Prokurorluq Ağdamda mina partlayışı ilə bağlı araşdırmalara başladı

img

Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Ağdam prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Peşə etikası

Son xəbərlər