Cümə axşamı günü, 27 avqust 2026
     

COP-29 və öncəsi: dayanıqlı inkişaf modelini seçən Azərbaycanda iqlim təşəbbüsləri...

Image


Yaşadığımız planetin ən böyük problemlərindən biri qlobal iqlim dəyişikliyidir ki, bu da bütün dünyanı, dövlətləri, insanları ciddi narahat edir, qayğılandırır. 

Dünyanın bir parçası olan Azərbaycanda da iqlim dəyişikliyinin ciddiliyi, gətirəcəyi bəlalar və fəsadlar çox aydın dərk edilir, bu qlobal bəlaya qarşı dövlət səviyyəsində geniş tədbirlər həyata keçirilir. Azərbaycan dövləti iqlim dəyişikliyi ilə mübarizə müstəvisində aydın və ardıcıl siyasət aparır, bu problemlə mübarizənin Azərbaycan modelini yaratmağa çalışır. Dayanıqlı inkişaf modelini dövlət siyasətinə çevirən Azərbaycan dünyanın xilası, insanlığın nicatı naminə addımlar atır. Məlumdur ki, 2024-cü il Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Bununla da Azərbaycan bir daha sübut etdi ki, qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında öndə dayanır. Çünki təkcə iqlim təşəbbüsləri məsələsində deyil, digər qlobal problemlərin həllində, zərərlərinin aradan qaldırılmasında Azərbaycanın rolu və təşəbbüsləri bütün dünyanın diqqətində olub. İqlim dəyişiklikləri problemi dünya gündəmində geniş yer tutmamışdan əvvəl Azərbaycan bəşəriyyəti sarsıdan COVID-19 pandemiyasına qarşı ümumbəşəri mübarizədə öncüllər cərgəsində yer tutdu, öz humanist təşəbbüsləri ilə planatemizi, insanlığı qorumaq naminə təşəbbüslər göstərdi, addımlar atdı, kasıb ölkələrə hərtərəfli dəstəyin verilməsi işinin əsas ilhamvericisi rolunu oynadı. Bu gün də dünyanı sarsıdan daha böyük bəlaya - iqlim dəyişikliklərinə qarşı  mübarizədə Azərbaycan konkret təşəbbüslər irəli sürür. Azərbaycan beynəlxalq aləmin etibarlı və məsuliyyətli bir üzvü, bir parçası kimi iqlim dəyişiklikləri problemlərinə qarşı mübarizədə ən müxtəlif formalarda töhfələrini verir və verməkdə də davam edir.

Müasir dünya üçün çox vacib nöqtələrdən biri və Cənubi Qafqazın ən güclü dövləti olaraq Azərbaycan iqlim dəyişikliyi probleminin həllini "yaşıl enerji"yə keçid prosesində görür və bu istiqamətdə ölkəmizdə mühüm addımlar atılıb.

Bu ilin noyabrında COP29-a ( BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ev sahibliyi edəcək. Bütün dünya üçün böyük əhəmiyyət daşıyan COP29 tədbirinə ölkəmizin ev sahibliyi etməsi təsadüfi deyil. Çünki Azərbaycan beynəlxalq aləm, eləcə də dünya dövlətləri tərəfindən məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü çoxdan təsdiqləyib. COP29 tədbirlərinin keçirilməsinin Azərbaycana həvalə edilməsi də bu inamdan, bu etibardan doğan mühüm amildir.     

Azərbaycan dünyada əsas neft-qaz ixrac edən ölkə kimi tanınsa da, bu gün həm də zəngin "yaşıl enerji" potensialı olan ölkə kimi çıxış edir və ortaya iradə qoyur. Əlbəttə, Azərbaycanın bu addımları dünyada bir nümunə, örnək kimi xarakterizə olunur. 

İyunun əvvəlində keçirilən Bakı Enerji Həftəsi olduqca yaddaqalan oldu. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılışında Azərbaycan Prezidentinin iştirakı və çıxışı dünyaya bir sıra mesajlarla yadda qaldı. Prezident çıxışında qeyd edirdi: "Bu gün həqiqətən tarixi bir gündür. Artıq qeyd etdiyim kimi, iyunun 4-ü tariximizdə "Şahdəniz" müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacaqdır. Əlbəttə ki, bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir və əminəm ki, budəfəki Bakı Enerji Həftəsində mühüm nəticələr əldə ediləcək".

Yaşadığımız dünyada ətraf mühitin həddən artıq çirklənməsi, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti, o cümlədən də Azərbaycanı ciddi şəkildə qayğılandırır, bu baxımdan da çıxış yolunu "yaşıl enerji"yə keçiddə görür. 

Azərbaycanın özündə çox ciddi ekoloji problemlər mövcuddur. Xüsusən də azad olunmuş ərazilərdə Ermənistanın vaxtilə törətdiyi ekoloji terrorun dərin izləri hələ də qalmaqdadır. Mina terroruna qarşı, demək olar ki, təkbaşına mübarizə aparırıq. Mina probleminin Azərbaycana gətirdiyi bəlalar məlumdur. 

Bildirək ki, keçən ilin mayında 

Ağdamda və Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol" mövzusunda minalardan təmizləmə üzrə ikinci beynəlxalq humanitar konfransda  Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin prinsipləri əsasında hazırlanan 18-ci milli Dayanıqlı İnkişaf Məqsədi ölkəmiz tərəfindən tərəfindən beynəlxalq və yerli ictimaiyyətə təqdim edilib. Yadınıza salaq ki, 18-ci Dayanıqlı İnkişaf Məqsədi təşəbbüsü keçən ilin martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə irəli sürülüb. Prezidentin təşəbbüsü əsasında "Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər" adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi müvafiq dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanıb və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasında təsdiq edilib. Rəsmi məlumata görə, 18-ci DİM işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Bu DİM insanların təmiz ətraf mühitdə, sağlam və yüksək rifahda, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşamasına yönəlib.

İqlim dəyişikliklərinin yaranmasına səbəb olan amillərdən biri məhz ekoloji terrordur, dünyaya ziyan vuran mina problemidir. 

Əksər ekspertlərin dediyi kimi, dünyada iqlim dəyişikliyinin yaranmasına səbəb təkcə zavodların, fabriklərin, istehsal müəssisələrinin, neft-qaz qurumlarının atmosferə buraxdığı zərərli qazlar, tullantılar deyil, həm də minalardır.

Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə gördüyü işlərin miqyası çox böyükdür və dünyanı ağuşuna alan bu problemin həlli istiqamətində Azərbaycanın oynadığı rolun əyani təcəssümü COP29-da bir daha ifadə olunacaq.

Bildiyimiz kimi, Prezident İlham Əliyev Almaniyanın Berlin şəhərində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı çıxışında bildirirdi: "COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir. Çünki biz nəinki yaxşı tədbir təşkil etməliyik, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq".

Ekspertlərə görə, iqlim dəyişmələri bütün dünyanı narahat edən ən qlobal problemlərdən biridir və onunla mübarizə bütün bəşəriyyətin borcudur. Ekspertlər hesab edir ki, atmosferdə oksigenin miqdarını artırmağın ən optimal üsulu yaşıl iqtisadiyyatın sürətli inkişafına nail olmaqdır. Bu inkişaf yolunu da Azərbaycan çoxdan seçib.

Milli Məclisin deputatı Cavanşir Feyziyev mətbuata açıqlamasında "Bu gün Azərbaycan COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Prezident İlham Əliyev "Euronews" kanalına verdiyi müsahibədə bu qlobal tədbirə hazırlıq işləri haqqında ətraflı məlumat verməklə yanaşı, Azərbaycanın hansı yeni təşəbbüslərlə çıxış edəcəyinə də qismən aydınlıq gətirib. Dövlətimizin başçısı bildirib ki, qlobal iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün dünya birliyi qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi sahəsində bütün dövlətlərin həmrəyliyi və ortaq məsuliyyəti artırılmalıdır. Prezident İlham Əliyev iqlim dəyişikliyi məsələləri ilə bağlı qlobal miqyasda təzahür edən inamsızlığı azaltmaq üçün bu məsələyə fərqli yanaşmalar kontekstində ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini vacib hesab etdiyini bildirib. Qoşulmama Hərəkatına sədrlik müddətində olduğu kimi, COP29 tədbirləri ilə də bağlı Azərbaycan özünün yeni konsepsiyasını artıq irəli sürüb. COP29 tədbirlərinin əhəmiyyətini artırmaq və nəticələri daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyev üçtərəfli əməkdaşlıq prinsipi əsasında yeni yanaşma mexanizmini tətbiq etməyin örnəyini göstərmək əzmindədir. Hazırda ölkəmizdə keçiriləcək COP29 tədbirinə hazırlıq prosesində BƏƏ-nin, Azərbaycanın və Braziliyanın birlikdə təcrübədən keçirdiyi əməkdaşlıq formatı COP tədbirlərinin gələcək formatlarına mühüm və səmərəli dəyişikliklər edilməsinə gətirib çıxaracaq. Bu isə öz növbəsində dünya birliyi üçün ən ciddi qlobal problem kimi görünən iqlim dəyişikliyi ilə mübarizənin daha səmərəli nəticələr verəcəyinə zəmin yaradır" - deyə bildirib. 

Bildirək ki, bir neçə gün əvvəl Bakıda 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək" mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantı da Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə nə qədər önəm verdiyini və bu istiqamətdə mübarizəyə bütün mümkün resurslarını səfərbər etdiyini göstərir. 

Mətbuata görə, alimlərin beynəlxalq komandası hesab edib ki, ölkələr karbon tullantılarının miqdarının azaldılması üzrə sərt siyasət yürütməyə başlamazlarsa, planet 1,5 dərəcədən çox isinəcək. "Onların məlumatlarına görə, hökumətlər 2030-cu ilə qədər tullantıları iki dəfə azaltmalıdır ki, Yer "təhlükəsiz" 1,5 dərəcə kandarında qalsın".

Göründüyü kimi, bütün dünyada əsas məsələ 2030-cu ilə qədər karbon emissiyalarını 1, 5 (bəzi ekspertlərə görə 2) Selsi dərəcədən aşağı məhdudlaşdırmağa, başqa sözlə, sabit saxlamağa nail olmaqdır. Azərbaycan da öz "yaşıl enerji" siyasəti ilə bu istiqamətdə töhfələr verir.

Dayanıqlı inkişaf modeli seçən Azərbaycan  iqlim dəyişikliyi probleminin həlli və "yaşıl enerji"yə keçid prosesinə keçid etməklə, bu istiqamətdə çoxsaylı layihələr həyata keçirməklə böyük uğurlara imza atmaqdadır. 

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimlinin fikrincə, Azərbaycan daim gələcəyə baxmaq ənənəsinə sadiq qalaraq, özünün bərpaolunan enerji potensialını əhəmiyyətli dərəcədə genişləndirməyi qarşısına məqsəd qoyub. "Prezident Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti kimi beynəlxalq tərəfdaşlarla birgə günəş və külək elektrik stansiyalarının tikintisi planlarını açıqlayaraq enerji strategiyasının yeni şərtlərlə uğurlu adaptasiyasını nümayiş etdirdi. Qarabağ və Şərqi Zəngəzurdakı su elektrik stansiyası layihələrindən yaranacaq əlavə potensialla 2027-ci ilədək 2 giqavat bərpaolunan enerjiyə nail olmaq, azad edilmiş ərazilərin yaşıl iqtisadiyyata keçid planlarına uyğun bərpası məqsədlərdən biridir. Azərbaycan, həmçinin iqlim dəyişikliyi məsələlərinin həllinə və yaşıl enerjiyə keçidə sadiqliyini nümayiş etdirərək, COP29-u yüksək səviyyədə keçirmək niyyətindədir" - deyə müsahibələrindən birində vurğulayıb. 

Azərbaycan dövləti COP29 tədbirinə çox yüksək səviyyədə hazırlaşır. Azərbaycanın ev sahibliyi ilə keçiriləcək və bəşəriyyətin taleyində, xilas yolunda mühüm əhəmiyyətə malik olacaq bu tədbirdən bütün dünyanın gözləntiləri çoxdur...

İradə SARIYEVA
Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 19:11
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 15:54
İsti hava Avropa iqtisadiyyatının və insanlarının axırına çıxır

26.08.2026 / 15:38
Faizə pul buraxanlarla səmərəsiz mübarizə - Ali Məhkəmənin yeni izahı əsasən banklara sərf edəcək...

26.08.2026 / 15:20
Suriyada Türkiyə-İsrail gərginliyinin danışıqlar yolu ilə çözümü mümkünsüz oldu...

26.08.2026 / 15:14
Yazıçı-jurnalist Vasif Quliyev yaradıcılığında Qarabağ mövzusu - Rizvan Qarabağlı yazır...

26.08.2026 / 15:12
Elektrik alqı-satqısı üzrə Azərbaycan-Ermənistan danışıqları başladı - Əliyevin mesajına cavab gəldi...

26.08.2026 / 14:30
Milli maraqların müdafiəsində medianın rolu

26.08.2026 / 14:17
Bir dəstə Avropa lideri Ukrayna üçün Trampdan "Patriot" raketləri almağa gedir...

26.08.2026 / 13:56
“Ümid edirəm ki, Rusiyadan Köçəryanla bağlı zəng gəlməyəcək” - Alen Simonyan

26.08.2026 / 13:40
Rusiya Ermənistanı bütün "hədiyyələrini" əlindən almaqla hədələdi – gedin Qərblə oynayın...

26.08.2026 / 13:18
Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - Birinin 16, digərinin 58 yaşı var...

26.08.2026 / 13:05
Azərbaycan-Gürcüstan sərhədində son vəziyyət açıqlandı...

26.08.2026 / 12:57
İrandan ABŞ kəşfiyyatına misilsiz zərbə - milyardlarla dollarlıq müşahidə avadanlıqları məhv edildi…

26.08.2026 / 12:40
Netanyahunun İranın ölüm siyahısında olan oğluna sui-qəsd cəhdi – gizli yolla ABŞ-dan çıxarıldı...

26.08.2026 / 12:25
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 12:17
“Aİ-yə qoşulursuz, onda niyə AİB-in imkanlarından istifadə edirsiniz?” - Duma sədri Ermənistana səsləndi…

26.08.2026 / 12:02
ABŞ noyabr seçkilərindən sonra İrana qarşı yenidən müharibəyə başlaya bilər…

26.08.2026 / 11:23
Ukrayna daha bir Wildberries anbarını və ən böyük neft zavodlarından birini vurdu…

26.08.2026 / 11:02
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik etdi

26.08.2026 / 10:57
ABŞ və İran atəşkəs barədə razılığa gəldi - İDDİA...

26.08.2026 / 10:41
İran Trampın Hörmüzlə bağlı iddialarını təkzib etdi – minaların yerini bizdən başqa heç kim bilmir…

26.08.2026 / 10:27
Bir gündə 73 cinayətin üstü açıldı

26.08.2026 / 10:15
Ermənistandan Putini qəzəbləndirəcək açıqlama - müharibədən qaçan ruslara qapılarını açdılar…

26.08.2026 / 09:58
Binəqədidə yanğın - bir nəfər öldü...

26.08.2026 / 09:15
ABŞ-da "Black Hawk" helikopteri qəzaya uğradı

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ