Bazar günü günü, 08 noyabr 2026
     

Müslüm Vəliyevin xatirəsinə...

Image


Haqqında bir yazıya rastladım: "Qorxusuz şəhid". İfadə doğru olmasa da qorxusuz idi Müslüm Vəliağa oğlu Vəliyev. Qoxmazlığı, cəsurluğu ucaltdı onu şəhidlik zirvəsinə. Hər birimiz kimi bir gün dünyaya gəldi:Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində 2001-ci il iyulun 3-də. Ürəyində arzuları ilə böyüdü, məktəbə getdi. Dostlarının,  müəllimlərin, tanıyanların sevimlisi oldu. Ən böyük arzusunu hərdən dilə gətirdi, hərdən ürəyində oxşayıb əzizlədi .

Orta təhsilə A.S.Makarenko adına Humanitar Fənnlər Təmayüllü Respublika gimnaziyasında başladı. Orta təhsil illərindən maşınlarla, hərbi texnika ilə maraqlanırdı, hərbiçi olmaq istəyirdi.Təhsilini C. Naxçıvanski adına hərbi məktəbə davam etdirmək istəsə də, müəyyən səbəblərdən istəyinə çata bilmir. Beləcə hərbiçi olmaq arzusu ilə yaşayan Müslüm  doqquzillik təhsilini başa vurub, işləyir, maşın təmiri ilə məşğul olur və həqiqi hərbi xidmətə yollanacağı günü gözləyir intizarla.

- 5-ci sinifdən sinif rəhbəri olmuşam. Amma elə ibtidai sinifdən diqqətimi çəkmişdi. Gimnaziya internat tiplidi. Müslüm hər gün gimnaziyada qalan uşaqlara yemək gətirərdi. Çox qayğıkeş, diqqətli idi. O qədər yaraşıqlı, o qədər gözəl idi, gözlərinin maviyə çalan qəribə rəngi vardı. Xarici görünüşüylə də fərqliydi. Üzündə xeyirxahlıq, sevgi yağan təbəssüm, bir işıq vardı sanki.  Sinfimin uşaqları hamısı əzizdi. Müslüm tamam başqaydı. Elə bilirdim öz oğlumdu. 2016-cı il aprel hadisələrində şagirdlərlə hərbi hospitala əsgərləri ziyarət etməyə getdik. Ordan çıxanda onun o məsum, gözəl, işıqlı üzündə qəribə bir kədər   gördüm."Ay müəllimə, bunlar hamısı qəhrəmandı"-dedi. O səsi, o sözləri həmişə eşidirəm. Müslümün ağladığını isə Şəhidlər Xiyabanına gedəndə gördüm ilk dəfə. Çox həyacanlanmışdı. Baxışlarında "bir gün mən də vətənim üçün şəhid olacağam" ifadəsini oxudum elə bil.  İndi düşünürəm ki, yəqin elə ürəyindən keçib bu hiss. Amma onun şəhid xəbərini eşidəndə çox sarsıldım. Torpaqları müharibəsiz ala bilməzdik. Müharibə də qurbansız olmur, bilirəm. Amma xəstələndim, depressiv hala düşdüm.  Qardaşım Rəşid Birinci Qarabağ savaşının şəhididir. Onda bu qədər əzab çəkmədim. Yoxluğunu hiss edirdim, amma qürur yaşayırdım. "Qardaşım qəhrəmandı" deyə fərəhlənirdim. 10-cu sinifdə oxuyurdum. Bəlkə yeniyetmə idim, ona görə. İndi ağrılı yaşadım, övladımı itirdim elə bil. Özümü güclə toparladım. Bilirəm ki, Müslüm kimi oğullar olmasa biz hələ də şagird gündəliklərindəki qara tarixləri öyrədirdik böyüyən nəslə. Məhz Müslüm kimi oğullar bizi qara tarixlərdən xilas etdi.-bunları şagirdlərinin telefonda adını "anam" yazdıqları Bahar Ələkbərova söylədi. Xəzər rayonundakı 218 nömrəli məktəb Bahar müəllimənin qardaşı Rəşid Baxışovun adını daşıyır. Bahar müəllimə hal-hazırda 121 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləsə də, məzunlarını unutmur. Müslümün ailəsi ilə də əlaqə saxlayır. Oxuduğu sinif indi Müslüm Vəliyevin adınadır. 

Həmişə "Onsuz da hərbiçi olacağam" deyən qəhrəmanım bütün düşüncəsi, varlığı ilə Azərbaycanın əsgəri olub. Vətən əsgərinin ən böyük arzusu isə  işğalda olan torpaqlarının azadlığı uğruna savaşmaq olar. Onun da arzusu bu idi.

"Arzuma çatdım" deyib sevinclə  müharibə başlayanda. Düşünürsən ki, bəlkə çox gənc idi, müharibənin dəhşətini, ağrılarını duyacaq yaşda deyildi? Amma torpağının, dövlətinin uğradığı xəyanətin dəhşətini anlayırdı. Minlərlə insanımızın çəkdiklərini bilirdi. Dostlarının sözlərinə görə Müslüm  ərazimizin bütövlüyü uğruna savaşa böyük ruh yüksəkliyi ilə qatılıb.

Birinci Qarabağ savaşından sonra hər birimizin ürəyində bir ağrı vardı. Hər birimiz bir ağırlıq gəzdirirdik: Minlərlə itgilər və məğlubiyyət. Bunu yaşamaq, bu yükü daşımaq dözülməz idi. İllər keçdi beləcə...
 "Torpaqlarımızı azad etməliyik"-dedi kimi. Kimi hayqırdı, kimi pıçıldadı. Kimi ürəyi ilə danışdı illər boyu:"O gün gələcək"dedilər, o günün gələcəyinə inam yaşadı çoxunun ürəyində
 Və o gün gəldi. Ali Baş Komandanın əmri ilə ədalət uğruna İkinci Qarabağ savaşı başladı bir payız günü. 

27 sentyabr 2020-ci il. Həqiqi hərbi xidmətinin başa çatmasına 3 ay qalırdı. Tez-tez əsgər yoldaşlarına " torpaqlarımızı azad edənəcən hərbidə qalacağam" deyirmiş.
 İbrahim Əliyev 44 günlük vətən müharibəsinin igidlərindəndir: Hərbi xidmətimiz  Müslümlə keçib. İlk gündən anladıq bir-birimizi, dostlaşdıq. Müslüm ən məsuliyyətli əsgərlərdən idi. Ən çətin tapşırıqları belə dəqiqliklə yerinə yetirir, bütün texnikanı öyrənməyə çalışırdı. Həmişə bir ruh yüksəkliyi vardı. Bölükdə öz səliqə-səhmanı ilə seçilirdi. Hamı ilə dil tapırdı. Müharibə xəbərini eşidəndə də sevindi "torpaqlarımızı alacayıq" deyə. Özü də elə deyərdi ki, döyüşsək, biz qalib olarıq. O qədər inanırdı. Heyf ki, qələbə gününü görmədi. Məncə şəhidlərimiz hamısı qalib olduğumuzu bilir.

İlk döyüş günləri...Ən çox itgilərin olduğu günlər idi. Qələbə yolunu ilk günlərin igidləri, şəhidləri açdı. Suqovuşan uğrunda gedən ağır döyüşlərdə şəhid oldu qəhrəmanım 28 sentyabrda. Vətən əsgəri kimi  bütün tapşırıqları, vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə, nümunəvi xidmətinə, şəxsi igidliyinə, düşmən qruplaşmalarının məhv edilməsində, ilk hücumda düşmən səddinin dağıdılmasında göstərdiyi igidliyə görə  "Suqovuşanın azad olunmasına görə","Vətən uğrunda", "Cəsur döyüşçü", 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Şəhidlər haqda yazanda ailələri ilə əlaqə nömrələrini axtarıram ilk öncə. Bəziləri ilə görüşürəm, bəziləri ilə telefonla danışıram. Onlarla üzbəüz görüşmək mənim üçün çox çətindi.

Özümü toplayıb zəng vurdum. Qırıq-qırıq danışdı ata. Atanın səsi ağladı. Atanın əlinin əsdiyini də hiss etdim elə bil...Söhbət qısa oldu. Özümü suda batan kimi hiss etdim. Bu ata ilə necə üz-üzə dayanmaq olar? Ailə özü də danışmaqda çətinlik çəkir. Anlamaq çətin deyil. 

Qardaşı ilə oldu söhbətimiz.Vəliağa və Kifayət Vəliyevlərin ailəsində 4 uşaq böyüyüb: Murad, Müslüm, Mövsüm və Məsumə. Müslüm ailənin ikinci övladıdır.
 Böyük qardaşı Muradın Müslüm adlı oğlu böyüyür indi. Bu da düşmənlərimizə canlı mesajdı:Hələ neçə-neçə Müslümlər doğulacaq, Poladlar, Mübarizlər, Şahnurlar, Naillər, İmranlar böyüyəcək bu torpaqda.

Bu torpaq həmişə onların vətəni olacaq. Bu torpaq həmişə VƏTƏN olacaq.   

Kamalə Abiyeva




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ