Neft və Sənaye Universiteti Dövlət Xidməti ilə əməkdaşlıq memorandumu imzaladı - FOTO

img

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və  Universitetin rektoru Mustafa Babanlı imzalayıb.

Memorandumda ali məktəbin tələbələri üçün istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının təşkili, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsində əməkdaşlıq nəzərdə tutulur. Sənəddə həmçinin birgə layihə və tədqiqatların aparılması, konfrans, təlim və seminarların təşkili, tədris müəssisəsini xüsusi fərqlənmə ilə  bitirmiş məzunların işlə təmin olunması ilə əlaqədar tərəflər arasında əlaqələrin qurulması, Universitetdə “karyera günləri”nin keçirilməsi məsələləri də əks olunub.

Peşə etikası

Son xəbərlər