Cümə günü, 13 noyabr 2026
     

Bakıda “aşan kranlar” xofu - biri aşdı, digəri aşa bilər...

Image


Bildiyimiz kimi, paytaxtın Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 37 ünvanında kran aşaraq doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə düşüb, bu həm insan itkisinə səbəb olub, həm də daşınmaz əmlaka ziyan vurub.

Baş verən hadisə insanları əndişələndirməklə yanaşı, həm də digər təhlükəli vəziyyətdə olan tikintiləri, o tikintilərdə istifadə edilən kranları gündımə gətirib, hazırda onların yaratdığı xofun nə dərəcədə əsaslı olduğu müzakirə edilir.

Mətbuatda daha bir təhlükəli kran haqqında məlumat yayılıb. Belə ki, AzTV-də belə tikintilərdən biri haqqında süjet hazırlanıb. Həmin tikinti Nəsimi rayonu Abbas Səhhət küçəsindədir. Ərazidə yaşayan sakinlər təhlükə ilə üz-üzə olduqlarını bildirirlər. 

Gördüyümüz kimi, paytaxtda fəaliyyət göstərən tikinti şirkətlərindən birinə məxsus olan bir kran aşıb və fəlakətə səbəb olub, nəticədə 1 insan itkisi baş verib, daşınmaz əmlaka zərər dəyib, bir kranın isə aşma təhlükəsi qarşısında olduğu məlumdur. Bu halın qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirləri görülməlidir, nə etmək lazımdır ki, birinci kran kimi, o biri kran da aşıb fəlakətə, tələfata səbəb olmasın, başlıcası isə insanlarda yaranan “kran indi aşacaq” xofu aradan qaldırılsın? Çünki insanlar o biri kranın da aşacağından qorxur, ətrafda yaşayan sakinlər AzTV-yə müsahibə verərək ciddi narahatlıq yaşadıqlarını deyiblər.

  • “Kranların ətrafına qoruyucu sədd çəkilməlidir”

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev baki-xeber.com-a bildirdi ki, tikinti sahəsi təhlükə potensialı, risqi yüksək olan sahələrdən biridir. “Yəni nəzərə alsaq ki, tikinti sahəsində müxtəlif qurğuqlar, ağır tonnajlı maşınlar, nəqliyyat vasitələri, kranlar, qaldırıcı mexanizmlər, kimyəvi tərkibli materiallar, kəsici-deşici alətlər, qaynaq avadanlıqlarından istifadə olunur, bütün bunlar hamısı insanın həyatı və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Ona görə tikinti sahəsində təhlükəsizliyin bütün norma və standartlarına riayət etmək lazımdır ki, baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq mümkün olsun. Bu səbəbdən, dediyim kimi, tikinti sahəsi təhlükə risqli bir sahədir. Tikintidə istifadə edilən avadanlıqlardan düzgün şəkildə istifadə edilməzsə və onlardan istifadədə təhlükəsizlik tədbirlərinə, əməyin mühafizəsi qaydalarına əməl edilməzsə, bu, insan sağlamlığına zərər yetirə bilər. Təhlükə risqli avadanlıqlardan, istifadə olunan mexanizmlərdən biri də kranlardır. Ümumiyyətlə, kranların təyinatı nədir? Kranlar təkərli reyslər, tırtıllar üzərində olub, şaqüli vəziyyətdə yüklərin qaldırılmasını, boşaldılmasını təmin edən bir qurğudur. Kranlarda qəzalar nə zaman baş verə bilər? Birincisi, etibarsız yüklərin daşınması zamanı baş verə bilər. Etibarsız yüklərə həddindən artıq yüklənmə, yük üzərindəki səthin həddən artıq nahamar olması addir. Bunun səbəblərindən biri də operatorlar arasında qarşılıqlı əlaqənin, rabitənin olmamasıdır. Onlar arasında qarşılıqlı əlaqələr olmazsa, bu, birbaşa qəzaların baş verməsinə gətirib çıxarır. Çünki həm kranda olan operatorun, həm də aşağıdan onu idarə edən operatorun yükü görmə məhdudiyyətləri var. Ona görə bir yükün başqa yerə daşınmasında mütləq qaydada onlar qarşılıqlı komanda şəklində işləməlidirlər. Daha sonra isə yoxlama və mühafizə sistemi. Kranla edilən hər bir əməliyyatda yoxlama və mühafizə olmalıdır, təhlükə yoxdursa, ondan sonra yükün daşınmasına komanda verilməlidir”.

Kranla bir əməliyyatın həyata keçirilməsində təkcə bir insanın rolunun olmadığını, burada operatorla yanaşı, operator köməkçisinin, mühafizənin, texniki təhlükəsizliyə, əməyin mühafizəsinə xidmət edən müfəttişin iştirak etdiyini deyən E.Nurəliyevin sözlərinə görə, bütün təhlükəsizlik tədbirləri görüldükdən sonra prosesə start verilməlidir. “Bir də görürsən ki, kran işlədiyi zaman onun altından adamlar keçir. Yükün altından keçmək olmaz, bu yolverilməzdir. Sonra əl işarələrindən istifadə etmirlər, yaxud onun mənasını heç bilmirlər. Təbii ki, tikinti sahələrinin içində əl işarələri olan lövhələr qoyulmalıdır, burada işləyənlər əl işarələrini bilməli, bir-birinə bildirməlidirlər. Bunlar təhlükə risqini göstərən işarələrdir. Bizdə istifadə edilən kranların çoxu köhnə model kranlardır. Bəlkə elələri var ki, Sovet dövründən qalıb, bəziləri istismara yararsız olsa da, onlardan istifadə edilir. Bu isə yolverilməzdir. Kranların çoxunun şüşələri qırıq vəziyyətdədir. Təbii ki, kranın şüşəsinin qırıq, çat olması operatora görmə məhdudiyyəti yaradır. Bu da sözsüz ki, ciddi təhlükə mənbəyidir. İstifadə müddəti bitən kranların istismara verilməsi yolverilməzdir, onlar istismardan çıxarılmalıdır. İstər təkər üzərində, istərsə də tikintidə olan kranlar olsun, onların ətrafında kranın dönmə radiusuna uyğun barrikadalar qurulmalıdır. Buna qoruyucu sədd deyirlər, kranların ətrafına qoruyucu sədd çəkilməlidir. Bəzən görürsən ki, bir həyətdə kran işləyir, təbii, kranın dönmə radiusunda onun gövdəsi xeyli irəli çıxır. Bu da ətrafdakı insanlar üçün çox böyük təhlükə yaradır, kran operatoru yükü sağa-sola döndərəndə keçən insanlara dəyə bilər, xəsarət yetirər, hətta insanın həyatını itirməsinə səbəb ola bilər. Kranı istədikləri yerdə saxlayır, yükü boşaldırlar. Bütün bunlar təhlükəsizlik qaydalarının pozulmasıdır. Ola bilsin, bir dəfə, iki dəfə olmasın, amma sonra birdən böyük təhlükə ola bilər. Son hadisədə o kran oradan keçən çoxlu insanın, çoxlu ictimai nəqliyyatın üstünə aşsaydı, onlarla insan xəsarət ala, hətta həyatını itirə bilərdi. Təhlükəsizlik qaydalarına əməl edilməməsi görün sonda hansı faciəli nəticələrə gətirib çıxarır” - deyə E.Nurəliyev qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ