Bazar günü günü, 27 sentyabr 2026
     

Azərbaycan tarixin öyrənilməmiş səhifələri - Ağcabədi və digər 21 rayonda da üsyanlar, etiraz aksiyaları olub? (1963-1965-ci illər)

Image


Ha vururam teleqram,
Xeyri yoxdu bir qram.

SSRİ Nazirlər Sovetinin Sədri Nikita Xruşşovun təşəbbüsü ilə 1962-ci ildə inzibati-ərazi bölgüsü islahatı həyata keçirilib. İslahat zamanı SSRİ-nin tərkibindəki rayonların ümumi sayı bu dövrdə 3421-dən 1711-ə qədər azalmışdır. (Bax: SSSR: Administrativno-territorialğnoe delenie soöznıx respublik (na 1 ənv. 1962 q.) (İzd. 11-e). M.: İzvestiə Sovetov deputatov trudəhixsə SSSR. Otv. red.: P. V. Tumanov. 1962. 5, 7.)

Bu islahatlara uyğun olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli Fərmanı ilə respublika tabeliyində olan 50 rayon və 6 şəhər əvəzinə 31 rayon və 7 respublika tabeli şəhər yaradılıb. Ümumilikdə aşağıdakı 23 rayon ləğv edilib:

Ağcabədi, Əli Bayramlı (indiki Şirvan), Astara, Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi (indiki Şabran), Yevlax, Jdanov (indiki Beyləqan), Zərdab, Qax, Qubadlı, Qutqaşen (indiki Qəbələ), Mirbəşir (indiki Tərtər) Nuxa (indiki Şəki), Puşkin (indiki Biləsuvar), Saatlı, Tovuz,

Xaçmaz, Naxçıvan MSSR-də Ordubad və Şahbuz, Dağlıq Qarabağ Muxtar Vilayətində Şuşa. (Bax: Spisok rayonov, uprazdnennıx v svəzi s ukrupneniem selğskix i obrazovaniem promışlennıx rayonov (dekabrğ 1962 – fevralğ 1963). Dop. k spravoçniku: SSSR. Administrativno-territorialğnoe delenie soöznıx respublik na 1963. M.: İzvestiə. 1964.)

Sovet rəhbərliyinin 50-ci illərin ikinci və 60-cı illərin birinci yarsında subyektivizmə söykənən səhv siyasətinə qarşı 1963-1965-ci illərdə SSRİ-də yüzlərlə etiraz aksiyası baş verib. Bəs SSRİ-nin digər ərazilərində olduğu kimi Azərbaycanda da 23 rayonun ləğvi ilə bağlı etiraz aksiyaları olubmu?

Məntiqlə yanaşanda Azərbaycanda ləğv olunmuş 23 rayonun əhalisinin SSRİ Nazirlər Sovetinin bu qərarına kəskin etirazı mütləq baş verməli idi. Çünki əgər bu qərar yalnız əhalinin aşağı təbəqəsinin mənafeyinə toxunsaydı bəlkə də narazılığın qarşısı müxtəlif üsullarla, o cümlədən həmin rayonların rəhbər işçilərin yaxından dəstəyi ilə alınardı. Lakin bu qərar aşağı təbəqə ilə yanaşı vəzifəli şəxslərin də mənafeyinə toxunduğundan bu rayonların əhalisi bütöv, tam şəkildə bundan idi. Bu narazılıq bəzi rayonlarda kəskin etiraza səbəb olmuşdu. Hətta rayonun rəhbər kadrlarının bu üsyanlara, etiraz aksiyalarına rəhbərlik etməsinə aid faktlar da mövcuddur. Bu antihümanist qərarın əhalinin bütün təbəqlərinin kəskin etirazla qarşılamasının səbəbləri fikrimizcə aşağıdakılardan ibarətdir:

Rayonun ləğv olunub, qonşu rayona tabe olunması əhalidən yeni rayon mərkəzinə getməsi üçün əvəlkində qat-qat daha artıq məsafə qətt etməsini tələb edirdi. 60-cı illərdə nəqilliyyat vasitələrinin çatıçmazlığı və yolların bərbad vəziyyətdə olması insanların daha çoxvaxt və maliyyə itkisinə səbəb olurdu. Bu da insanlarda bu qərarı verənlərə nifrət yaradırdı.

Əvvəlki rayon mərkəzindən 10-20 km məsafədə yerləşən kəndlərin bəziləri yeni mərkəzdən 40, 50, bəzən 100 km aralıda yerləşirdilərsə o zaman lafet adlanan traktor qoşqusundan istifadə edən əksər sakinlərin bu məsafəni bir gün ərzində gedib qayıtması praktik cəhətdən mümkün olmurdu. Buna görə də günü-gündən artan problemlər həll olunmamış qalır, onlara yeniləri əlavə olunurdu.

Adi rayon sakinləri ilə yanaşı ləğv olunmuş rayonun rəhbər işçilərinin bir hissəsi ixtisara düşdüyünə görə, digər hissəsi isə yeni rayon mərkəzinə hər gün gedib gəlmək məcburiyyətində qaldıqlarına görə bu qərardan narazı idilər. Həmin dövrdə rayonun rəhbər işçiləri arasında korrupsiya və rüşvət halları az olduğundan onların aldıqları az miqdarda əmək haqqıyeni mərkəzdə ev almağa və ya kirayədə qalmağa imkan vermirdi.

Xruşşovun hakimiyyət illərində geniş yayılmış subyektivzim və volyuntarizm halları, sosial problemlərin həddən artıq çox olması, xüsusilə ərzaq qıtlığı, qara çörəyin talonlarla verildiyi bir şəraitdə rayonların ləğv edilməsi onsuz da narazı olan əhalini daha da hiddətləndirmişdi.

Ləğv olunmuş rayonlarda etiraz aksiyalarına Kirovabad (indiki Gəncə) (1961) və Sumqayıt (1963) şəhərlərində baş vermiş anti sovet üsyanlarının da müəyyən təsiri var idi.

Stalinin ölümündən sonra ictimai-siyasi həyatın “yumuşalma” dövründə milli şüurun güclənməsi də bu aksiyaların baş verməsinə münbit şərait yaradırdı və s.

Qeyd olunan və olunmayan bu kimi faktlar sübut edir ki, Azərbaycanın 23 rayonunda 1963-1965-ci illərdə sovet rəhbərliyinin qeyd olunan səhv qərarına qarşı bir-birindən fərqli də olsa etiraz aksiyaları olub. Hətta bəzi rayonlarda bu üsyan həddinə də çatıb. “Zərdab üsyanı (1963-1965” başlıqlı məqalədə bu rayonun ləğv edilərək qonşu Ucar rayonuna birləşdirilməsinə qarşı mütəşəkkil şəkildə təşkil olunmuş üsyandan bəhs etmişdik. Lakin digər 22 rayonla bağlı demək olar ki, məlumat yox dərəcəsindədir. Bəs bütün bu hadisələr nəyə görə iniyənə qədər diqqətdən kənar qalaraq araşdırılmayıb?

23 rayonun İcra Hakimiyyətlərinin rəsmi səhifələrində hər bir rayonun tarixi haqqında məlumatlar olsa da 1963-1965-ci il hadisələri haqqında yalnız bir - iki cümləyə rast gəlmək olur. Hətta bu rayonların bəzilərinin tarixi haqqında kitablar yazılmasına baxmayaraq həmin hadisələrin üstündə sükutla keçilib. Məsələn, 1963-1965-ci illər ləğv olunmuş 23 rayondan biri olan Ağcəbədinə etraz aksiyalarının olması haqqında şifahi tarixi faktlar mövcud olmasına baxmayaraq Nazim Məmmədovun 2018-ci ildə nəşr olunmuş 380 səhifəlik “Azərbaycan Respublikası Ağcabədi rayonunun tarixi” kitabında nəinki 1963-1965-ci illərdə baş vermiş bu hadisələr haqqında, hətta rayonun tarixinin sovet dövrünə aid 57 illik bir dövr, yəni 1931-1988-ci illər ümumiyyətlə yazımayıb. Kitabın 7-ci fəsil 1920-1931-ci illəri, 8-cu fəsil isə I Qarabağ müharibəsi dövrünü əhatə etdiyindən rayonun ortada olan 57 illik tarixini yazmaq unudulub. Bundan başqa Şirxan Aranlının müəllifliyi ilə 2021-ci ildə nəşr olunmuş 912 səhifəlik “Ağcabədi : Ensiklopedik toplu” kitabında da Ağcabədidə 1963-1965-ci illərdə baş vermiş ehtiraz aksiyaları haqqında məlumata rast gəlmək olmur.

1963-1965-ci illərdə baş vermiş üsyanlar, etiraz aksiyalardan nəinki adi vətəndaşlar hətta tarixçilərin də mütləq əksəriyyəti xəbərsizdir. Çünki bu hadisələr nə sovet dövründə, nə də dövlət müstəqilliyinin bərpasından sonra nəinki elmi şəkildə tədqiqat obyekti olunmayıb, hətta bu mövzuya bir publistik məqalə də həsr edilməyib. Sovet arxivlərindən də bu hadisələrlə bağlı obyektiv məlumatlar əldə etmək mümkün deyil. Bu etraz aksiyaları haqqında yalnız yaşlı nəslin müəyyən hissəsinin hafizəsində qalmış xatirələr bizə dəyərli məlumatlar verə bilər. Az da olsa buna aid nümunələr var. Məsələn, Zərdab üsaynı haqqında fikrimizcə hələlik bizə məlum olan yeganə mənbə hadisələrin şahidləri olmuş Zərdabın tanımış şəxslərinin xatirələri əsasında Sarvan Kərimov tərəfindən hazırlanmış “Doğrudanmı 1963-1964-cü illərdə Zərdabda üsyan olub? başlıqlı yazıdır. Bu yazı 2021-ci ilin 4 fevralında “Zərdabın Tanınmışları” feysbuk səhifəsində yerləşdirilib. Ağcabədi hadisələri ilə bağlı isə Şirxan Aranlının Qəni Cəfərli ilə müsahibəsi də rayonun feysbuk səhifəsinə qoyulub. Bu cür müsahibələr rəsmi şəkildə çap olunmayaraq qeyri rəsmi hesab olunan sosial şəbəkələrə yerləşdirilsə da bu dəyərli məlumatları topladıqlarına görə onun müəlliflərinə təşəkkür etmək lazımdır. İnkişaf etmiş ölkələrdə uzun illərdir ki, bu cür materiallardan şifahi tarixi mənbə kimi istifadə edilir. Azərbaycanda da elmi tədqiqatlarda şifahi mənbələrə istinadlara rast gəlinir. Fikrimizcə bu işin digər 21 rayonlarda təşkil olunması tariximizin unudulmuş səhifələrinə işıq sala, Azərbaynıcan xalqının 60-ci illər tarixini zənginləşdirə bilər.

Şifahi tarix, yəni yaşlı nəslin yaddaşında bu günə qədər qorunub saxlanılan faktlar sübut edir ki, Ağcabədidə də əhali rayonun ləğv edilərək Ağdama birləşdirilməsi ilə bağlı qərara kəskin etiraz edib və bir sıra anti sovet aksiyalar da keçirib.

Ağcabədi hadisələri ilə bağlı Şirxan Aranlının Qəni Cəfərli ilə müsahibəsində əhalinin sovet rejiminə qarşı etiraz aksiyası haqqında müəyyən faktlara rast gəlinir.

Ləğv olunmuş bəzi rayon mərkəzi ilə yeni rayon mərkəzi arasında məsafənin az olması ola bilsin bu qərara bi qədər fərqli münasibətin yaranmasına səbəb olub. Məsələn Saatlı ilə Sabirabad rayon mərkəzləri arasında cəmi 6 km məsəfənin olması bu rayonların birləşməsinə ola bilsin əhali elə də ciddi reaksiya verməyib. Lakin Ağcabədi rayonunun mərkəzindən Ağdam dəmir yolu stansiyasına qədər 45 km məsafə olması əhalinin ciddi etirazına səbəb olmuşdu.

Qəni Cəfərov müsahibədə həmin illəri belə xatırlayır: “ O illər çox təlatümlü illər idi. Üstəlik də, SSRİ Mərkəzi Komitənin Baş Katibi işləyən N. S. Xruşşovun yanlış siyasəti nəticəsində ölkədə baş verən aclıq Ağcabədidə də öz təsirini göstərdi.
1963-cü ildə dövlət sərəncamına əsasən Ağcabədi öz müstəqilliyini
itirib Ağdam rayonuna birləşdirildi. Sovet dövlətinin ölkənin hər yerində icra etdiyi xalqa zidd siyasətinin nəticəsi olaraq hər yerdə olduğu kimi Ağcabədidə də bu qərar rayonun sosial-iqtisadi həyatına olduqca mənfi təsir göstərdi. Belə ki, rəhbər idarəetmə orqanlarında işləyən Ağcabədi ziyalıları hər gün səhər Ağdama işə gedib, axşam evinə qayıtmalı olurdu. Yaxud da Ağdamda ev kirayə edib, orada yaşayırdı. Rayon sakinləri isə hər hansı arayış üçün Ağdama gedib-gəlməli olurdu. Bütün bunlar isə onsuz da ağır
maddi durumda yaşayan rayon camaatının həyatını daha da ağırlaşdırırdı.
Odur ki bundan təngə gələn Ağcabədi camaatının haqqını müdafiə edən və haqq sözünü deyə bilən rayon fəalları yuxarı dövlət orqanlarına teleqram vuraraq Ağcabədinin Ağdamdan ayrılmasını tələb edirdi. Bir müddət vurulan çox saylı teleqramlar nəticəsiz qaldı. Hətta o zamanlar vurulan teleqramların nəticəsiz qalması barədə xalq arasında belə bir deyim də yaranmışdı:

Ha vururam teleqram,

Xeyri yoxdu bir qram.

Təkcə Ağcabədidə yox, ölkənin hər yerində baş verən bu xalq etirazı sonradan öz bəhrəsini verdi. Ölkənin hər yerində süni olaraq birləşdirilən rayonların ayrılması 1965-ci ildə Ağcabədidə də həyata keçdi. Ağcabədi Ağdamdan ayrılıb müstəqil rayona çevrildi.”

Fikrimizcə Ağcabədidə 1963-1965-ci illərdə baş vermiş hadisələrlə bağlı araşdırmalar davam etdirilərsə sovet rejiminə bağlı daha kəskin faktlara rast gəlmək olar. Məsələn, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi , Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcidin açıqladığı məlumata görə Ağcabədi rayonunu ləğv edilməsinə etiraz olaraq rayon mərkəzində iki qardaş fərdi şəkildə etiraz aksiyası keçirib. Onlar evlərinin damına çıxaraq sovet rəhbərliyinin siyasətinin əleyhinə kəskin çıxışlar edərək sovet rəhbərləri qarşısında bu səhv qərarın dəyişdirilməsi, Ağcabədi rayonun statusunun bərpası tələbini qoymuşlar. Fikrimizcə əgər tədqiqatlar davam edərsə digər faktlarla yanaşı sovet rejiminə qarşı mübarizə aparmış bu mübariz iki şəxsiyyət haqqında daha geniş məlumat əldə etmək, onların sonrakı taleyi barədə faktları üzə çıxarmaq mümkün olar.

Azərbaycan xalqının 5 minillik dövlətçilik tarixində çoxlu sayda qəhrəmanlıqlar olsa da, xalqın igid övladları qəhrəmanlıq tarixinu yaratsalar da bunların bir çoxu yazılmadığına görə unudulmuş, yaddaşlardan silinmişdir. Azərbaycanın 23 rayonunda 1963-1965-ci illərdə baş vermiş hadisələr də obyektiv araşdırılıb, yazılmasa bu hadisələrin də unudlması mümkündür. Hətta onların çoxu demək olar ki, unudulub. Bunun baş verməməsi üçün bu hadisələr geniş tədqiq edilərək xalqa çatdırılmasına ciddi ehtiyac var. Bunun üçün həmin rayonların yaşlı nəsillərinin həmin hadisələrlə bağlı xatirələrinin toplanması təcili həyata keçirilməlidir. Çünki hadisələr baş verən zaman 10-15 yaşında olmuş şəxslərin artıq 70-75 yaşı var. Bəlkə də bəzi rayonlarda bu işlər az da olsa görülüb, lakin əhalini diqqətinə çatdırılmayıb.

Buradan belə nəticə çıxarmaq olar ki, 23 rayonda 1963-1965-ci illərdə sovet rejiminə qarşı baş vermiş etiraz aksiyaların tədqiqi əvvəlki illərdə olduğu kimi bu gün də aktualdır. Bu hadisələri obyektiv şəkildə araşdırmaq və qəhrəman insanlar tərəfindən yaradılmış tarixin bu səhifələrini yazmaq tarixçilərdən böyük məsuliyyət tələb edir. Bu tarixçilərin xalq və dövlət qarşısında borcu olmaqla yanaşı həm də şərəfli vəzifəsidir.

Məhərrəm Zülfüqarlı
Tarix elmləri doktoru, professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "daha uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ