çərşənbə günü, 26 avqust 2026
     

İslam Universiteti barədə bu nə xəbərdir?..

Image


Bakı İslam Universitetinin təsisçisi olan Qafqaz Müsəlmanları İdarəsi məzunlara saxta diplom verib və bu, məhkəmə qaydasında sübut olunub.

Hazırda yüzlərlə məzunun təzminat və vurulmuş maddi-mənəvi zərər-ziyana görə Qafqaz Müsəlmanları İdarəsini məhkəməyə verəcəyi gözlənilir. Bu barədə ARX.az saytı məlumat yayıb. 

Qeyd edilir ki, əsasən maddi, sosial durumu ağır olan bu məzunlar illərdir məhkəmə yollarında süründürülür. Bakı İslam Universiteti fəaliyyəti dövründə qanunsuz filiallar açıb, xaricə qanunsuz tələbə göndərib, Azərbaycanın təhsil haqda qanunları ilə yox, İranın qanunları ilə idarə olunub.

"Yəni Azərbaycan dövlətinin təhsil haqda qanunlarına məhəl qoymayıb, lisenziya almayıb, akkreditasiya olmayıb, test üsulu ilə imtahan götürməyib. İranın dini təhsil sisteminə uyğun işləyib. Diplomlarının dövlət nümunəli diplomla əvəzlənməsi üçün mübarizə aparan yüzlərlə məzunun işi ilə bağlı Ali Məhkəmə yekun qərar qəbul edərək, günahkar və cavabdeh tərəfin Təhsil Nazirliyi deyil, Qafqaz Müsəlmanları İdarəsi və Bakı İslam Universiteti olmasını sübut edib.

Təhsil və məhkəmə prosesləri zamanı məzunlara dəymiş milyonlarla manat dəyərində maddi - mənəvi ziyan və illərdir elmi sahədə məhdudiyyətlərlə üzləşdiklərinə görə təzminat üçün məhkəməyə müraciət ediləcək"- deyə bildirilir.

Məzunlar qeyd edib ki, təzyiq və təhdidlərə baxmayaraq qanunla irəliləyəcəklər. "Heç kəs heç kəsin haqqını yeyə bilməz. Bizə olunan bu haqsızlıq mənəvi dəyərlərə, dinə, İslam adına böyük ləkədir. Nə diplomumuzu verdilər, nə də vurduqları ziyanı ödəmək istəyirlər. Bu mübarizədə artıq yaşımız keçsə də geri çəkilən deyilik. Milli, vətənpərvər ruhda olan bizim kimi ilahiyyatçıları məhv edə bilməyəcək xarici maraqlara xidmət edənlər. Biz dövlətimizə, dövlət başçımıza inanırıq və ədalətin bərpa olunmasına əminik. Bizim pullarımızla özlərinə bahalı villalar tikdirib Leksus, Mersedeslər alanlar bu gün kef çəkir, biz isə işsiz, elmi işimizi belə müdafiə edə bilmirik.

Məhkəmə proseslərini davam etdirmək üçün maddi vəziyyətimiz tamamilə ağır olsa da borcla, kreditlə, dilənməklə də olsa davam edəcəyik. Din pərdəsinə girənlər bizim haqqımızı yeyə bilməz" - deyə bir qrup məzun vurğulayıb.

Bəxşeyiş Eyyubov: "2010-cu ildən indiyə qədər heç bir yerdə işlə təmin oluna bilmirəm" 

Bakı İslam Universitetinin məzunlarından biri Bəxşeyiş Eyyubov "Bakı-Xəbər"ə "Bu məsələ ilə bilavasitə əlaqəli olan şəxslərdən biri də mən özüməm. Mənim də məhkəmə prosesim gedib. Mən özüm də Bakı İslam Universitetini bitirmişəm, 5 il oxumuşam, universitet mənə magistr diplomu verib. 

Biz Bakı İnzibati Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməsinə  kassasiya şikayəti verdik. Bu üç məhkəmə qurumunun üçü də təsdiq etdi ki, həqiqətən də Təhsil Nazirliyinin heç bir günahı yoxdur, günahın hamısı Bakı İslam Universitetindədir. 

İlk növbədə Bakı İslam Universitetinin prorektoru Elçin Həsənli ilə danışdıq, Hacı Sabirlə və Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşmək istədiyimizi bildirdik. Təəssüflər olsun ki, nə Hacı Sabirlə, nə də Şeyxlə bizim görüşümüz təyin olunmadı. Bizə dedilər ki, Şeyx xəstədir və görüşə bilməz, bizim müraciətimizdən üç gün sonra isə bir xarici biznesmeni qəbul etdi. Vaxtında Bakı İslam Universitetinin rəhbərliyi ilə danışdıq, rəhbər heyət bilavasitə məzunları, tələbələri dövlətə, Elm və Təhsil Nazirliyinə qarşı yönəldir. Onlar bizə dedilər ki, bizdə günah yoxdur, günah nazirlikdədir. Biz də nazirliyi Bakı İnzibatı məhkəməsinə verdik, məhkəmə təsdiq etdi ki, həqiqətən də burada günahkar Bakı İslam Universitetidir, bu universtetin ölkə qanunlarına tabe olmaması ilə bağlıdır. Məhkəmə qərar qəbul etdi. Bu qərardan apellyasiya şikayəti verdik, bu məhkəmə də eyni təsdiqi verdi və biz yenidən kassasiya şikayəti verdik. Kassasiya şikayətində də təsdiq olundu ki, həqiqətən də universitetin yol verdiyi nöqsanlara, etdiyi qanun pozuntularına görə bu universitetinin məzunları dövlət nümunəli diplomla təmin olunmur.   Ümumilikdə hansısa yolla dövlət nümunəli magistr  diplomu ilə təmin olunub. Amma bu bizə şamil olunmadı, bilavasitə göstərildi ki, universitet saxta filiallar açıb, saxta diplomlar verib. Bununla  məsələlər məhkəmə qərarlarında da öz əksini tapıb. Eyni zamanda Təhsil Nazirliyi məhkəməyə və bizə yazdığı cavabda  bildirir ki, bu universitet həqiqətən də saxta diplomlar və saxta filillar açıb"-deyə bildirdi.

B.Eyyubov bildirir ki, bu məsələdə məzunlar həm maddi, həm də mənəvi ziyan çəkib, günlərlə məhkəmələrdə vaxt itiriblər. Müsahibimiz qeyd edir ki, universitet ən vacib məqamlarda məzunların yanında olmayıb, onların təkrar kassasiya şikayəti verib diplomlarının təsdiqinə nail olmaları üçün vəkil tutmalarına yardım göstərməyib. Onun vurğuladığına görə, hətta məhkəmədə universitetə qarşı müəyyən fikirlər də səsləndirilib ki, siz bu qanunsuzluqlara tabe olmusunuz, lisenziya götürməmisiniz, öz yanınızdan tələbə qəbul etmisiniz, öz yanınızdan diplom vermisiniz və sair.  Bunlar da qanuna qarşıdır. "Səhv etmirəmsə, məhkəmədə Təhsil Nazirliyini Rasim Hüseynov təmsil edirdi. Məlumatımıza görə, uzun müddət İqtisad Məhkəməsinin sədri işləyib. İnzibati məhkəmədən çıxanda biz Rasim müəllimlə Elçin müəllimi üzləşdirdik. Rasim müəllim birbaşa Elçin müəllimə dedi ki, sizin əlinizdə Ədliyyə Nazirliyinin unversitetin açılmasına dair lisenziyasından əlavə hansı sənədləriniz var? Başqa bir sənəd yox idi. 

Mən Ağdam rayonundan keçmiş məcburi köçkünəm. O zaman məcburi köçkün olmağıma baxmayaraq, iki ay təhsil haqqım gecikdiyinə görə hətta məni universitetdən çıxardırdılar. Hacı Sabir özü dedi ki, bu, Şeyxin göstərişidir, mənə deyə bilər indiyə qədər niyə çıxarmamısan. 2005-2006-cı tədris ilinin məzunuyam. Mən gecələr "axran" işləyib gündüzlər dəsrə getmişəm. Bu şəraitdə oxumuşam və məcburi köçkün olduğumu təsdiq edən vəsiqəni təqdim etməyimə baxmayaraq, bunu nəzərə almadılar, dedilər ki, təhsil ödənişlidir və təhsil haqqı ödəməlisiniz, mən də ödəniş etmişəm.

2010-cu ildən indiyə qədər heç bir yerdə işlə təmin oluna bilmirəm. Hətta elmi iş götürüb müdafiə belə edə bilmirik.  Bunu da universitet rəhbərliyinə bildirəndə deyirlər ki, gedin molla olun, siz iştimai işlərlə niyə məşğul olursunuz. Mən 2012-ci ildən qəzet təsis etmişəm. Artıq 2019-cu ildən isə bir neçə portala rəhbərlik edirəm. Yəni bu illər ərzində gördüyümüz ictimai işlər nəzərə alınmır və bizə ancaq "molla olmalısınız" deyilir. Biz onları başa düşə bilmirik. Elmi iş götürüb müdafiə etmək, bu sahə üzrə təhsilimizi artırmaq istəyirik . Heç bir şərait yaradılmır, buna da cavabdeh birbaşa Bakı İslam Universitetidir, universitetin həyata keçirdiyi qanunsuzluqlar və saxta diplom verməsidir"-deyə bildirən B.Eyyubov qeyd etdi ki, Sabir Həsənli Heydər Məscidində imamlıq edir, namaz qılır, başını Allah yolunda möhürə vurur, səcdəyə gedir. "Sadəcə, bizə aydın olmayan bir məsələ var. Həqiqətən də bilmirik ki, onun Allahı hansı Allahdır, o hansı Allaha xidmət edir? Yəni hansı dindədir? Onun dini, məzhəbi artıq bilinmir. Allah yolunda namaz qılan insan başqa insanların haqqında girməməlidir. Dəfələrlə müraciət etməyimizə, rəsmi sorğu verməyimizə baxmayaraq, qanunlara əməl edib nə Bakı İslam Universiteti, nə də QMİ bizə bir bir cavab verib"-deyə  B.Eyyubov qeyd etdi. 

Tural İrfan: "Bu universitetin bəzi sənədlərinin qaydasında olmaması ucbatından verdiyi diplomlar dövlət nümunəli diplom kimi tanınmadı, bu diplomlar qəbul edilmədi" 

İlahiyyatçı ekspert Tural İrfanın da məsələyə mövqeyini öyrəndik. "Məsələ bundadır ki, bu universitetin bəzi sənədlərinin qaydasında olmaması ucbatından verdiyi diplomlar dövlət nümunəli diplom kimi tanınmadı, bu diplomlar qəbul edilmədi. Deyirlər ki, qanun pozuntusu olub. 3700 məzundan təxminən 70-80 nəfər məzun məhkəməyə müraciət etmişdi, Ali məhkəməyə qədər getdilər. Onların hamısına diplomlarının tanınması ilə bağlı imtina verildi. Diplomları tanınmadı. Belə göstərildi ki, həmin universitet fəaliyyət göstərdiyi müddətdə müəyyən nöqsanlara yol verib, Azərbaycan qanunlarının tələblərinə əməl etməyib, imtahanları test üsulu ilə keçirməyib. Bu işə nəzarət edən dövlət orqanları, Təhsil Nazirliyi və başqa qurumlar vardı. Sual olunur, paytaxtın mərkəzində belə bir universitet 30 ilə yaxın fəaliyyət göstərib, ona ayrıca bina tikilib, bu qədər proses baş verib, bəs niyə Təhsil Nazirliyi buna nəzarət etməyib? Bu da məsələnin şübhəli və qaranlıq tərəflərindən biridir. Tələbələri 5 il müddətində əsgərlikdən saxlayıb, təhsil almaq üçün ərəb ölkələrinə tələbələr göndərib, universitetin başqa ali məktəblərlə əlaqələri olub. Amma Bakı İslam Universitetinin verdiyi diplomları tanımadılar. Bu məhkəmələr də diplomların təsdiqi ilə bağlı qərar qəbul etməkdən imtina etdikdən sonra məzunlar çox ciddi problemlərlə üzləşdilər. Bu məzunların işsiz qalmasının, onların çətinliyə düşməsinin qarşısını müəyyən qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aldı. Onlar məzunları işlə təmin edirlər. Amma ali təhsilli şəxslər kimi yox, dini təhsilli bir şəxs kimi işlə təmin olunurlar. Yəni elə bir işlə təmin edilirlər ki, orada mədrəsə diplomu da, universitet diplomu da keçərlidir. Bu adamlar dini təhsil alan şəxslər kimi attestasiyadan keçir, imtahan verir və məscidlərdə işlə təmin edilirlər. Bu sahədə problem yoxdur. Ancaq əsas problem ondan ibarətdir ki, bu məzunların hamısı axundluğa, din xadimliyinə getmək istəmir. Mətbuatda, sosial sahələrdə çalışan məzunlar var. Elmi sahəyə gedənlər var ki, onlar hamısı elmi iş götürmək məsələsində problemlərlə üzləşirlər. Elə mənim tanıdığım 200-ə yaxın məzun var ki, bu problemlə qarşılaşır. Türkiyədə 7-8 ildir təhsil alan məzunlar var, onlar orada alimlik dərəcəsi alıblar, amma bakalvr diplomları tanınmadığı üçün nə elmi dərəcədə irəliləyə bilirlər, nə də işləyə. Yaxud Bakı İslam Universitetinin məzunu olan şəxslərin Elmlər Akademiyasının İlahiyyat İnstitutunda alimlik dərəcəsi almaq üçün elmi iş götürüb işləməsi mümkün deyil. Amma xarici ölkələrdə diplom alıb gəlmiş adamları yaxşı qəbul edirlər, onlar elmi iş də götürürlər, iş də tapırlar. Məsələ burasındadır ki, din xadimliyinə gedənlər üçün heç bir problem yoxdur. Problem elmi, dünyəvi sahəyə getmək istəyənlərlə bağlıdır. Məzunlar istəyir ki, gedib həmin diplomla dövlət qulluğuna imtahan versin və işləsinlər, yaxud ixtisaslarını dəyişsinlər, bunlar heç mümkün deyil"-deyən T.İrfan qeyd etdi ki, bu hüquqi baxımdan vətəndaşın elm almaq hüququn pozulamasıdır. "Məzunlardan yalnız birinə dövlət nümunəli diplom verilib. Burada da kifayət qədər şübhəli məqamlar var. Universiteti məhkəməyə verən məzunların içində yalnız bir nəfərin gerçək diplomu var, onun da hazırda 63 yaşı var. Ona magistr diplomu verilib, o da xəstədir işləmir. Məzunlar arasında 7-8 il məhkəmələrdə sürünənlər, əziyyətlə rayonlardan gəlib burda məhkəmə prosesində iştirak edənlər var.  Amma bu məsələ öz həllini tapmadı"-deyən T.İrfan bildirdi ki, millət vəkillərinə, dövlət qurumlarına müaciət edildi, amma heç bir nəticəsi olmadı, məhkəmələr də məlum qərar verdi. "İndi də təzminatla bağlı məsələ qaldırılıb. Çünki diplom məsələsini birmənalı şəkildə Təhsil Nazirliyi inkar edib, rədd edib. Yəni universitet bu qədər böyük nöqsanlara yol verməsəydi, yəqin məsələnin həlli yolları tapılardı. Məhkəmənin qərarına görə, nöqsanlara yol verildiyi üçün diplomlar tanınmadı.  Bu belə olduqda isə məzunlara təzminat ödənilməlidir. Çünki onlara mənəzi ziyanla yanaşı böyük maddi zərər də dəyib. Bəziləri xaricdə də öz hesabına təhsil alıb. İndi ola bilsin ki, dəyən maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edilsin"-deyə T.İrfan qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 19:11
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ