çərşənbə günü, 11 noyabr 2026
     

Ermənilər Qafqaz İslam Ordusunun Azərbaycanda qalmış qazi döyüşçülərini sürgünlərdə necə “çürüdüblər”...

Image


2-ci məqalə

 

Sirr deyil ki, uzun əsrlər boyu Azərbaycan torpağına göz dikən mənfur və yağı düşmənin qanlı savaşlarına mərdliklə sinə gərən və öz canını bu torpaq uğrunda fəda edən igid Ərənlərin - müqəddəs Şəhidlərin qanı hər qarış torpağımızı (Azərbaycan sərhədləri hüdudunda) zinyətləndirib.

Bu hal minilliklər və əsrlər boyu davam etsə də, ən faciəvi (və ən şərəfli) səhifələri XX-XXI əsrlərdə yazılıb və bu imzada qardaş Osmanlı Türkiyəsinin və Türkiyə Cumhuriyyətinin də Ər döyüşçülərinin adı fəxrlə yad edilməkdədir. Azərbaycan dövlətinin müstəqilliyi və xalqının yenilməzliyi naminə döyüş səngərlərimizi Ana Vətən bilən ərən türk döyüşçülərinin xeylisi artıq Qazi kimi  ayrı-ayrı bölgələrimizdə qalıb və şərəfli həyatını tale yazısı kimi  (baxmayaraq ki, uzaq Sibir  sazaqlarının acısını yaşamaq şərti ilə) başa vurublar. Onların xatirəsi  unudulmadıqca Vətən torpağının mərd oğullardan xali olmadığına da bir daha  əmin oluruq. 

1918-ci ilin qalibiyyətli savaşlarından sonra (Osmanl Türkiyəsi ilə Antanta dövlətləri (Böyük Britaniya, Rusiya və Fransa ittifaqı, sonralar bu ittifaqa İtaliya və Yaponiya dövlətləri də qoşulmuşdu) arasında Yunanıstanın Lemnos adasındakı Mudros limanında ingilis hərb gəmisində imzalanmış 30 oktyabr 1918-ci il tarixli Mudros sülh müqaviləsinə əsasən Osmanlı hərbi heyəti bir ay ərzində Azərbaycanı tərk etmişdi) özünün Qazi həyatını Azərbaycanın Cavad qəzasında (sonralar Neftçala rayonunun Qazaxbərəsi kəndində) yaşayan Həsən Məmmədoğlu (1896-1968) el arasında “Həsən çavuş” kimi tanınmışdı. 5-ci Qafqaz İslam Ordusunun tərkibində Kür çayının mənbəyindən mənsəbinədək yol gələn Ər Həsən Türkiyənin Ərzurum vilayətinin Həsənqala kəndində doğulub, evləri isə Ağrı dağının ətəyinə boy verib.

Həmin illərdə Osmanlı Türkiyəsində və Azərbaycan  torpaqlarında qəsbkarlıq və soyqırım siyasəti yürüdən hay-daşnak quldurlarına və onların havadarlarına qarşı döyüşə atılan böyük qardaşını bu qanlı savaş meydanında tək buraxmayan Ər Həsənin ilk döyüşü mənfur düşmənlə elə Ağrı dağının ətəyində baş vermiş, nə acı ki, qardaşını bu döyüşlərdə itirmiş və onu orada dəfn etmişdi. Sonrakı döyüş səngərlərini Cənubi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Gəncədə keçirən Həsən çavuş süvari dəstəsinin tərkibində son vuruşlarını Kür çayının mənsəbində, Xəzərin sahillərində - indiki Neftçala rayonunun Xıllı və Surra kəndlərinin ətrafında zəfərlə başa çatdırmışdı. O döyüşləri xatırlayanda həmişə deyərmiş ki, quldur hayların Kür çayında lövbər salan hərbi bərəsindən hücumdan əvvəl gur şeypur səsi, qarmon sədaları gələrdi, qaniçən silahlılar ətraf kəndləri qarət etdikdə və əhalisini qırdıqda şənlik etməyi unutmazdılar. Amma onların  bu rəzil istəkləri uzun çəkməyib. Müzəffər türk orducunun və yerli milli müdafiə qüvvələrinin igidliyi sayəsində gərgin döyüşlərdən sonra həmin hərbi bərə-gəmi ələ keçirilib, quldurlar isə Kür çayı və Xəzər dənizi vasitəsilə cəhənnəmə vasil ediliblər.

O ağır savaşlardan və Ər Həsəndən xatirə kimi oğlu Səlahəddinin ocağında indi də bir neçə döyüş vasitəsi müqəddəs yadigar kimi saxlanır: tatarı-qırmanc (dəstəyi ceyran ayağının sümüyündən, yiyəsini özü düzəldib), binokl, beşatılanı yağlayan dəmir qaşıq, hərbi çanta və ensiz çiyin kəməri...

1918-ci ilin vuruşlarından sonra həyatını Azərbaycana bağlayan Ər Həsən (o, pəhləvan cüssəli və iri gövdəli ərən idi, yadigar şəklindən elə görünür) ilk illərdə Biləsuvar rayonunun sərhəd-keçid məntəqəsində işləyib, ətraf sərhəd hissələrində qaçaqların düşərgələrini nəzarətdə saxlamaq, asayişi bərpa etmək  məqsədilə indiki Neftçala rayonunun Qazaxbərəsi, Qırmızıkənd, Qaçaqkənd, Xanməmmədli kəndlərinə də xidməti işi ilə əlaqədar gəlib-gedirmiş. Və bu   işlərinin nəticəsi onun şəxsi ailə həyatında da dəyişiklik yaradır - Qazaxbərəsi kəndində Sitarə Süleyman qızı  Manafova ilə (1910-1991) 1921-ci ildə ailə qurur, köçərək bu kənddə daimi yaşayır. Bu nigahdan üç qızı- Kövsər (Türkiyədə kəndlərinin yaxınlığından axan çayın adı), Lazimə, Qumru (anasının adı) və iki oğlu – Lazım (şəhid qardaşının adı) və Səlahəddin (X-XIII əsrlərdə xaçlı yürüşləri zamanı cəngavər türk döyüşçüsünün adı) dünyaya gəlir.

Səlahəddin bəy söhbət edir ki, atamın sol qolunun qalın ətində bir oyuq vardı, barmağım arasından keçirdi (5 atılan gülləsinin yeriymiş), səbəbini soruşanda deyərdi ki, şeytan yuvasıdır...

Ər Həsən Qazaxbərəsi kəndində yaşadığı illərdə  təsərrüfat işləri, əsasən dəmirçilklə məşğul olur, onun yanına həm də ətraf kəndlərdən (Şorsulu, Sarvan, Qırmızıkənd...) də gələnlər az deyildi - ev və təsərrüfat ehtiyacları üçün sifarişlər yerinə yetirərdi.

Keçən əsrin 30-cu illərinin sərt və acı rüzgarı Azərbaycanda Qazi Türk əsgərlərinin də həyatından yan keçməyib. Onların hamısı uzaq və sərt Sibir çöllərinin sazaqlı qışını, rütubətli və soyuq yayını bir neçə on il (1937-ci ildən 1956-cı ilədək) yaşayıblar, onlardan biri də Ər Həsən idi. O, Şərqi Sibirdə, Tomsk vilayətinin Baxçar rayonunun Baxçar kəndində sürgün həyatını yaşayıb və burada oynaq-ürək xəstəliyinə tutulub.

Sürgündən qayıdanda özü ilə bərabər Əli adlı türk əsgərini də gətirmişdi, o da 5-ci Qafqaz İslam Ordusunun döyüşçüsü idi, bir yerdə sürgündə olmuşdular. Yerli camaat ona Əli baba deyərdi. Deyilənə görə, heç nə danışmazdı, Ər Həsənin həyətində, onun tikdiyi bir otaqda qalardı.   İşləmirdi. Səlahəddin  bəy deyir ki, tək olanda özünə qapanıb elə hey ağlayardı, ailəsindən heç kim qalmamışdı... Onu sürgünə Naxçıvandan aparmışdılar. 

Əli baba “Vətən” deyə-deyə 1965-ci ildə 75 yaşında dünyasını dəyişdi, məzarı kənd qəbirstanlığındadır. Bu qəbirdən bir qədər aralıda isə Ər Həsənin və həyat yoldaşının qəbri uyuyur doğma Vətən torpağında.

Osmanlı  türk əsgəri və Qazisi Ər Əlinin məzar daşı Neftçala rayonundakı “Xıllı-Nərə” Balıqyetişdirmə müəssisəsinin işçisi tərəfindən (adının çəkilməsini istəməyən) Xıllı-Surra döyüşlərində rəşadət göstərən əsgərlərin şərəfinə 2012-ci ildə abadlaşdırılıb.

Osmanlı Türkiyəsinin Samsun şəhərində 1895-ci ildə doğulan Mirzə Xəlil Abdurrəhman oğlu bu şəhərdə böyük türk oğlu Mustafa Kamal Atatürkü (1881-1938) qarşılayanlar arasında olmasından həmişə fəxrlə danışardı. Abdurrəhman oğulları sülaləsindən olan Mirzə Xəlil I Dünya müharibəsində Avstriya-Macarıstan ordusunun tərkibindəki Osmanlı I Taborunun əsgəri heyətinin tərkibində də səngər döyüşlərini yaşayıb.

I Dünya müharibəsində Osmanlı Türkiyəsinin ağır məğlubiyyəti Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına da mənfi təsir göstərmişdi. Bu üzücü siyasi-hərbi gedişatın nəticəsində yalnız Azərbaycan xalqına qarşı  hay-daşnak və rus-ingilis-bolşevik qüvvələri tərəfindən yürüdülən soyqırımından xilas edilməsi, paytaxt Bakı şəhərinin  düşmənlərdən azad edilməsi xüsusilə qeyd edilməlidir, təsəlli doğuracaq bir hal kimi.

1918-ci ilin avqust-sentyabr aylarında Nuru paşanın komandanlığı ilə 5-ci Qafqaz İslam Ordusunun tərkibində Göyçay döyüşlərində, Bakı şəhəri və ətraf kəndlərində  gedən vuruşlarda fərqlənən Mirzə Xəlil Türkiyə komendantlığında (indiki Qoşa Qala qapısı önündəki Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin binasında) onbaşı olub. Osmanlı ordusunun tərkibində Türkiyəyə qayıtdıqdan sonra o, yenidən 1923-cü ildə  Azərbaycana gəlmişdi. Bakı şəhərində müxtəlif təsərrüfat işlərində çalışan Mirzə Xəlil 1925-ci ildə Kommunist Partiyasının üzvü olaraq Azərbaycan Dəmir Yolları İdarəsində partiya təşkilatının katibi işləyib. Lakin Bakı Soveti İcraiyyə Komitəsinin üzvü və deputatı olsa da, məkrli hay siyasətinin qurbanı olmaqdan qurtulmayıb.

Ümumiyyətlə, 1918-1920-ci illərdə Azərbaycana qarşı hay-daşnak və rus-bolşevik soyqırımının qarşısının alınmasında əvəzsiz xidmət göstərmiş Osmanlı Türkiyəsinin zabit və əsgər heyətinin intiqamını almaq  üçün  türk əsilli vətəndaşların repressiya edilməsi keçən əsrin 30-cu və 40-cı illərində ölkəmizdə düşmən siyasətinin əsas məqsədlərindən biri olub.

Göründüyü kimi, Mirzə Xəlil müəyyən göstəricilərə görə sosialist təsərrüfat quruculuğuna uyğun ictimai-təsərrüfat fəaliyyəti göstərsə də, Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 1-ci xüsusi şöbəsinin rəisi, polkovnik R.Ələkbərovun imzaladığı 21.02.1958-ci il  tarixli arayışda qeyd etdiyi kimi, “yalnız milliyyətinin türk olması və Türkiyə doğumlu olması (sonradan sovet vətəndaşlığını almasına baxmayaraq)” onun  sürgün həyatına səbəb olub.

Repressiya faktları sırasında türk amilinin pərdələnməsi, Azərbaycana qarşı soyqırım faciəsinin üstünün örtülməsi üçün rəsmi sənədlərdə Mirzə Xəlilin Azərbaycana gəlmə tarixi həqiqətdə olduğu kimi 1918-ci il yox, 1915-ci il göstərilib ki, həmin dövrdə o, əslində Avropa hərb cəbhəsinin döyüşçüsü olub.

Mirzə Xəlil ərəb, fars dillərini mükəmməl bildiyindən, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi Əziz Əliyevin (1897-1962) rəhbərliyi ilə nümayəndə heyətinin tərkibində Cənubi Azərbaycanda olub, orada siyasi-ictimai fəaliyyət göstərib.

Cənubi Azərbaycandan gəldikdən sonra Bakı şəhərində Hərbiləşdirilmiş Yanğından Mühafizə idarəsində (almanların kəşfiyyat təyyarələrinin hücumunun qaqrşısının alınması əsas məqsəd olub) işə qəbul edilib (işə qəbul barədə əmr olsa da, işdən azad edilməsi barədə əmr olmayıb) Mirzə Xəlil. Qısa müddətdən sonra Azərbaycanda yaşayan bütün Türk Əsgər-Qazilərin ölkədaxili sürgün həyatı başlayıb, o cümlədən onu da ailəliklə Gədəbəy rayonunun Saratovka kəndinə göndəriblər. Rayonun Qala kəndi ərazisindəki “Zərif yeri” adlanan sahədə toxum səpini aparan Mirzə Xəlil evə qayıtdıqdan sonra axşam saat 10 radələrində həbs edilir 1949-cu ildə.

Və bu tarixdən uzaq Tomsk vilayətində siyasi repressiya-sürgün həyatı yaşayan Mirzə Xəlil 1956-cı ildə vətənə qayıdır. Bu halda da Gədəbəy rayonunda yaşamağa icazə ala bilməyən türk Qazisi əvvəlcə Sabirabad rayonunda (30-cu illərdə bu rayonda Qara Mustafa oğlu ilə yaxın münasibətdə olduğundan, onun oğlu Əlinin yanına gəlib), sonra isə Saatlı rayonunun Nəsimikənd kəndində (“Adıgün” təsərrüfatında) məskunlaşıb. Həyat yoldaşı, əslən Türkiyənin Canıx sancaqlığından olan Məryəm Dəvəli qızı (1906-1963) vəfat etdikdən sonra böyük oğlanları Şərif və Hafiz, qızı Zəkiyyə ilə həyatını davam etdirib.

Qazi döyüşçünün 1918-ci illə bağlı xatirələrindən bir yarpaq:

5-ci Qafqaz İslam Ordusu Türkiyəyə qayıtdıqda Qarabağ bölgəsindən keçib. Əsgəran nahiyəsində tabur əsgərlərinin gecə növbəsini yerbəyer edib geri düşərgəyə qayıdan Mirzə Xəlil üç hay daşnağının əhatəsinə düşür və -Silahı at yerə - əmrini eşidir. Çiynində yapon karabini (qısa boylu onatılan, gülləsi dəmiryolu relsini kəsib keçən) olsa da, kürəyində Avstriya istehsalı olan tapança - “Parabellim” (mənası “Müharibəyə hazır ol” deməkdir) olduğundan özünü itirmir, “Siz də əsgərsiz, bilirsiz ki, silah yalnız əldən-ələ verilir” deyərək, tüfəngi onlara verməklə o biri əli ilə tapançadan atəş açır. Haylardan bir nişanə qalmır. Tabur komandanı İdris əfəndi gəlir, nə olduğunu soruşur. Heç, dovşan vardı, ona atəş açdım, deyir. Amma yerdə qan ləkələri gözündən yayınmır Mirzə Xəlilin. Yolüstü Zəngəzur bölgəsində Qarakilsə nahiyəsindəki (indiki Sisian rayonu) bazarda təzə sarğılı qolu boynundan asılan bir hayı görür. Bu nə, soruşur ondan, - heç, atdan yıxılmışam, cavabını alır. Silahını haya göstərərək- bu atdanmı yıxılmısan? - sözü ilə sərrast atəşini dübarə tuşlayır haya.

1977-ci ildə  82 yaşında vəfat edən Mirzə Xəlilin məzarı yaşadığı kəndin qəbirstanlığındadır.

Qismət YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:23
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edirlər

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ