24/04/2019 02:49
728 x 90

Azərbaycan XİN Paşinyana “maarifçilik dərsi” keçməkdə davam edir

img

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın fikirlərini şərh edib.

Nazirliyin Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, şərhdə deyilir ki, N.Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi "sülh mühitinin yaradılması" Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil:

"Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir. Əgər "A" deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətdir, nəticələr isə sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur".

Son xəbərlər