Bazar günü günü, 08 noyabr 2026
     

Paşinyan İlham Əliyevlə Vyanada görüşünün hesabatını AŞPA-da verdi...

Image


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son dövrlərdə proseslərin axarı yenidən maraqlı məcraya yönəlməkdədir. Bu xüsusda indi ən çox diqqət çəkən məqamlardan biri  Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Şurası Parlament Assambleyasında çıxışı və burada səsləndirdiyi müəyyən fikirlərdir. Düzdür, çıxışı zamanı Paşinyan yenə müəyyən sərsəmləmələr edib, lakin diqqət çəkən məqamlara da toxunub.

Dağlıq Qarabağ konfliktinin region üçün ciddi çağırış olaraq qaldığını deyən Paşinyan Ermənistanda baş verən dəyişikliklərin Qarabağ konfliktinin həlli ilə bağlı İrəvanın təsəvvürlərinə yeni ton verdiyini bildirib: “Biz Azərbaycan Prezidenti ilə kifayət qədər konstruktiv və müsbət dialoq başlada bildik, amma əminəm ki, liderlər arasında dialoq konfliktin həlli üçün yetərli deyil. Cəmiyyətlər arasında dialoqun başlanması bizim ictimaiyyətləri sülhə hazırlamaq üçün vacibdir”. Paşinyan, həmçinin, ATƏT-in Minsk Qrupu formatının Qarabağ münaqişəsinin həlli prosesində qəbul edilən yeganə format olduğunu bildirib. Erməni mediası isə əsas etibarı ilə sonuncu məqam üzərində dayanaraq yazır ki, Paşinyan Minsk Qrupu formatında məsələni heç də təsadüfən qabartmır. Özü də bu o fonda baş verir ki, Minsk Qrupunun münaqişə ilə bağlı son iki bəyanatı elə Paşinyanın özünün dediklərinə zidd olaraq sırf Azərbaycanın istəklərinə uyğun gəlir. Söhbət Minsk Qrupunun martın 9-da və bunun ardınca məlum Vyana görüşündən sonra yaydığı bəyanatlardan gedir. Xatırladaq ki, hər iki bəyanatda Qarabağ münaqişəsi ilə bağlı mövcud danışıqlar formatının saxlanmasının vacibliyi qeyd olunub. Paşinyanın son mövqeyi bu məsələnin artıq onun tərəfindən də qəbul olunduğunu göstərir.

Digər tərəfdən o da heç kimə sirr deyil ki, Minsk Qrupu münaqişənin mərhələli şəkildə, “Madrid prinsipləri”nə uyğun həllində maraqlıdır. Minsk Qrupu formatında da Qarabağ münaqişəsinin həllində maraqlı olduqlarını bəyan etməklə, ekspertlərin fikrincə, Paşinyan da konfliktin “Madrid prinsipləri” əsasında tənzimlənməsindən başqa çıxış yolu olmadığını artıq qəbul etmək məcburiyyətində qaldığını nümayiş etdirir. Erməni mediası isə yazır ki, bu məsələdə Paşinyana ağıl verən əsas şəxs Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyandır. “Joğovurd” qəzeti bu xüsusda yazır: “Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar Qarabağ münaqişəsinin nizamlanmasında məlum “Madrid prinsipləri”nə çox istinad edir və bunların aydınlaşdırılmasını vurğulayır. O belə bir bəyanatla ilk dəfə Qarabağda keçirilən təhlükəsizlik şurasının iclasında çıxış edib. Bu barədə aprelin 7-də “Yerkrapah” təşkilatının qurultayında çıxış edərkən təkrarən qeyd edib. “Madrid prinsipləri”nin realda təyinatı, bu prinsiplər çərçivəsində aparılan danışıqlarda hansı mümkün, ilkin addımlar atıla bilər? Vyanada buna dəqiq cavab ala bilmədim və yalnız dəqiq cavab əldə etdikdən sonra “Madrid prinsipləri”nin nə dərəcədə qəbul oluna bilib-bilməyəcəyi, yaxud ümumiyyətlə qəbul olunması ehtimalına cavab verə bilərəm”, - deyə Paşinyan ifadə edib. “Madrid prinsipləri” 2007-ci ilin noyabr ayında Madrid şəhərində Azərbaycan və Ermənistan tərəflərinə təklif edilib. Daha sonra 2009-cu il iyunun 10-da bu prinsiplərin yenilənmiş hissəsi təqdim edilib. Əsas prinsiplərə keçmiş DQMV-ni əhatə edən rayonların Azərbaycana qaytarılması, qaçqınların öz yaşayış yerlərinə qayıtması hüququ və sairə daxildir. Lakin “Madrid prinsipləri”nin açıqlanmasından öncə maraqlı proseslər baş verib. Söhbət bu prinsiplərlə bağlı Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın bəyanatlarından, onun tutduğu mövqeyindən və “Wikileaks”in məxfi sənədləri açmasından gedir. İlk növbədə, sirr deyil ki, Ermənistanın birinci prezidenti “Madrid prinsipləri” barədə daim mənfi rəy bildirib və bunu heç vaxt gizlətməyib. Maraqlıdır ki, birinci prezidentin çox hallarda dediyi başqa şeydir, lakin məxfiliyi açılmış sənədlərdə isə başqa şey əks olunur. Qeyd edək ki, 2017-ci il martın 22-də “Gündəmdən kənar” verilişinə müsahibə verərkən Levon Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hər hansı layihə təqdim etmədiyini bəyan edib. “İndiyədək səsləndirilən bütün təkliflər nə Azərbaycan, nə də Ermənistan tərəfindən irəli sürülüb. Təkliflərin hamısı beynəlxalq təşkilatlar tərəfindən tərəflərə təqdim edilib. O məsələnin həll edilməsi istiqamətində ortaya qoyulan “Madrid prinsipləri” sənədləri 2007-ci ildən etibarən müzakirə olunmağa başlanıb”, - deyə o bildirib.
2007-ci il oktyabrın 17-də yayılan “Wikileaks” sənədində isə birinci prezident Levon Ter-Petrosyan tərəfindən Minsk Qrupunun həmsədri Metyu Brayzaya məxfiliyi qorumaq şərtilə öz iradlarını bildirdiyi barədə məlumat ortaya qoyulur. Köçəryanın vəzifədən gedəcəyini nəzərə alaraq, Levon Ter-Petrosyan hesab edir ki, həmsədrlər danışıqlar prosesindəki vəziyyəti əks etdirən sənəd hazırlamalıdır. O bu sənədin tərtib edilməsinin ona aid olan ideya kimi dəyərləndirilməsini istəməsə də, ümid edirdi ki, Brayza digər həmsədrlərə bunu öz təşəbbüsü olaraq təqdim edəcək”.  Məqalədə qeyd edilir ki, birinci prezident Dağlıq Qarabağ münaqişəsinin həllində nəyə nail olunduğunu əks etdirən hər hansı formal sənəd olmadığını bildirib. O hesab edirdi ki, Minsk Qrupu həmsədrləri üçün bəlkə də bunu etməyin ən yaxşı yolu formal sənəd tərtib edərək, hər iki tərəfə artıq səmərəli şəkildə razılaşdırılmış, bütün elementləri əhatə edən həll layihəsi kimi təklif olunmasıdır. Bildirilir ki, Ter-Petrosyan indi eyni yanaşmanı Paşinyana da məsləhət görür və belə məlum olur ki, baş nazir keçmiş prezidentin yanaşmasını təqdir edir. Bunun əsas səbəblərindən biri də onunla bağıldır ki, Paşinyan yaxın tezlikdə münaqişənin çözümü istiqamətində əməli addımlar atmayacağı təqdirdə savaşın qaçılmaz olduğunu, bu savaşda ölkəsinin hansı aqibətlə üzləşəcəyini yaxşı başa düşür.

Erməni politoloq Levon Şirinyan da vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsi müharibə ilə həll edildiyi halda ölkəsi böyük zərbə alacaq: “Ermənistan ordusu Azərbaycana qarşı əməliyyat aparmaq gücündə deyil. Bu yaxınlarda Mehridəki Aqarak batalyonunda nələrin yaşandığı hamınıza bəllidir. Bunlar sadəcə qığılcımdır. Orduda problemlər daha böyükdür və bu ordu ilə Azərbaycana qarşı duruş gətirmək asan deyil. Bunları baş nazir açıq etiraf etməsə də görür”. Elə rusiyalı tanınmış hərbi ekspert Aleksey Xlopotov da Ermənistanı savaş məsələsində ehtiyatlı olmağa çağırıb. O, xüsusən də Ermənistanın müdafiə naziri David Tonoyanın daha realist mövqedən çıxış etməsinin zəruri olduğunu diqqətə çatdırıb: "Tonoyanın Azərbaycan ordusunun arxasında hücum diversiya qruplarının mümkün hərəkətləri barədə sözləri məqsədyönlü təxribatdır. Həm Paşinyan, həm də Tonoyan Azərbaycan Silahlı Qüvvələrinin müasir qüvvəsini nəzərə almaqla, yaxşı başa düşürlər ki, Azərbaycanla hərbi əməliyyatların bərpası onlar üçün çox dağıdıcı məşğələ olacaq. Bundan başqa, münaqişənin eskalasiyası şəraitində Ermənistanı birmənalı olaraq dəstəkləyən heç bir müttəfiqi yoxdur. Buna görə İrəvan Moskva və Vaşinqton arasında qaçaqaçda qalıb, nəyin bahasına olursa olsun, KTMT rəhbərliyində qalmağa da cəhd edir. Təbii ki, Amerika Birləşmiş Ştatlarındakı erməni diasporunun diqqətini, əslində isə maliyyə və siyasi resurslarını cəlb etmək məqsədilə Tonoyan Paşinyan və onun komandasından ibarət rejimin qətiyyətini və canlılığını sübut etmək üçün "şahin mahnıları" oxumağa vadar edilir". Amma o da maraqlıdır ki, bütün bunlara rəğmən, erməni diasporunun Paşinyandan tədricən imtina etməsi də aydın müşahidə olunur. “Jamanak” qəzeti hətta bu xüsusda yazır ki, yaranmış vəziyyətdə Hayastan Ümumerməni Fondunun builki telemarafonu baş tutmaya bilər: “Fondun Los-Ancelesdəki ən böyük ofisinin işi iflic olub. Belə ki, fondun bir sıra əsas şəxsləri ofisi tərk etmək istədiklərini və Ermənistanın yeni hökumətilə işləmək istəmədiklərini bildiriblər. Hazırda buna görə telemarafonun keçirilməsinə hazırlıq aparılmır.

Belə görüntü yaranır ki, Ermənistanın yeni hökuməti də Hayastan Fondundan imtina edib və onu “Mənim Addımım“, eləcə də “Təbəssümlər Şəhəri“ fondları ilə əvəz etməyə çalışır. Paşinyanın arvadı Anna Akopyanın Amerika səfəri göstərdi ki, bu fondlara inam elə də yüksək deyil. Bu fondlara vəd edilən məbləğ 1 milyon dollardır, əslində isə toplanacaq məbləğ daha az olacaq”.  Qeyd edək ki, Hayastan Fondu 1992-ci ildə Levon Ter-Petrosyanın əmrilə yaradılıb. Bu təşkilat hər il keçirdiyi telemarafonlarla Ermənistan və işğal altındakı Qarabağ üçün vəsait toplamaqla məşğul olur. Amma indi fond Paşinyan iqidarı ilə işləmək istəmir. “Jamanak” qəzeti qeyd edir ki, belə vəziyyətdə Rusiya, ABŞ-la münasibətləri elə də yaxşı olmayan Paşinyanın diasporun da dəstəyindən məhrum olması onun üçün çox ciddi problemlərin yaranması deməkdir. Qeyd olunur ki, məhz belə şəraitdə Qarabağ savaşı yenilənəcəyi təqdirdə Ermənistan hakimiyyəti daha böyük problemlərlə üzləşməli olacaq. Bu səbəbdən də Paşinyan, səsləndirdiyi fikirlərə rəğmən, Qarabağ məsələsində  Azərbaycanla razılığa gəlməyə məcburdur.

Digər tərəfdən, Paşinyanı narahat edən məqamlardan biri Türkiyə faktorudur. Elə Avropa Şurası Parlament Assambleyasında da Paşinyan bildirib ki, Ermənistanla münasibətlərin bərpasını Türkiyə Azərbaycanla əlaqələndirir: “Təəssüf ki, bizim Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərimiz yoxdur. Azərbaycanla münasibətlərdə hər şey aydındırsa, Türkiyə ilə bağlı məsələdə başqa görüntü var. Ermənistanla münasibətlərin bərpasını Türkiyə birbaşa Azərbaycanla əlaqələndirir. Ermənistan bu məsələdə mövqeyini dəyişməyib. Biz deyirik ki, heç bir ilkin şərt irəli sürmədən Türkiyə ilə münasibətlərin bərpasına hazırıq”.  Erməni mediası isə yazır ki, əslində, Paşinyanın Türkiyə amilini xatırlaması başqa məqamla bağlıdır. Belə ki, Türkiyə-Rusiya münasibətləri son illər strateji xarakter alır. İrəvan qorxur ki, Ankara Moskva ilə işbirliyi əsasında Qarabağ münaqişəsinin həlli prosesində rol almaq istəyəcək. Məhz bu vəziyyətdə Paşinyan daha çıxılmaz duruma düşəcək. O səbəbdən onun yeganə çıxış yolu azərbaycanla mümkün qədər tez razılığa gəlməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 11:55
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ