Bazar günü günü, 08 noyabr 2026
     

İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid - qabaqcıl dünya təcrübələrinin Azərbaycanda səmərəli tətbiqi

Image


Azad ərazilərimizdə "yaşıl enerji"yə keçid bu torpaqları cənnətə çevirir...

Dünya özünə qayıdır. Son illərdə təbiətin dəngəsinin pozulması ekoloji problemlərin katastrofik həddə çatdığını göstərməklə dünyanın xilasını ciddi şəkildə gündəmə gətirdi, həm də dünyanın özünə qayıdışını şərtləndirdi.

Məsələ burasındadır ki, bugünə qədər təbiət problemləri müasir insanı çox az düşündürürdü, dövlətlərin əsas prioriteti özünün enerji tələbatını ödəməkdi ki, bu üzdən də Yerin təki ciddi şəkildə istismar olunurdu. Lakin gün gəldi, təbiət özü bunu insanların yadına salmağa başladı: bir tərəfdə su hövzələri quruyarkən başqa tərəfdə sellərin, daşqınların baş verməsi, katastrofik hadisələrin yaşanması ilə xatırlatdı özünü ana təbiət. Xatırlatdı ki, dünyamız yaşasın, xatırlatdı ki, bəşəriyyət xilas olsun…

Azərbaycan dünyanın xilasında ön cərgədə… 

Azərbaycan neft-qaz ölkəsi olsa da, iqtisadiyyatınin əsas hissəsi karbohidrogen istehsalından gələn gəlirə dayansa da, dünyanın yaşıl enerjiyə keçid çağırışına ilk səs verənlərdən və "yaşıl işıq" yandıranlardan oldu. Məsələ burasındadır ki, Azərbaycan dövləti özünün əzəli-əbədi torpaqlarını məhz belə bir zamanda Ermənistanın 30 illik işğalından azad etmişdi. Azərbaycanın Qarabağ kimi dilbər guşəsinin özünə qayıtması isə burada mövcud olan "yaşıl enerji" potensialını səmərəli şəkildə istifadə etmək üçün geniş imkanlar açırdı. Belə bir vaxtda Azərbaycan dövlətinin dünyanın "yaşıl keçid" çağırışına səs verənlərin ön cərgəsində olması isə onun və şəxsən Prezident İlham Əliyevin zamanın nəbzini tutmaq kimi fitri istedadından irəli gəlirdi. Artıq bu gün Azərbaycanın Qarabağ İqtisadi Rayonunda "yaşıl enerji"yə keçid sahəsində genişmiqyaslı işlərə başlaması faktdır. Hazırda Azərbaycan BMT və digər beynəlxalq təşkilatların "yaşıl enerji" proqramlarında fəal iştirak edir, qabaqcıl təcrübələr öyrənilərək ən müasir standartlar çərçivəsində tətbiq olunur. 

Araşdırmalar nəticəsində bəlli olub ki, Qarabağ və ətraf əraziləri çox böyük Günəş enerjisi potensialına malikdir, ildə ortalama 2500-3000 saat Günəş şüası alır. Dağlıq və dağətəyi bölgələrin külək enerjisi istehsalı, Qarabağın çay və su hövzələrinin isə hidroenerji istehsalı üçün böyük potensialı var. Bu gün dünyada yaşıl enerji mənbələrinə investisiyaların sürətlə artdığı faktdır. Bu isə Azərbaycana azad ərazilərimizdə yenidənqurma və bərpa işləri ilə yanaşı, Qarabağ İqtisadi Rayonuna xarici investorların cəlbi və "yaşıl enerji" istehsalında ciddi uğurlar vəd edir. Üstəlik bu, öz doğma yurd-yuvalarına geri dönmüş insanlar üçün potensial iş yerləri deməkdir ki, bu məsələ də dövlətimizin prioritetləri sırasındadır. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlanar-başlanmaz, Laçın rayonunda Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə "Güləbird" Su Elektrik Stansiyası işə salındı. Dövlət başçısı İlham Əliyevin işə saldığı bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Mütəxəssislər bildirir ki, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir. Buna görə də vaxtilə burada bir çox stansiyalar olub. Lakin mənfur qonşularımız işğal dövründə bu stansiyalardan geninə-boluna istifadə etsələr də, əraziləri məcburi şəkildə tərk edərkən bütün su elektrik stansiyalarını vandalcasına dağıtmaqdan çəkinməyiblər. Hazırda ölkə başçısının tapşırığı ilə bu ərazilərdə ermənilər tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpası yönündə ciddi iş aparılır. Belə ki, Laçın rayonu ərazisində 5 su elektrik stansiyası, Kəlbəcər rayonunda isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Ölkə başçısı da çıxışlarında bu məsələyə toxunaraq bildirib ki, bərpaolunan enerji növlərinin işğaldan azad torpaqlarımızda çox böyük potensialı var və onlar arasında "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları ən böyük potensiala malik olacaq: "Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni biz bir neçə ildən sonra 120 meqavat "Xudafərin" və "Qız Qalası" stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır. Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin".

ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, neft ölkəsi olması Azərbaycanın günahı deyil. Bu resurslardan necə istifadə edildiyinə baxmaq lazımdır. Azərbaycan dövləti bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün istifadə edir. 

Əslində Azərbaycan son illərdə Avropanın ən böyük enerji təchizatçılarından birinə çevrilməklə, bir çox ölkələrin sanksiyalar altında əzilən Rusiyanın qaz asılılığından xilas olmasında əhəmiyyətli rol oynadı və bu ölkələrin hələ də Azərbaycan qazına böyük ehtiyacı var. Lakin ölkəmiz iqlim dəyişmələri və onun fəsadları ilə bağlı dünyanı cənginə almış narahatlıqları da bölüşməyə bilməzdi və o üzdən də bərpaolunan enerji çağırışlarına həssaslıqla cavab verdi. Məsələ burasındadır ki, Azərbaycan dövlətinin məqsədyönlü enerji siyasəti bu kataklizmin çox yaxın zamanda başlayacağını proqnozlaşdırdığından, hələ bir neçə il əvvəl, 2021-ci ilin oktyabrında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə əməkdaşlıq Memorandumu imzalanmışdı. Həmin vaxt Bakıda keçirilən 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində "Masdar" şirkəti ilə dörd anlaşma memorandumu imzalandı ki, onlardan biri də "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan və təmiz enerji sahəsində əməkdaşlığa dair" Anlaşma Memorandumu idi. Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpaolunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir. 

Yaşıl dünya naminə həmrəylik ili... 

Ümumiyyətlə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bütün beynəlxalq layihələr, o cümlədən, "yaşıl enerji" layihələri, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" ölkəmizin bərpaolunan enerji keçidinə sadiqliyini göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər tam sürətlə aparılır.

Qeyd olunur ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürür.

Artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması əsas prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmaların tətbiqi və ekosistemin bərpası da elə dövlətin prioritet elan etdiyi bu vəzifələrə dayanır.

Əslində, Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi hələ 2021-ci ilin fevralında qəbul edilən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafın Milli Prioritetləri"ndə öz əksini tapıb. Elə 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması, 2023-cü il fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi də Azərbaycanın bu sahəyə olan diqqətinin bariz nümunəsidir.

2023-cü ilin dekabrında isə Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. Müvafiq strukturların rəhbərləri tərəfindən imzalanan birgə kommünike bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, yaşıl hidrogen və yaşıl ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlığı nəzərdə tutur.

"Yaşıl enerji"yə keçid həm də karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Öhdəliyə əsasən, Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faizədək azaltmalı və işğaldan azad edilmiş ərazilərdə "sıfır emissiya" zonası yaratmalıdır. Göründüyü kimi, artıq bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.

Azərbaycan dövlətinin daha bir hədəfi isə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli siyasətini həyata keçirməkdir. Hazırda ölkəmiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. 

COP29-a ev sahibliyi - ölkəmizə etimadın bariz nümunəsi... 

Azərbaycan dövlətinin bu qlobal böhrana həssas münasibəti və atdığı məqsədyönlü addımlar dünya ölkələri tərəfindən diqqətlə izlənilir və təqdir olunur. Bunun nəticəsidir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının göstəricisidir.

Azərbaycan COP29 çərçivəsində "yaşıl enerji" və enerji səmərəliliyi ilə bağlı təşəbbüslərə qoşulmaqla bərpaolunan enerjinin ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə payının 2027-ci ilədək hazırkı 20 faizdən 33 faizə yüksəldilməsini hədəfləyir. Prezident İlham Əliyev çıxışlarında qeyd edir ki, indi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz "yaşıl gündəliyə" doğru irəliləyirik. Belə bir mötəbər tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsi bir tərəfdən ölkəmizə olan beynəlxalq etimaddırsa, digər tərəfdən rəsmi Bakının sanballı "yaşıl gündəliyə" malik olmasının məntiqi nəticəsi sayılmalıdır. Nəticə isə mütləq uğurlu olacaq. Çünki Azərbaycan rəhbərliyi nəyi nə zaman etməyin lazım olduğunu bildiyini hər zaman əməlləri ilə təsdiq edib.

Samirə SƏFƏROVA
Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ