Bazar günü günü, 08 noyabr 2026
     

Mübariz Mənsimovun SOCAR-a düşmən kəsilməsinin “sirri”...

Image


Bir müddət əvvəl Azərbaycan əsilli oliqarx Mübariz Mənsimovun siyasətə meyllənmək cəhdlərindən yazmışdıq. Onun siyasətlə məşğul olmaq istəməsi təəccüblü deyil. Ancaq maraqlıdır ki, M.Mənsimov, başqa iş adamları kimi, öz hobbisini vətəndaşı olduğu ölkədə deyil,

Azərbaycanda həyata keçirməyə çalışır. Son zamanlar xüsusilə də sosial şəbəkələrdə aktivləşən M.Mənsimov Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedə dayanan müxalif liderlərindən heç nəyi ilə fərqlənməyən mövqelər sərgiləməyə başlayıb. Bu fəaliyyətin yeni başladığı zamanda adamda sual yaranırdı: milyarder kimi qələmə verilən bir adamın sosial şəbəkələrdə vaxt keçirməyə bu qədər zamanı hardandır? Güman edilirdi ki, yəqin onun adından yaradılan saxta profillər bu işlə məşğuldurlar. Sonra işin arxsından Mənsimovun özü çıxanda, adamda ilk olaraq  belə təəssürat yarandı ki, onun işləri heç də yaxşı getmir. Çünki yalnız nəyi var əlindən çıxan biri sosial şəbəkələrdə belə kin-küdurət, qəzəb püskürə bilərdi. Son bir ildə onun virtual fəaliyyətini təhlil etdikdə görünür ki, Mübariz Mənsimov Azərbaycan dövlətinə qarşı hansısa kampaniyaçılığın aparıldığı dönəmdə aktivləşməyə başlayır. Bizim radikal müxalif dairələr isə ona pullu şikar gözündə baxaraq, hər vasitə ilə özünə cəlb etmək istəyirlər. Bu xüsusda ona verilən media dəstəyi siyasətdə diletant olan iş adamını daha da həvəsləndirir və bundan təsirlənərək tənqidin dozasını get-gedə artırmağa başlayır. Mənsimov, əslində, bütün Azərbaycan hakimiyyətini hədəf alan açıqlamalarını SOCAR üzərindən edir. Hədəf olaraq SOCAR-ı seçir və həmin mövzuda sadə vətəndaşların psixikasına hesablanan populist çıxışlar edir. Son paylaşımlarında isə təhqirə, söyüşə, hətta şantaja keçib.

Axırıncı açıqlamasında M.Mənsimov qeyd edib ki, Azərbaycanda olan bəzi məmurlar hələ də anlamırlar ki, onlarla məşğul olmağa başlamayıb: "Əgər mən sizə cavab verməyə başlasam, öncə arxasına sığındığınız dövlət sizdən hesabat tələb edəcək. Bunun da zamanı gələcək.

Birincisi, məni müxalifətçi adlandıranlara üz tutub soruşuram: doğrunu demək, birliyə, əl tutmağa çağırmaq nə zamandan müxalifət olmaq olub? Nə vaxtdan SOCAR-a söz deyəndə dövlətə qarşı çıxmış olursan?! Qazın limitlə xalqa, erməni kilsələrinə pulsuz verilməsini mən demirəm. Bir-birimizə necə nifrət və paxıllıq etdiyimizi də deməyə ehtiyac yoxdur. Bu, bariz ortada.

Təbii, sizin üçün, şərəfini pula satan köpəklər üçün bulağın suyunun quruması faciədir. Nəsə yazmalısınız, yazın. Amma belə absurd yazılar deyil. Bir zamanlar bir neçə bəy əfəndi mənə belə bir şey demişdi. Bir jurnalist var, gördüm məndən yazmağa başladı, köpək kimi ağzına pul atdım, hürməyi dayandı. Sizdən deyirdi...

Beyinsizlər, deyim bir daha bilin ki, mənim heç erməni ortağım olmayıb, olmayacaq da. Mən bir erməni bici ilə bir masaya oturmadım. Qaldı adını yazdığınız o erməniyə, bəli, rastlaşmışıq. Onu eşşək kimi döydüyümü Türkiyədə hər kəs bilir. Necə ki, ermənilərin 1 nömrəli düşməni olduğumu.

SOCAR-a gəldikdə, kimin kimə ziyan vurduğunu və kimin kimdən oğurluq etdiyini İngiltərə məhkəməsi müəyyən edəcək. “Palmali” SOCAR-ı külli miqdarda ziyan vurduğuna görə məhkəməyə verib. Ey ucuz adamlar!”

Göründüyü kimi, M.Mənsimovun bu açıqlamasında təhqir, şantaj notları açıq-aydın sezilir. Bir müddət əvvəl M.Mənsimov birdən-birə durub dedi ki, tankerlərinə Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adını vermək qərarına gəlib. Onda da bu hərəkəti təhlil etdik. Haqlı olaraq ona sual etdik ki, bu iki şəxsiyyətin adı tankerdən də böyük yerlərə verilməyə layiqdir, ancaq sizin yadınıza niyə indi düşüb? Doğrudan da maraqlı idi ki, bəyəm bu günədək M.Mənsimovun yalnız indi “kəşf” etdiyi tarixi şəxsiyyətlərin adı gündəmdə olmayıb? Nə əcəb sabiq MTN şefi  Eldar Mahmudovun atasının adına tanker düzəldib okeana buraxanda Rəsulzadə ilə Elçibəy yada düşmürdü? Elə həmin vaxt da bizim bu sorğumuza M.Mənsimov urapatriotik tərzdə cavab vermişdi, guya tanımadığımız iki tarixi şəxsiyyətin uğurlarını nəzərə çatdırmaqla kifayətlənmişdi. Yəqin ki, M.Mənsimov öz hərəkətlərindəki qərəzi görə bilmir. Amma kənardan bu aydın sezilir. İlk olaraq sual olunur: Mənsimov əvvəl dost olduğu SOCAR və onun rəhbərliyinə qarşı niyə belə aqressivdir? Aparılan araşdırmalar göstərir ki, bunun obyektiv səbəbləri var.

Mənsimovun “Palmali” şirkəti ilə SOCAR arasında tərəfdaşlığın tarixi 2000-ci illərin ortalarından başlayıb. Sonra Mənsimovun SOCAR qarşısında müəmmalı şəkildə böyük borcları yaranıb. Azərbaycan Dövlət Neft Şirkəti həmin borcların əvəzində “Palmali”nin 14 tankerini və digər aktivləri alıb. Üstəlik, bu aktivlərin alınmasından sonra belə, “Palmali”nin SOCAR-a nəhəng borclarının qaldığı haqda xəbərlər var. Bir vaxtlar Mənsimov aktivlərinin əlindən çıxmasına görə SOCAR-ı beynəlxalq məhkəmə ilə hədələyirdi, amma sonradan bundan vaz keçməli oldu. Əvəzində sosial şəbəkələr üzərindən müxalifətçiliyə başladı.

Maraqlıdır ki, Mənsimovun SOCAR-a ünvanladığı şantajlardan biri də “erməni kilsələrinə  verilən qazla” bağlıdır. Bir qədər patriotik səslənən bu şüarla Mənsimov transver etdiyi sosial şəbəkələrdə özünə çoxlu “ura” qazanmış olur. Bəs görəsən Mənsimov doğrudanmı ermənilərə bu qədər nifrət bəsləyir, yoxsa bu da pafosun bir hissəsidir? Aparılan araşdırmalar göstərir ki, burda da Mənsimov səmimi deyil. Çünki onun ABŞ-dakı erməni diasporunun nüfuzlu nümayəndələrindən biri, mafioz Levon Termencyanla ortaqlığı barədə faktlar, sənədlər ortaya çıxıb.

L.Termencyan ABŞ-da kommersiya və yaşayış məqsədli daşınmaz əmlak biznesi ilə məşğul olan "SBK Holdings” adlı şirkətin sahibidir, şirkətin 800 milyon dollarlıq aktivləri var. ABŞ mediasının yazdığına görə, Termencyan bu ölkənin Daxili Təhlükəsizlik Departamenti tərəfindən “çirkli pulların yuyulmasına”, vergidən yayınmaya və neft oğurluğuna görə istintaqa cəlb edilib. Mənsimov Termencyanla tərəfdaşlığını heç vaxt təkzib etməyib.

Çox maraqlıdır ki, Mənsimov biznesinin batmasının səbəbini SOCAR və Azərbaycanda gördüyü üçün, belə aqressiv mövqe ortaya qoyur. Əslində isə bunun səbəblərini İraq və Suriya ərazisi vasitəsilə apardığı şübhəli maliyyə əməliyyatları və biznesində axtarmalıdır. Dünyanın ən  qüdrətli ölkələri tərəfindən fiksə olunan həmin məlumatlardan sonra Mənsimov çökməyə başladı. Burda SOCAR və Azərbaycanın nə günahı ola bilər ki?

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ