Bazar günü günü, 08 noyabr 2026
     

NATO və Rusiya “soyuq müharibə” dövrünün ilk aylarındakı vəziyyətə qayıtdı – silahlanma yarışı yenidən qızışır…

Image


Yaxın Şərqdə, o cümlədən Liviya və Suriyada, Asiyada, Qafqazda, Venesuelada mövqeləri getdikcə daha çox toqquşmağa başlayan ABŞ və Rusiyanın yenidən bir-birini hərbi müstəvidə də daha çox hədələməsi, ekspertlərə görə, indi bütün dünya üçün müsbət heç nə vəd etmir. Məsələnin narahatlıq yaradan tərəflərindən biri prosesə artıq NATO-nun da qoşulması, Rusiyanın isə Çin, İran kimi ölkələri öz yanına çəkə bilməsidir. Məhz bu şəraitdə tərəflər arasında ziddiyyətlərin daha təhlükəli xarakter alması özünü qabarıq surətdə büruzə verir.

Real vəziyyəti təhlil edən əksər ekspertlər tərəflərin qızğın silahlanma yarışına da başladığına diqqət çəkərək, artıq yeni “soyuq müharibə”nin başlandığını da bildirirlər. Bu “soyuq müharibə”nin hər an qaynar fazaya keçə biləcəyi də əsas təhdidlər sırasında yer alır. Belə vəziyyətdə təhlükənin miqyasının kifayət qədər böyük olduğunu təsdiqləyən daha bir açıqlama isə Moskvadan gəlib. Belə ki, Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Moskvanın NATO ilə mülki və hərbi əlaqələr üzrə əməkdaşlığı tamamilə dayandırdığını bildirib. O, həmçinin, İttifaqın nümayəndələrini hərbi xətt vasitəsilə iş əlaqələrini dayandırmaqda ittiham edib və bu qərarı "absurd" adlandırıb: ​“Bugünkü Rusiya-NATO əlqələri elə NATO-nun “soyuq müharibə” dövründə yaradıldığı “adi” vəziyyəti xatırladır. NATO-nun Rusiya ilə münasibətlərinin yaxşılaşacağı gündəmdə deyil. Belə bir şey yoxdur. NATO-nun bu dalandan necə çıxacağının əlamətləri yoxdur”. Qruşko bildiirb ki, NATO-nun ötən il ərzində hərbi xərcləri trilyon dolları ötüb, bu isə Rusiyanın hərbi müdafiə xərclərindən 22 dəfə çoxdur:  O qeyd edib ki, Moskva NATO ilə hərbi büdcələri qurmaq üçün yarışa qatılmayacaq, amma iqtisadi, dəqiq və səmərəli vasitələrə daha çox diqqət yetirəcək: "NATO ilə silahlı münaqişəyə gəldikdə, sağlam düşüncəli insanlar bunun baş verməyəcəyinə ümid edir. Bu, bəşəriyyət üçün fəlakət ola bilər. Əminəm ki, bunu Vaşinqtonda da, Brüsseldə də bilirlər”. Qruşko onu da qeyd edir ki, NATO-nin Qara dənizdəki fəaliyyəti regional sabitliyə ciddi zərbə vurur: “Əlbəttə, NATO-nun regionda artan fəaliyyətinə və təhdidlərinə qarşı tədbirlər görəcəyik. Alyansın fəaliyyətini yaxından izləyirik”.

Daha əvvəl NATO nümayəndələri Rusiya ilə münasibətlərin kəsilməsinə görə məsuliyyəti Kremlin daşıdığını deyərək, dəfələrlə Rusiyanı "təcavüzkar" siyasətdən əl şəkməyə çağırıb. NATO-nun baş katibi Yens Stoltenberq isə bildirir ki, Rusiyanın NATO ilə dialoqu bərpa etməsi üçün lazım olan addımlar arasında orta və qısaməsafəli raketlər haqqında sazişə qayıdılması, Kerç boğazında tutulan ukraynalı dənizçilərin azad edilməsi, Donbasda vurulan Malayziya “Boeinq”inin günahının boynuna alınması və Donbasla bağlı Minsk sazişinə riayət etməsi əsas müddəalardır. Moskva isə bütün bunları rədd edir. 

NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı Kertis Skaparotti belə vəziyyətdə proseslərin təhlükəli məcraya qədəm qoyduğunu bildirir. Onun fikrincə, Rusiya və Qərb ölkələri daha sıx əlaqələri dəstəkləməlidir ki, bir-birinin niyyətlərini daha yaxşı anlasınlar: “Dövlətlər arasında dialoqun aktiv olmaması silahlı qarşıdurmaya gətirib çıxara bilər. “Soyuq müharibə” dövründə bir-birimizin siqnallarını anlayırdıq. Biz danışırdıq. Məni narahat edən odur ki, bu gün biz rusları anlamırıq”. Amerika generalı hesab edir ki, məhz bu da dəşhətli savaşa rəvac verə bilər.

Hesab edilir ki, NATO və Rusiya arasında savaşın başlanma məkanları qismində indi İran və Ukrayna kimi yerlər çıxış edir. Xüsusən də NATO-nun qüvvələrini tədricən Qara dənizə yerləşdirməsi vəziyyəti burada daha da kəskinləşdirir. Eyni zamanda İran amili də getdikcə ön plana çıxır. Çünki ABŞ-ın İrana hücum ehtimalı artır və Moskva da bu prosesə seyrçi qalmaq niyyətində deyil. Amerikalı ekspertlər bildirirlər ki, İran böyük hərbi güclər arasında növbəti savaş məkanına çevrilə bilər. Hesab olunur ki, ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunun adını xarici terror təşkilatları siyahısına daxil etməsi İrana hərbi müdaxilənin hüquqi bazasının yaradılmasıdır.  2008-2018-ci illərdə Dövlət Departamentinin profil bölməsində işləmiş Ceyson Blazakis hesab edir ki, ABŞ-ın bu addımı praktiki baxımından heç bir təsirə malik olmasa da, bu, hərbi müdaxiləyə zəmin yaratmaq planının bir hissəsidir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının keçmiş hüquq məsləhətçisi Tessa Bridjmen qeyd edib ki, ABŞ Tehran və “Əl-Qaidə” terror təşkilatı arasında birləşdirici xətt yaratmaq istəyir: “Tramp administrasiyası, nə qədər inandırıcı görünməsə də, İran və “Əl-Qaidə” arasında bağlayıcı xətlərin olması haqqında stereotipi yaratmağa çalışır”. Ekspertlər hesab edirlər ki, İslam İnqilabı Keşikçiləri Korpusunun adının terror təşkilatları sırasına daxil edilməsinin səbəblərindən biri də 2001-ci ildən sonra Konqresin terrora qarşı mübarizədə Ağ Ev rəhbərinə hərbi güc tətbiq etmə icazəsini qeyd-şərtsiz verməsidir. Bu mənzərə yaranandan sonra Tramp Tehranı bombalamaq üçün Konqresdən icazə istəyəcək. Amma yuxarıda qeyd olunduğu kimi, prosesə Rusiyanın, ardınca Türkiyə və Çinin də qarışması vəziyyəti daha dəhşətli məcraya yönləndirəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ