını azaldır.  

Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. 

Qiymət dəyişikliyi yanacağa qənaət edən hibrid, elektrik və CNG (sıxılmış təbii qaz) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. 

Bakının elektromobil bazarını hansı ölkə tutacaq?

"Hesab edirəm ki, cəmiyyətdə elektromobillərin təbliğini genişləndirmək lazımdır" 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "Bakı-Xəbər"ə şərhində "Azərbaycan bazarında ən çox populyar olan Almaniya, Amerika, Yaponya, Çin, Koreya avtomobilləridir. Elektromobillərin istehsalı üzrə öndə gedən ölkələr ABŞ, Koreya və Çindir. Ən yüksək keyfiyyətli və eyni zamanda baha qiymətli elektromobillər ABŞ-dadır. ABŞ şirkətlərinin Azərbaycan bazarını daha çox tutmaq imkanları yoxdur. Çünki onların avtomobilləri keyfiyyətli olsa da, uzun məsafə qət etsə də, Azərbaycan bazarında onun alıcısı azdır. Elektromobillərin də köhnələri yoxdur, ikinci əl elektromobil hələ bazarda çox cüzidir. Ona görə də ABŞ şirkətlərinin Azərbaycan bazarını tutmaq ehtimalı azdır. Qiymətlərə görə bizim bazarın tələbatına ən çox uyğun gələn Çin və Koreya, nisbətən də Almaniya şirkətləridir. Məsələ burasındadır ki, Almaniya demək olar ki, hələ elektromobilləri bazara çıxarmayıb.   Ona görə də, Azərbaycan bazarını daha çox Çin və Koreya istehsalı olan elektromobillər tuta bilər. Yaponiyanın da elektromobilləri var, amma onlar da çox baha başa gəlir"-deyə bildirdi.

A.Nəsirliyə görə, bu səbəbdən də Azərbaycan bazarını bu iki ölkənin şirkətləri tuta bilər. A.Nəsirli qeyd etdi ki, Yaponyanın "Toyota Prius"ları Azərbaycanda polulyardır. Onun sözlərinə görə, amma məsələ burasındadır ki, bu maşınların keyfiyyəti elə də yuxarı deyil, istismar müddəti qısadır.     

Ekspert hesab edir ki, bu gün bütün dünyada elektromobillərə keçidə böyük ehtiyac var və bu istiqamətdə proses sürətlə gedir. Onun sözlərinə görə, Azərbaycanda da elektromobillərə sürətlə keçid edilməsi zərurətdir.  A.Nəsirli hesab edir ki, benzin və dizelin yeni qiymətləri ölkədə elektromobillərə marağı kütləvi şəkildə artıracaq, bu amil də ekologiyanın təmizlənməsinə xidmət edəcək.

"Ataların bir misalını xatırlatmaq istəyirəm: "Hər zərərdə bir xeyir var". Yəni bu gün Azərbaycanda populyar avtomobil yanacaqları olan A-92 və kənd təsərrüfatında istifadə edilən dizel yanacaqları bahalaşıb. Bu, sözsüz ki, müxtəlif istiqamətlərə öz mənfi təsirini göstərəcək. Ancaq bunun bəzi sahələrə xeyri var, bir sıra istiqamətləri stimullaşdırır. Məsələn, bu proses ölkəyə benzinlə işləməyən elektromobillərin idxalını stimullaşdırır. Yəni dizel və benzinlə işləyən avtomobili olan şəxs hesab edir ki, yanacaq ildən-ilə bahalaşır, bu onun gəlirlərinə mənfi təsir göstərir, bu halda benzinlə işləyən avtomobilini elektromobilə dəyişəcək. Hazırda ölkə bu cür düşünən xeyli sürücü var.

Elektromobillər ənənəvi avtomobillərdən bir qədər baha olsa da, amma ona keçid zəruridir. Vətəndaşın elektromobilləri kreditlə də, nağd pulla da əldə etməsi mümkündür. Burada bir üstünlük də odur ki, elektromobillər idxal rüsumundan azaddır. Bu da stimullaşdırıcı bir amildir"-deyən A.Nəsirli qeyd etdi ki, hazırda Bakıda ənənəvi mühərrikli avtomobili olan sürücülərin təxminən 15-20 faizi bu addımı atmaq imkanına malikdir. 

A.Nəsirli hesab edir ki, elektromobilə keçid yalnız vətəndaşın şəxsi büdcəsinə müsbət təsir etmir, bunun həm də ictimai baxımdan əhəmiyyət var. A.Nəsirli qeyd etdi ki, ənənəvi yanacaqla işləyən avtomobillər havaya ətraf mühitə mənvi təsir edən zərərli qazlar atır: "Elektromobillərə keçid edənlərin sayı nə qədər olarsa ənənəvi avtomobillərdən dolayı atmosferə atılan zərərli qazın faizi də o qədər azalar. Öz ənənəvi yanacaqla işləyən avtomobilini elektromobillərə dəyişənlər həm də cəmiyyətimizə, ətraf mühitə, ekologiyaya, bir sözlə, bütün dünyaya bir töhfə vermiş olur. Hesab edirəm ki, cəmiyyətdə elektromobillərin təbliğini genişləndirmək lazımdır. Bu elektromobillərin avtomobil parkında xüsusi çəkisi artdıqca ölkədə yanacağa, benzinə və dizelə tələbat azalacaq"-deyə müsahibimiz əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ