19/07/2019 12:43
728 x 90

Azərbaycan Rusiya-Çin birgə hərbi təlimlərində… Moskva niyyətini açıqladı

img

Rusiya Qvardiyası Azərbaycanı genişmiqyaslı Rusiya-Çin təlimlərinə müşahidəçi qismində dəvət etmək niyyətindədir.

Baki-xeber.com “İnterfax”a isinadən xəbər verir ki, bunu Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktoru, Rusiya Milli Qvardiya Qoşunlarının baş komandanı ordu generalı Viktor Zolotov deyib.

"2019-cu ilin sonunda çinli həmkarlarla keçirilməsi planlaşdırılan genişmiqyaslı təlim Rusiya Qvardiyasının beynəlxalq həyatında ən böyük hadisə olmalıdır. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan nümayəndələri təlimə müşahidəçi qismində dəvət etməyi planlaşdırırıq", - deyə V.Zolotov "İnterfaks"a müsahibəsində bildirib.

O qeyd edib ki, Rusiya Qvardiyası tərəfdaşlarla uzunmüddətli əsasda əməkdaşlıq qurur. "Bu məqsədlə biz 2025-ci ilə qədər analoji vəzifələri yerinə yetirən xarici həmkarlarımızla əməkdaşlığa dair idarələrarası sazişlər bağlamağı planlaşdırırıq", - deyə ordu generalı vurğulayıb.

V.Zolotovun sözlərinə görə, Rusiya Qvardiyası terrorizm, cuinayətkarlığa qarşı mübarizə, ictimai asayiş və təhlükəsizliyin təmin olunması sahələrində təcrübə mübadiləsi ilə yanaşı, birgə tədbirlərin, o cümlədən beynəlxalq təlimlərin keçirilməsində də maraqlıdır.

Son xəbərlər