Bazar günü günü, 08 noyabr 2026
     

Bütün ömrünü hərbə bağladı, 27 yaşında şəhid oldu - şəhid anası Ülkər Xasıyeva...

Image


Ülkər Xasıyeva: "Oğlum Röyal 160 döyüşçü yoldaşını qəhrəmancasına erməni mühasirəsindən çıxarıb..."

İyunun 12-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının Şəki Şəhər Heydər Əliyev Mərkəzində təşkil etdiyi "44 gün – Tarixi zəfər" adlı kitabın I və II cildinin təqdimat mərasimi çərçivəsində Şəki, Oğuz və Qəbələdən olan şəhid valideynlərindən övladları, Vətənin igid, ölməz oğulları barədə müsahibələr götürdük.

Ataların, anaların ürəyinin nidasını, ağrısını dinləmək, sözlə də olsa onlara təsəlli vermək, yanlarında olmaq onlara bir az təskinlik verir. Analar anadil quşuna dönüb gecə-gündüz ağlayır, beli bükük atalar ah çəkib köks ötürürlər, gedib qayıtmayan balalarına yas tuturlar. Budəfəki müsahibimiz 1993-cü il aprelin 19-da Şəkinin İkinci Biləcik kəndində anadan olan, Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Xasıyev Röyal Abuzər oğlunun anası Ülkər Xasıyevadır. 

"Deyirdi ki, mən canımı qurban versəm də olar, təki Vətən yaşasın, təki torpaqlarımız işğaldan azad olunsun" 

Ülkər xanım bildirdi ki, Röyalın ən böyük arzusu hərbiçi olmaq imiş. Lakin o, oğlunun bu çətin və məsuliyyətli, sonu ölümlü olan arzusuna qarşı gəlirmiş. Buna baxmayaraq, R.Xasıyev  IX sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirir. Ananın sözlərinə görə, oğlu artilleriya komandiri kimi müharibə başlayan ilk günlərdən döyüşlərə qatılır. "Röyalla eyni cəbhədə digər oğlum Təmraz Xasıyev də döyüşüb. Röyal  son döyüşdə ayağından yaralanıb. Onu hospitala göndərmək istəsələr də, razı olmayıb. Oğlum Röyal əsgərlərini, 160 döyüşçü yoldaşını qəhrəmancasına erməni mühasirəsindən çıxarıb. Özü isə salamat çıxmayıb. Oğlum Füzuli uğrunda gedən döyüşlərdə 7 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb".

Ana bildirdi ki, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı, "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

"Şəhid Röyal Xasıyevin anası kimi oğlumun qəhrəmanlığı ilə fəxr edirəm. Dediyim kimi, oğlum ali hərbi təhsil almışdı. Yeddi il idi ki, orduda xidmət edirdi. Baş leytenant idi, tabor komandiri vəzifəsi daşıyırdı. Çox səmimi, mehriban oğlan idi. Öz əsgərləri ilə öz əzizi, doğması kimi rəftar edirdi. Hələ aşağı siniflərdə oxuduğu vaxtlarda deyirdi ki, ana, mən hərbiçi olacağam, torpaqlarımızı işğaldan azad edəcəyəm. Mən heç bir vaxt onun hərbiçi olmağını istəmirdim. Özünə də deyirdim ki, oğul, bu mübarizənin sonunda ölmək də var axı. O da cavab verirdi ki, ay ana, bu işin sonu ölüm də olsa, torpaqlarımızı azad etmək borcumuz da var. Deyirdi ki, mən canımı qurban versəm də olar, təki Vətən yaşasın, təki torpaqlarımız işğaldan azad olunsun. Gecəsi-gündüzü bu amalla bağlı idi". 

Ülkər xanım deyir ki, Röyal evli deyildi, bu dünyadan nakam getdi, subaylığı sultanlığa dəyişə bilmədi. "İstədiyi qız vardı. Amma həmişə deyərdi ki, ana, mən hərbiçiyəm, qarşımda böyük vəzifələr var, gec evlənəcəyəm. Kiçik qardaşı nişanlı idi. O da hərbiçi olmaq istəyirdi, amma qoymadı. Deyirdi ki, ana, mən sizin yanınızda ola bilmirəm, heç olmasa qardaşım yanınızda olsun". 

Danışdıqca haldan-hala düşən ana bildirdi ki, oğlu şəhid olanda heç 27 yaşı tamam olmayıb, 27 yaşını şəhidlikdə bitirib. "Oktyabrın 7-də Füzulinin Alxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid oldu. Öz taborunu öz taktikası ilə xilas etdi, onları ermənilərin əlindən çıxardı, amma  özü qəhrəmancasına şəhid oldu. 

Röyalın uşaqlığını xatırlayanda da qürur hissi keçirirəm, həm məktəbdə  yaxşı oxuyurdu, həm çox səmimi, mehriban uşaq idi. İki oğlum vardı, ikisi də bir-biri ilə çox səmimi idilər. Balalarım bilikli uşaqlar olublar. Hey Röyala deyirdim ki, biliyin var, nə olar get başqa sahə üzrə oxu, amma o mənim dediyimin yox, öz istəyinin ardınca getdi. 

Çox kasıb olmuşuq. Deyirdi ana, o məktəblərdə oxumağa gücümüz çatası deyil.    

O, heç zaman hərbidən yorulmadı, bezmədi, usanmadı. Deyirdi ki, hərbiçi olmaq çətindi, amma mən yorulmuram, bezmirəm. 

Röyal hərbiçi idi və bizimlə hər vaxt danışa bilməzdi. Sonuncu dəfə biz onunla danışanda sentyabrın əvvəli idi. Dedi ki, narahat olmayın, hər şey yaxşıdır. Tez-tez danışan deyildi. Çox danışmağı sevməzdi, azdanışan idi. Heç bizə deməmişdi ki, müharibə olacaq. 

Biz burada dolana bilmədiyimiz üçün Bakıya getmişdik...

Röyalın şəhid olduğuna ilk  vaxtlar heç inanmırdım. Əvvəllər tez-tez yuxuma gələrdi, həmişə də üzü gülərdi, "ana, mən ölməmişəm" deyərdi. Çox ağladığım günlərdə gələrdi yuxuma. Heç ağlamadığım gün var ki...

Kiçik oğlum nişanlı idi, evləndirdik. O da Vətən müharibəsində iştirak edib, heç qardaşının şəhid olmağından xəbəri yox idi. 21 gün müharibədə olub, sonra Prezidentimizin verdiyi qərara əsasən, onu gedib gətirdik".

Röyal Xasıyevin doğulduğu İkinci  Biləcik kəndində dəfn olunduğunu deyən ana bildirdi ki, yaxın olduğu üçün oranı seçib: "Mən özümə yaxın yeri seçdim ki, hər gün gedib məzarını ziyarət edim. Hər gün gedib onu ziyarət edirəm, danışıram, dərdləşirəm, oğlumun ətrini məzar daşından alıram (ağlayır). Çox şən idi balam, çox zarafatcıl idi. İki qardaş torpağımızı bölüşərdi, o deyərdi ki, mən burda ev tikəcəyəm, qardaşına evinin planını verərdi, mənə belə ev tikərsən deyirdi. Biz kənddə yaşadığmız üçün həyətyanı sahəmiz var. Röyal deyərdi ki, mənim həyətimə çoxlu meyvə ağacı əkərsiniz...Onun danışdığı belə şeylər idi. Qohum-qardaşı çox istəyərdi, həmişə gələndə hamının evinə bir-bir gedərdi...Belə uşaq idi. Balaca vaxtından iki qardaş mənə çox kömək edirdilər. Röyal elə bir uşaq idi ki, mənim ona məktəbə gedəndə verdiyim pulu xərcləmirdi, sonra qaytarıb özümə verirdi..."

Ülkər xanım bəy otağını bəzəmədiyi oğlunun acısını yaşasa da, onunla qürur duyduğunu da dilə gətirir. Ana bildirdi ki, Xatirə Kitabı Redaksiyasının şəhidlərlə bağlı çap etdiyi kitablar onlara böyük təsəllidir, bu kitablarda oğullarının adı, qəhrəmanlığı yaşayır...

Qəhrəman Röyalın anası da özü kimi qürurlu və vüqarlıdır, qaralar bağlasa da, gizlin-gizlin ağlasa da, amma oğlunun əbədi yolçuluğu ilə fəxr edir, çünki onun ucaldığı zirvənin adı şəhidlikdir!

İradə SARIYEVA
Şəki-Bakı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:55
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ