Bazar günü günü, 08 noyabr 2026
     

Aeroportda VİP strateji keçid nöqtəsidir, Bayram Nurlukimilər isə... xəbər yalandırsa, niyə təkzib olunmur...

Image


Azər Həsrət: "AZAL da bu məsələyə görə cavab verməlidir ki, necə olur..."

Özünü sosial şəbəkə fenomeni və ekstrasens kimi təqdim edən Bayram Nurlu barədə mətbautda yeni ilginc məlumat yayılıb. Yerli KİV-in yazdığına görə, bu yaxınlarda Bayram Nurlu xarici səfərdən Bakıya qayıdarkən Heydər Əliyev adına Beynəlxalq Aeroportun "VİP" xidmətlərindən istifadə edib. 

"Bu zaman onun dalınca Azərbaycanın nüfuzlu nazirliklərindən birinə təhkim olunmuş AA seriyalı "BMW" markalı avtomobil göndərilib. Bayram Nurlu həmin avtomobilə əyləşərək, müvafiq ünvana gedib"- deyə mətbuatda qeyd edilib. 

Bizim işimiz onun arxasınca avtomobil göndərən yüksək çinli dövlət məmurunun kimliyini araşdırmaq, B.Nurlunun şəxsi həyatını müzakirə etmək deyil. Diqqətimizi çəkən məsələ başqadır. B.Nurlunun hansı yolla "VİP" Xidmətindən istifadə etdiyi müxtəlif suallar doğurur.  "VİP" elə bir xidmət məkanı deyil ki, istənilən şəxs əlinə çemodanını götürüb ora daxil olsun, xaricə gedəndə və xaricdən gələndə ondan istifadə etsin. Bildiyimiz qədər, təyyarənin "VİP" xidmətindən istifadə edən adamların siyahısı Prezidentin sərəncamı ilə təsdiqlənir. Yəni biz belə bilirik. Onu da bilmirik ki, Bayram Nurlunun adı o siyahıda var, yoxsa yoxdu, onu həqiqətən də "VİP"-ə buraxıblar, yaxud  buraxmayıblar. Amma mətbuatda belə bir məlumat yazılıbsa, onda B.Nurlu ora necə daxil olub? AZAL-ın indiyə qədər bununla bağlı heç bir açıqlaması yoxdur. AZAL bu barədə açıqlama verməyib. Hər halda, qurumun açıqlama verməsini ictimaiyyət də, mətbuat da gözləyir.  

B.Nurlunu "VİP"-ə salan nazir müavini kimdirsə, onun da adı açıqlanmır, amma ictimaiyyət tərəfindən qınanılır. İctimaiyyət hesab edir ki, onun "VİP"-ə buraxılmasında AZAL-ın rəhbəri məsuliyyət daşıyır. Əgər Prezidentin təsdiq etdiyi siyahıda onun adı yoxdursa, bəs o ora necə düşüb? Bu AZAL-ın məsuliyyətidir. Yaxud o siyahıda varsa, adı o siyahıya necə düşüb? Bizi məsələnin şou tərəfi maraqlandırmır. Nəzərə alsaq ki, "VİP"  çox mühüm bir dövlət institutudur və çox əhəmiyyətli şəxslərin xaricə gedib-gələndə istifadə etdiyi strateji bir keçid məntəqəsidir, o halda Bayram Nurlu kimdi "VİP"-dən istifadə etmək imkanı əldə etsin? "VİP"-dən istifadə etməyibsə və məlumat yalandırsa, o informasiya  təkzib olunmalıdır. Yəni ictimaiyyətin gözündə  "VİP"i belə rüsvayçı duruma salmaq olmaz. 

Məsələyə əvvəlcə AZAL-ın mövqeyini öyrənmək istədik. Qurumun mətbuat xidmətindən bildirdilər ki, sualın cavablandırılması üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə müraciət edin. Biz də Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə müraciət etdik və sorğu göndərdik, qurumdan rəsmi cavab gələn kimi onu da təqdim edəcəyik. 

Məsələyə ekspert rəyi öyrəndik. 

"...Düşünürəm ki, məsələnin üzərinə cəmiyyət olaraq getməliyik, bunun axırına çıxmalıyıq..." 

Siyasi şərhçi Azər Həsrət bildirdi ki, dövlət vəzifəsində, dövlət qulluğunda təmsil olunmaq, eyni zamanda o vəzifənin, o qulluğun verdiyi səlahiyyətlərdən istifadə şəxsi ləyaqət göstəricisidir.  "Yəni bir dövlət vəzifəlisi ona tapşırılan səlahiyyətləri icra edərkən eyni zamanda konkret əxlaq dairəsi çərçivəsində də davranmaq öhdəliyini götürür. Dövlət vəzifəsində olmaq daha üstün ləyaqət sahibi olmaq deməkdir. Hələ nazir müavini olmaq daha əxlaqlı, daha şərəfli, daha vicdanlı, dövlətə daha bağlı insan olmaq deməkdir. Amma yayılan informasiyadan belə görünür ki, hansısa nazir müavini dövlət əxlaqını bir üzdəniraqın ayaqları altına atıb. Yəni şübhəli kimliyi və çılpaq desək, əxlaqsızlığı ilə ad çıxarmış bir adamı bu cür yüksək səviyyədə hörmətə mindirən adam dövlət vəzifəsi daşımamalıdır. Əgər o nazir müavini özü də həmin əxlaqsızlığın girdabına yuvarlanıbsa, vəzifəsindən cəhənnəm olub getməlidir. Bu cür adamlar dövlət vəzifəsinə yaxın buraxılmamalıdır. Cəmiyyətin əxlaqını korlayan, pis örnək təşkil edən adamlara bu cür dəstək olmaq, onları qaldırıb başımızın üzərinə qoymaq bir dövlət adamına yaraşacaq davanış deyil. Bu əxlaqsızlığa qahmar çıxan adam dövlət vəzifəsi daşımamalıdır. Eyni zamanda AZAL da bu məsələyə görə cavab verməlidir ki, necə olur elə əxlaqsız, tərbiyəsiz adamlar yüksək dövlət vəzifəsi tutan, yaxud da cəmiyyətdə öz çəkisi ilə fərqlənən adamların istifadə etməli olduğu xidmətdən belə rahatlıqla istifadə edə bilir? Kimdir onlara bu izni verən? Niyə bu izn verilir? Niyə bu adamlar dövlət vəzifəsi tutduqlarına görə hər cür əxlaqsızlığı edə biləcəklərini düşünürlər? Ona görə də, düşünürəm ki, məsələnin üzərinə cəmiyyət olaraq getməliyik, bunun axırına çıxmalıyıq, bu tərbiyəsiz, əxlaqsız, pis örnək təşkil edən adama lütfü göstərən o əxlaqsız nazir müavininin kimliyi də iştimailəşdirilməlidir. Ümumiyyətlə, heç vaxt dövlət qulluğu tuta bilməyəcəyi ilə bağlı qərar verilməlidir. Təbiidir ki, o vəzifəsindən dərhal rədd edilməlidir. Özü də bunu Prezident İlham Əliyev xüsusi qərarla elan etməlidir ki, başqalrına da görk olsun. Bu nədir, Azərbaycan cəmiyyətində bu cür tərbiyəsiz, əxlaqsız adamları gətirib dövlət vəzifəli şəxslər başımıza çıxarırlar. Bu, cəmiyyətin təməllərinin məhv edilməsidir. Bunu da bir nazir müavini edirsə, AZAL edirsə cəmiyyət olaraq belə məsələyə heç də dözüm göstərməli deyilik"-deyə müsahibimiz vurğuladı. 

Məsələ ilə bağlı sorğumuza cavab verərsə, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin də mövqeyini işıqlandıracağıq...

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ