Bazar günü günü, 08 noyabr 2026
     

Avroittifaqla saziş məsələsində ermənilərin ortaya atdığı bir düşmən fikrə Azərbaycanda tərəf çıxanlar var...

Image


Son zamanlar Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq Tərəfdaşlıq Sazişi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Xüsusilə erməni mediası və siyasi dairələri belə rəy formalaşdırmağa çalışırlar ki, güya Azərbaycan sözügedən sazişin imzalanmasında maraqlı deyil, bilərəkdən bu prosesi yubadır.

Təəssüflər olsun ki, ölkənin daxilində olan bəzi müxalif mövqeli şəxslər və təsisatalar, hətta özünü bitərəf kimi qələmə verən bəziləri bu mövzuda erməni təbliğatının təsiri altına düşərək, lazımsız fikirlər səsləndirirlər. Daha doğrusu, həmin dairələr məsələdən faydalanaraq, ictimai fikirlə manipulyasiya etməyə cəhdlər göstərirlər. Hətta iddia edirlər ki, güya sazişin mətnində Azərbaycanın milli maraqlarına uyğun olmayan şərtlər yer alıb. Bəs əslində sazişdə belə məqamlar varmı və Azəraycan həmin sənədin imzalanmasını yubatmaqda maraqlıdırmı? Prosesdən məlumatlı olan ekspertlər qeyd edirlər ki, saziş üzərində iş davam etdirilir və sənəd hələ imzalanmağa hazır vəziyyətdə deyil. Xüsusilə sazişin Azərbaycan üçün prinsipal əhəmiyyət kəsb edən məqamları ilə bağlı tam razılıq əldə olunmayıb. Bu xüsusda Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 4-də Brüsselə səfəri zamanı dediyi fikirləri xatırlatmaq lap yerinə düşər. XİN rəhbəri bildirmişdi ki, Bakı ilə Brüssel arasında imzalanacaq saziş 90 faiz razılaşdırılıb. Siyasi ekspertlər arasında bundan sonra belə bir sual aktualaşıb: “Görəsən, razılaşdırılmayan 10 faizdə nələr var?” Prosesdən məlumatlı olan ekspertlər iddia edirlər ki, rəsmi Bakı həmin sazişdə haqlı olaraq Azərbaycanın ərazi bütövlüyünün birmənalı vurğulanmasını istəyir, ancaq avropalı diplomatlar tərəddüd keçirirlər. Aydındır ki, rəsmi Bakı haqlı olaraq istəyir ki, sənəddə belə bir bənd yer alsın: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”. Avropa İttifaqı bilir ki, belə bir müddəanın sazişdə qeyd olunmasına yalnız bir ölkə etiraz edə bilər, o da Ermənistandır. Buna görə də, avropalı diplomatlar Ermənistanı da razı sala biləcək bir balansı yaratmaq istəyirlər. Hər halda, sazişin imzalanmasında gecikmənin baş verməsinin bu detalla bağlı olduğu daha inandırıcı görünür. Məhz bu səbəbdən də, ermənilər diqqəti əsas məsələdən yayındırmağa çalışaraq, sazişilə bağlı keçikməni başqa uydurma amillərlə izah etməyə çalışırlar. İdeya müəllifi Ermənistan olan bu tezisin ölkəmizin daxilindəki bəzi dairələr tərəfindən də dəstəklənməsi ciddi təəccüb doğurur. Həmin dairələr hətta iddia etməyə çalışırlar ki, güya Azərbaycanın Avropa İttifaqı ilə razılaşdırmadığı başlıca mövzu insan haqları mövzusu ilə bağlıdır.

Politoloq Yeganə Hacıyeva da “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu proses ətrafında ciddi manipulyasiyalara başlanıb: “Öncəliklə sazişin imzalanması ilə bağlı prosesin son il üçün gedişatında kiçik bir ekskurs etmək istəyirəm. Bilirsiniz ki, 2018-ci il Azərbaycan Prezidenti İlham Əliyevin istər Avropa İttifaqının mərkəzi siyasi, iqtisadi və təhlükəsizlik təsisatları, istərsə də strateji üzv ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlər, imzalanan yeni sənədlər Azərbaycanın Aİ ilə münasibətlərini daha da möhkəmləndirdi və nəticə olaraq bu il Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri üzrə danışıqlar yekunlaşdı, buna dair baza sənədi iyilun 11-də ayında paraflandı”. Politoloqun sözlərinə görə, ardınca bu ilin payızında, oktyabrın 29-dan Bakıda Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ilk dialoq başlandı: ”Azərbaycan hökümətinin Avropa Xarici Tədbirlər Xidməti baş katibinin müavini Jan Kristof Belardın başçılıq etdiyi Aİ nümayəndə heyətinin iştirakı ilə apardığı bu dialoq danışıqları daha ciddi mərhələyə keçirdi. Avropa İttifaqı və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqunda tərəflərin ikitərəfli və çoxşaxəli təhlükəsizlik məsələlərinin müzakirəsi baş tutdu. Dialoq enerji təhlükəsizliyi, miqrasiya, sərhəd, insan alveri, transmilli cinayətkarlıq, narkotrafik və çirkli pulların yuyulması, aviasiya, nəqliyyat-logistika və əlbəttə, terrorizm və konfliktlərin həlli sahəsində təhlükəsizlik müzakirələri apardı. Aİ qitələrarası strateji keçid regionu olan Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı tərəf olsa da, məhz bu regionda təhlükəsizliyin və dayanıqlı sülhün bərqərar olunması üçün hər hansı birbaşa təsir mexanizmlərinə malik deyil. Lakin Aİ bu regionda dayanıqlı sülhün əldə olunması üçün Ermənistana təzyiq və təsir vasitəsi kimi istifadə oluna biləcək informasiyalara, diplomatik və iqtisadi rıçaqlara malikdir. Azərbaycan isə haqlı olaraq strateji tərəfdaşlarından, xüsusilə enerji təhlükəsizliyində rol aldığı strateji tərəfdaşı Aİ-nin regionda beynəlxalq hüquq və normaların bərqərar olunması, dayanıqlı sülh və inkişafın əldə edilməsi istiqamətində malik olduğu bütün təsir və təzyiq vasitələrini istifadə etməsində israrlıdır”. Yeganə Hacıyeva hesab edir ki, Avropa İttifaqı Azərbaycanla təhlükəsizlik məsələlərini iki istiqamət üzrə Aİ-Azərbaycan və Aİ - Cənubi Qafqaz kontekstindən qurmaqda maraqlıdır və Aİ Cənubi Qafqazda ölkələrlə münasibətlərini birinin diğərini qıcıqlandırmamaq istiqamətində qurmağa maksimum çalışır. Azərbaycan üçün Aİ ilə münasibətlərin nüvəsini əldə olunmuş razılaşmaların ərazi bütövlüyümüzün bərpa olunmasına xidmət etməsi, konfliktin həllində real irəliləyişlərin əldə olunması təşkil edir və Azərbaycan, bütün istiqamətlərdən olduğu kimi, Aİ ilə münasibətlərində də tərəflərin imkanlarını ümumi problemlərə, konkret olaraq isə konfliktin həllində istifadə olunmasında və ən əsası, bu yanaşmanın sazişin bəndlərində ifadə olunmasında israrlıdır. Çünki regionda mövcudluğu və maraqlı olan hər bir qlobal güc mövcudluğunun legitimləşməsi istiqamətində, regionda sülhün bərqərar olunmasında məsuliyyəti bölüşməli və beynəlxalq hüququn və ədalətin bərpası üçün səylərini əsirgəməməlidir".

Politoloqun sözlərinə görə, bir neçə gündür istər erməni mediasında, istərsə də onların Avropa qurumlarındakı uzantıları və deşifrə olunmuş agentlərin təqdimatında “Azərbaycan Aİ sazişindən Dağlıq Qarabağ konfliktindəki pozisiyasına görə imtina edir” propoqandası aparılır: “Eks səfır Arif Məmmədovun təxribatçı məlumatı əsasında yerli mediada Avropa Birliyi - Azərbaycan münasibətləri haqqında cəmiyyəti çaşdıracaq, həqiqətə uyğun olmayan rəylər gedir. Nəticə olaraq qeyd edim ki , Avropa Birliyi - Azərbaycan münasinətlərinin təməl prinsipi Beynəlxalq hüquqa söykənir və Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Müəyyənləşməyən kimi göstərilməyə çalışılan Avropa Birliyi - Azərbaycan münasibətlərin əməkdaşlıq prioritetləri haqqında danışıqlar hələ keçən il başa çatıb. Əməkdaşlığın prioritetləri sənədi hələ keçən il iyulun 11-də Brüsseldə Federika Mogerini və Elmar Məmmədyarov arasında Avropa İttifaqının prezidenti Donald Tusk və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. May ayında imzalanması palnalaşdırılan sənəd Strateji Tərəfdaşlıq Sazişidir. Sazişdə Azərbaycanın ərazi bütövlüyü tanınır və dəstəklənir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ