Cümə günü, 13 noyabr 2026
     

Uşaq doğumunda pisləşən cins nisbətinə görə Azərbaycan Çindən sonra ikinci yerdə - oğlanlar sürətlə artır

Image


Son illər ölkəmizdə doğulan oğlan uşaqlarının sayının qızlara nisbətən daha artıq olduğu məlumdur. Problemin yaranmasına valideynlərin, xüsusən də ataların məsuliyyət daşıdığı vurğulanır. Çox təəssüf ki, XXI əsr olmasına baxmayaraq, hələ də bəzi ailələrdə qız uşaqlarının dünyaya gəlməsi az qala faciə kimi qəbul edilir. Bu isə ortaya gələcəkdə olduqca ciddi demoqrafik problemin çıxacağını bəri başdan deməyə əsas verir.

Aparılan araşdırmalara görə, Azərbaycan doğulan qız və oğlan uşaqlarının cins nisbətində pozulmaya görə Çindən sonra dünyada ikinci yerdədir. Yayılan rəsmi məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 59356 doğulan körpə qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır.

Ekspertlər hesab edirlər ki, cinsi nisbətin pozulmasının fəsadları indi hiss olunmasa da, gələcəkdə özünü daha qabarıq formada göstərəcək. 

Bildirək ki, əksər sosioloq və həkim dəfələrlə cəmiyyətə çağırış edərək selektiv abortlardan qaçmağı, buna yol verməməyi tövsiyə edib. Amma reallıq ondan ibarətdir ki, cins nisbətinin pozulmasında selektiv abortların rolu kifayət qədərdir.

Qeyd edək ki, selektiv abortların qarşısının alınması üçün son illər birgə layihələr həyata keçirilir. 2016-2019-cu illərdə BMT-nin Əhali Fondu, Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyilə ölkəmizdə uşağın cinsinə görə selektiv abortların qarşısının alınması, ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi, gender əsaslı zorakılıqla mübarizə məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyi əsas hökumət tərəfdaşlarıdır. 2020-ci ildə isə “Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planı” təsdiq olunub.

Ölkəmizdə doğulan oğlanların sayının 53,3, qızların isə 46,7 olması amili bizim üçün hansı demoqrafik problemlər yarada bilər?

  • “Oğlan uşaqlarının sayının çox olması…”

Bir çox ekspert, sosioloq və psixoloq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmiləri bu faktorun gələcəkdə böyük demoqrafik problem yaradacağını israrla bildirsə də, tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu bunun əksini düşünür. O hesab edir ki, Azərbaycanda oğlan uşaqlarının sayının çox olması bizə gələcəkdə heç bir demoqrafik problem yaşatmayacaq. “Ölkəmizdə doğulan oğlan uşaqlarının sayının çox olması müsbət haldır. Burada mənfi heç nə yoxdur. Burada əsas problem mənəvi məsələdir. Bu da ondan ibarətdir ki, qız uşaqlarını ana bətnində “UZİ” vasitəsilə müəyyənləşdirirlər və onları məhv edirlər. Bu, valideynlərin öz övladlarına qarşı qatilliyidir. Belə valideynlər öz uşaqlarını məhv edirlər. Bu da valideynlərin psixologiyasında çox neqativ hallar yaradır, onlar bu neqativi ətrafdakılara da ötürürlər. Ona görə də burada məsələnin mənəvi tərəfi qorxuludur, demoqrafik tərəfi isə faydalıdır, təhlükəsizdir. Biri deyir oğlanlar çoxdur, onların evlənməyi üçün problem olacaq, başqa birisi deyir oğlanların sayının çox olması təhlükəlidir və sair. Bunlar gülməli yanaşmalardır. Mən 50 ildir ki, bu prosesi izləyirəm, bu proseslərin içindəyəm. Doğulan oğlan uşaqlarının sayının çox olması ona görə müsbətdir ki, onlar 20 yaşa çatdıqdan sonra müəyyən bir hissəsi ölkədən çıxıb gedir, bir qismi yol hadisələrində həyatını itirir, müharibələrdə ölür. Oğlan gəlib 20 yaşa çatanda sayları elə o yaşda olan qızların sayına bərabər olur. Oğlan uşaqlarının sayının çox olması demoqrafik baxımdan faciə deyil, əksinə, çox müsbət göstəricidir”.

Ə.Qəşəmoğlu hesab edir ki, Azərbaycanda oğlan uşaqlarının sayının çox olmasının müsbət tərəflərindən biri də hərbi çağırış zamanı oğlanların çox olması ilə bağlıdır. Bu oğlanların içindən güclü hərbçilərin çıxacağını və bununla da ölkənin hərbi büdcəsinin artacağını deyən Ə.Qəşəmoğlunun sözlərinə görə, bu səbəbdən də oğlan uşaqlarının sayının çox olması bizi qorxutmamalıdır. “Ən pisi, dediyim kimi, qızlara bəslənən mənfi münasibətdir, ata-ana vicdansızcasına öz qız övladlarının dünyaya gəlişinin qarşısını selektiv abortlarla alır. Sizə deyim ki, selektiv abort məsələsi beynəlxalq səviyyədə də diqqət mərkəzindədir, bu problemin tamamilə aradan qaldırılması əsas prioritetlərdən biridir.

1994-cü ildə Qahirədə Birləşmiş Millətlər Təşkilatının (BMT) “Əhali və inkişaf” adlı bir sammiti keçirilib və mən həmin sammitdə Azərbaycanın ekspert qrupunun rəhbəri idim. Çünki həmin dövrdə Milli Məclisdə elmi mərkəzin rəhbəri vəzifəsində çalışırdım. Rəhmətlik prezident Heydər Əliyevin rəhbərliyilə nümayəndə heyəti həmin o sammitə iştirak edirdi. Selektiv abortun qarşısının alınması həmin sammitdə də çox ciddi şəkildə müzakirə edildi. Bu gün hələ heç bir ölkədə bu problemin həllinə nail olunmayıb”.

Azərbaycanda bu məsələ ilə bağlı Milli Fəaliyyət Planı qəbul edildiyini deyən Ə.Qəşəmoğlunun sözlərinə görə, bu məsələ həmin sənəddə də öz əksini tapıb. Bu istiqamətdə böyük maarifləndirmə işləri aparıldığını və bundan sonra da aparılmasına ehtiyac olduğunu deyən Ə.Qəşəmoğlu bildirir ki, ölkəmizdə bu halın qarşısı alınmalıdır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ