Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində qeyd olunub.
Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edir.
“Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş davam edir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin «Twitter» səhifəsində qeyd olunur.