Bazar günü günü, 08 noyabr 2026
     

Bakıdan dünyaya silkələyici mesaj – bəşəriyyəti məhv edən “ağ ölüm”ün kökü Azərbaycanın torpaqlarının işğal altında saxlanmasıdır…

Image


Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans açıldı…

 

Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işə başlayıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Dünyanın 150-dən çox ölkəsindən 500-dək nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsinə şərait yaradacaq.

Baş nazir Novruz Məmmədov beynəlxalq konfransda çıxış etdi və bildirdi ki, Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfrans dünyada narkotiklərə qarşı mübarizə sahəsində təşkil edilən ən mötəbər tədbirlərdən biridir.

Novruz Məmmədov deyib: “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni vahid strategiya çərçivəsində həyata keçirmək Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir.Bu istiqamətdə təbliğat işlərinin əhatə dairəsi genişlənmiş, kompleks profilaktik tədbirlər görülmüşdür.

Beləliklə, ölkəmizdə narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün elmi və praktiki araşdırmaların aparılması və digər məsələlərin həlli istiqamətində sistemli fəaliyyət davam etdirilməkdədir.

Bu gün Azərbaycan Respublikası Prezidentinin apardığı məqsədyönlü siyasət və həyata keçirdiyi dərin iqtisadi islahatlar nəticəsində ölkəmiz uğurla inkişaf edir.Ölkədə görülən işlərə beynəlxalq təşkilatlar, dünyanın aparıcı maliyyə qurumları tərəfindən yüksək qiymət verilir. Xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünyada 25-ci yerdədir.

Bizim bütün iqtisadi göstəricilərimiz müsbətdir.Onlardan bəzilərini diqqətinizə çatdırmaq istəyirəm. Keçən il Azərbaycanda iqtisadi artım 1,4 faiz olmuşdur. Qeyri-neft sektoru 1,8 faiz, qeyri-neft sənaye məhsulu isə 9,1 faiz artmışdır.

Ölkə iqtisadiyyatına son 15 il ərzində 250 milyard dollardan artıq sərmayə qoyulmuş və Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artmışdır. Yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə endirilmiş, 2 milyona yaxın yeni iş yeri yaradılmışdır və hazırda işsizlik 5 faiz səviyyəsindədir.

Ötən il Azərbaycan üçüncü peykini orbitə çıxararaq, kosmik dövlət kimi öz mövqeyini daha da möhkəmləndirdi. 2018-ci ildə “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı olmuş, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı işə başlamışdır. Beləliklə, Azərbaycan həm də dünyada logistik mərkəz və tranzit ölkə kimi tanınmışdır.

Son illər ərzində ölkədə infrastrukturun yaradılması ilə bağlı möhtəşəm işlər görülmüşdür. 2004-cü ildən bu günə qədər, ümumilikdə,15 min kilometr avtomobil yolu çəkilmişdir.Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə dünyada 30-cu, yol infrastrukturunun keyfiyyətinə görə isə 34-cü yerdədir.

Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında əldə olunmuş nailiyyətlər narkomaniyaya qarşı mübarizənin gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, bu sahədə hələ də mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə dövlət və hüquq-mühafizə orqanları qarşısında konkret tələblər qoyur.

Aparılmış islahatlar və həyata keçirilmiş tədbirlər nəticəsində son 5 ildə dövriyyədən 8 ton 354 kiloqram narkotik vasitə çıxarılmışdır. Ölkəmizdə ən müasir avadanlıqlarla təchiz olunmuş yeni narkoloji müalicə mərkəzi tikilib istifadəyə verilmişdir.

Beynəlxalq təcrübə nəzərə alınmaqla aidiyyəti orqanların mütəxəssislərinin iştirakı ilə ali və orta ixtisas təhsili müəssisələrində, internat məktəblərində, cəzaçəkmə müəssisələrində mütəmadi olaraq maarifləndirmə tədbirləri, sosial sorğular keçirilmiş, təcrübə mübadiləsi məqsədilə beynəlxalq təşkilatlarla birgə seminarlar, təlimlər təşkil edilmişdir.

Bir məqamı da vurğulamaq istərdim ki, dünya ictimaiyyəti hərbi münaqişə zonalarından narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunmasından narahatlıq hissi keçirir.Azərbaycan da belə bir problemlə üzləşmişdir. Bildiyiniz kimi, artıq 25 ildən çoxdur ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal altındakı həmin ərazilərdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də narkotrafik və digər cinayət hallarına şərait yaradır. Bunların aradan qaldırması üçün işğal olunmuş ərazilərdə iqtisadi, maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırılmasının qarşısı alınmalıdır.Azərbaycan tərəfindən sözügedən vəziyyətə nəzarət edilməsi məqsədilə müvafiq “qara siyahılar” tərtib olunur. Bununla bağlı Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır.

Hazırkı beynəlxalq konfrans bu cür qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq üçün aidiyyəti ölkələrə birbaşa müraciət etmək imkanı vardır. Ümidvarıq ki, bu istiqamətdə görülən ciddi tədbirlər öz müsbət töhfəsini verəcəkdir”.

Çıxışının sonunda Baş nazir Novruz Məmmədov əmin olduğunu bildirib ki, konfrans iştirakçıları Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransda səmərəli müzakirələr, qarşılıqlı hörmət prinsipləri əsasında açıq dialoq aparacaq, Azərbaycan paytaxtından bəşəri bəlaya qarşı mübarizənin gücləndirilməsi üçün dünyaya yeni mesajlar verəcəklər.

x x x

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov konfransın yüksək səviyyədə təşkili üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ölkəmizin sosial və təhlükəsizlik siyasətinin prioritetlərindən olduğunu vurğulayan Dövlət Komissiyasının sədri bildirdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi 27 ildir işğal altında saxlanır, 1 milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, ATƏT-in və Avropa Şurasının müvafiq qərarlarına baxmayaraq, Ermənistan torpaqlarımızı bu gün də işğal altında saxlayır. İşğal nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilib. Bu fakt BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin 2010-cu il Dünya Narkotiklər Hesabatında da əksini tapıb. Həmin ərazilərdən Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilir. İşğal olunmuş torpaqlarımızda ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin yeni silahların alınması, terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilərək digər münaqişə zonalarına istiqamətləndirilməsi təhlükənin miqyasını daha da artırır.

Dünyada 275 milyon insanın narkotik istifadəçisi olduğunu, narkosənayenin birillik dövriyyəsinin 400 milyard dollar təşkil etdiyini deyən Əli Həsənov qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il narkoistifadədən ölənlərin sayı 450 minə çatıb. Bu, müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha səmərəli mübarizədə konvensiyalara, mübarizə üsullarına yenidən baxılmasının və ciddi islahatların reallaşdırılmasının zəruriliyini ortaya qoyur.

x x x

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin milli, regional və beynəlxalq səviyyələrdə cinayət növü kimi qəbul olunmasını, bu problemin həllinin beynəlxalq əməkdaşlıq tələb edən ümumi məsuliyyətə çevrildiyini deyən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirdi ki, bu baxımdan, beynəlxalq təşkilatların, dünya ölkələrinin aidiyyəti qurumlarının dəstəyilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməkdaşlıq çərçivəsində mübarizə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Komitə sədri qeyd edib ki, bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ölkəmizin ayrı-ayrı dövlət strukturları, hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, təhsil və səhiyyə qurumları birgə mübarizə aparmaqla bu bəlanın qarşısının alınmasında uğurla fəaliyyət göstərirlər.

x x x

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ölkəmizdə yenicə fəaliyyətə başlamasına baxmayaraq, xalqımızın yüksək qonaqpərvərliyinin qısa müddətdə onda böyük məmnunluq doğurduğunu ifadə etdi.

Diplomat bildirdi ki, Azərbaycan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransa (IDEC) yüksək səviyyədə evsahibliyi etməklə bu mühüm məsuliyyətin öhdəsindən uğurla gəlib. O, konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və aidiyyəti şəxslərə və qurumlara minnətdarlığını bildirdi.

Narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyətdə ciddi fəsadlara yol açdığını diqqətə çatdıran diplomat bu sahədə uğurlu mübarizədə beynəlxalq əməkdaşlığın önəmini xüsusi vurğuladı. Qeyd etdi ki, Azərbaycan bu istiqamətdə beynəlxalq əməkdaşlığa mühüm töhfələr verir.

Səfir bildirdi ki, ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycan 2002-ci ildən Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatlarda fəal iştirak edir, həmin missiyanın dəstəklənməsi üçün fəal logistik dəstək verir. Bu töhfələr narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə də mühüm rol oynayır. Azərbaycan bu dəstəyi ABŞ ilə yanaşı, digər ölkələrə də göstərir.

Səfir Örl Litzenberqer qeyd etdi ki, mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi ölkədə digər sahələrlə yanaşı, iqtisadiyyatın və ticarətin inkişafına da əhəmiyyətli töhfə verib. Azərbaycan dövlətinin rəhbərliyi yeni müasir ticarət yollarından narkotik vasitələrin dövriyyəsində istifadə edilməsinin qarşısını almaq üçün qətiyyətli tədbirlər həyata keçirir. Bu mübarizədə birgə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, beynəlxalq konfransın ölkəmizdə keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Tədbirlə bağlı bəzi təşkilati məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 dekabr tarixli Sərəncamına əsasən, işçi qrupu yaradılıb və konfransın Tədbirlər Planı təsdiq edilib.

Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan Beynəlxalq Konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.

Aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ