Ağdamda çoban minaya düşdü - YENİLƏNDİ

Ağdamda çoban qoyun otararkən əlində hərbi sursat partlayıb.
Ağdamın Çəmənli kənd ərazi nümayəndəsi Rabil Quliyev Trend-in yerli bürosuna bildirib ki, partlayış nəticəsində rayon sakini, 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarov yaralanıb.
Ağır bədən xəsarətləri alan R.Bəxtiyarov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.