Bazar günü günü, 08 noyabr 2026
     

Mülki həyatda traktorçu, müharibədə topçu, Murovda həlak oldu - şəhid Şahin Cəfərlinin anası...

Image


Gülər Cəfərova: "Oğlumun şəhid olduğuna hələ də inana bilmirəm, yolunu gözləyirəm..."

İyunun 12-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Şəki Şəhər Heydər Əliyev Mərkəzində təşkil etdiyi "44 gün – Tarixi zəfər" adlı kitabın I və II cildinin təqdimat mərasimi çərçivəsində Şəki, Oğuz və Qəbələdən olan şəhid valideynlərindən övladları, Vətənin igid, ölməz oğulları barədə müsahibələr götürdük. 

Budəfəki müsahibimiz 28 iyun 1994-cü ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olan Vətən müharibəsi şəhidi Şahin Şamil oğlu Cəfərlinin anası Gülər Cəfərovadır. Bildirək ki, iyunun 28-i şəhidimizin ad günüdür, yaşasaydı 30 yaşı tamam olacaqdı. 

Qara libaslı, qara yaylıqlı analarımızdandır Gülər xanım, yeganə oğlu cəbhəyə gedib və şəhidlik zirvəsinə ucalıb. Ürəyi oğul yaralı ana bildirir ki, Şahin 2000-2011-ci illərdə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirib. "Oğlum çox sadə, halal, zəhmətkeş idi. Uşaqlıqdan texnikaya, kənd təsərrüfatına  xüsusi maraq göstərirdi, torpağı sevirdi. Atası traktorçu idi, özü də atası kimi traktorçu oldu. Bu işə həvəs onda atası traktorçu olduğu üçün yaranmışdı. 

"Bütün Azərbaycan oğulları kimi mənim oğlumun da ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi" 

Bununla yanaşı çox vətənpərvər, zəhmətkeş bir bala idi. 

Vətən müharibəsi başlamazdan əvvəl sentyabrın 21-də çağırışla gedib, sentyabrın 27-də də 44 günlük Vətən müharibəsi başlayıb.  

Şahin 2012-2014-cü illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olub. Xidmətdə olarkən atasına dəfələrlə komandanlığın təşəkkür məktubları gəlirdi. Bütün Azərbaycan oğulları kimi mənim oğlumun da ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. Onu da deyim ki, Şahin 2016-cı ildə Aprel döyüşlərində sərrast atıcı kimi iştirak edib. Qeyd etdiyim kimi, 2020-ci ilin sentyabrında da səfərbərliklə bağlı hərbi təlim toplanışına cəlb edilib.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan oğlum Şahin Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində döyüşüb. Top alay atıcısı kimi çox fərqlənib. 

Balam oktyabrın 1-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olub, oktyabrın 2-də Xalxalqışlaq kəndində dəfn olunub".

Gülər ana dedi ki, oğlu 26 yaşında şəhdilik zirvəsinə ucalıb, özündən sonra Jasmin adlı bir qızı qalıb. Jasmin də bütün şəhid balaları kimi atasının bir gün qayıdacağı günü gözləyir, amma atası da, başqa şəhidlərimiz də Tanrının uca mərtəbəsindən övladlarına baxırlar, ruhları ilə onları qoruyurlar. 

"Oğlum evli idi. Qızı Jasmin oğlumun şəhid olmasından sonra doğuldu. Atası oktyabrın 1-i şəhidlik zirvəsinə ucaldı, dekabrın 23-ü nəvəm dünyaya gəldi. Özümün bir qızım, bir oğlum vardı, Şahin həm sonbeşiyim, həm də yeganə oğlum idi. Şahinsiz yaşamaq çox çətindir, övladı da hər zaman atasının yolunu gözləyir. Yoldaşını özü sevib – seçmişdi, el adəti ilə ona gözəl toy etdik. 

Hər dəqiqə Şahinin yolunu gözləyirəm, elə bilirəm ki, indi qapını açıb içəri girəcək. Harasa gedəndə də evə tez getməyə çalışıram ki, birdən Şahin gələr məni evdə tapmaz. Evimizin hər yanını oğlumun şəkilləri ilə bəzəmişik. Bilirsiz, çox çətindir. Oğlumun şəhid olduğuna hələ də inana bilmirəm, yolunu gözləyirəm..."

Ana deyir ki, bəzən ona elə gəlir, oğlu traktorla yer əkməyə gedib, özünü insanların harayına çatdırıb.

Bütün bununla yanaşı, ananın sözlərinə görə, acısı böyük olsa da, oğlunun şəhid adı ilə qürur duyur.  

Ana qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Cəfərli ölümündən sonra "Vətən uğrunda", Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub. 

Ana deyir ki, övladından yadigar qalan nə varsa hamısını göz bəbəyi kimi qoruyur, onlardan oğlunun ətrini alır. Dövlət başçısının oğlunun əməyinə böyük qiymət verdiyini deyən ana bildirdi ki, Şahinin böyük bir amal uğrunda şəhid olması ilə fəxr edir. 

Ürəyi dəmirçi kürəsi kimi yanan Gülər ana danışdıqca kövrəlir, göz yaşlarını saxlaya bilmirdi. Gecə-gündüz ağlayıb-oxşamağı, balasının məzarının başına pərvanə kimi dolanmağı özünə peşə bilən ananın ağrı-acısı dünyaya sığmır. Respublika Xatirə Kitabı Redaksiyasının şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində gördüyü işləri təqdir edən şəhid anası bildirdi ki, oğlunun adı da bu kitablarda əks olunur, xatirəsi yaşadılır.

Gülər ana bu gün təsəllini balaca Jasmindən alır, deyir ki, balasının balası ona bəzən qüssəni, kədəri bir anlıq unutdurur. Nə yaxşı ki, şəhidlərdən yadigar qalan övladları var, o övladlar şəhid ataların bizlərə yadigarıdır...

İyunun 28-də 30 yaşı tamam olan şəhidimiz, igid döyüşçü Cəfərli Şahin Şamil oğlunu xatırladıq. Şahin kimi qəhrəmanlarımızın ruhu şaddır...

İradə SARIYEVA
Şəki-Bakı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ