Cümə axşamı günü, 22 oktyabr 2026
     

Dini dözümsüzlüyə qarşı Azərbaycan nümunəsi... Qlobal təhlükəsizlik üçün müstəsna fakt...

Image


Müxtəlif mənşəli və inanclı insanların əvvəlkindən daha çox qarşılıqlı əlaqədə olduğu bağlı olduğu indiki dünyada dini tolerantlıq təkcə mənəvi ideal deyil, həm də həyati zərurətdir. Başqalarının dini inanclarına hörmət etmək və onları qəbul etmək bacarığı multikultural cəmiyyətlərdə dinc yanaşı yaşayışın əsasını təşkil edir.

Qloballaşma sərhədləri silməyə və mədəniyyətləri birləşdirməyə davam etdikcə, dini tolerantlığın təşviqi ictimai harmoniyanın təmin edilməsi, insan hüquqlarının qorunması və qlobal sülhün təşviqi üçün vacibdir. Amma təəssüf ki, bu sahədə çox ciddi problemlər də var. Bu, bir neçə gün əvvəl Bakıda baş tutan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda səslənən fikirlər fonunda özünü bird aha büruzə verdi.

İslamofobiya Qərb məkanında getdikcə daha aktual problemə çevrilir

Sözügedən tədbir çərçivəsində bir daha məlum oldu ki, islamofobiya günümüzün narahatedici reallıqlarından biri və ayrı-seçkiliyin açıq təzahürüdür. Təəssüf ki, bir çox Qərb cəmiyyətlərində bu ayrı-seçkilik forması artıq normallaşır. Qeyd edilən xüsusda Fransadan olan ekspert Jan-Mişel Brun bildirir ki, islamofobiya xüsusilə Avropa məkanında getdikcə daha aktual problemə çevrilir. Fransa isə bu kontekstdə xüsusi önəm daşıyır.

Onun sözlərinə görə, qitənin ən böyük müsəlman icmasına sahib olan bu ölkədə müsəlmanlar uzun illərdir sistemli diskriminasiyaya məruz qalırlar: “Fransada ifrat sağçı qüvvələrin siyasi müstəvidə artan nüfuzu müsəlmanlara qarşı əsassız və məntiqsiz qadağaların tətbiqinə səbəb olur. “Hazırda Fransa Avropada islamofobiya meyllərinin əsas mərkəzinə çevrilmiş vəziyyətdədir”, – deyə o vurğulayıb.

Jan-Mişel Brun bu fikirləri Bakıda keçirilən islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində bölüşdüyünü də bildirərək qeyd edib ki, o, artıq üçüncü dəfədir bu əhəmiyyətli forumda iştirak edir: “İslamofobiya problemi olduğu kimi qalır. Hər il eyni məsələlər gündəmə gətirilir, lakin praktikada ciddi irəliləyiş müşahidə edilmir. İslamofobiya ilə mübarizə təkcə müzakirələrlə məhdudlaşmamalıdır. Bu sahəyə ciddi maliyyə vəsaiti ayrılmalı, konkret layihələr icra olunmalıdır. Ölkələr arasında təcrübə mübadiləsi genişləndirilməli, maarifləndirici proqramlar və təşəbbüslər dəstəklənməlidir”. Ekspert bir məqamı da vurğulayır ki, Fransada media sektorunun əhəmiyyətli hissəsi islamofob baxışlara sahib radikal milyarderlərin təsiri altındadır: “Nəticədə ictimaiyyətə təqdim olunan məlumatlar obyektivlikdən uzaq olur və dini nifrəti təşviq edən məzmun daşıyır. Bu vəziyyətin dəyişməsi üçün müsəlman ölkələri daha fəal mövqe sərgiləməli və Fransa mediasına strateji investisiyalar yatırmalıdır. Məqsəd İslam haqqında obyektiv, doğru və maarifləndirici məlumatların yayılmasını təmin etmək, yerli medianı islamofobiya ilə mübarizədə mühüm tərəfdaşa çevirməkdir. Yalnız bu cür sistemli və məqsədyönlü yanaşma ilə islamofobiyanın qarşısını almaq mümkündür”. Məlumdur ki, dini tolerantlıq öz inancından fərqli olanların tanınması və hörmət edilməsini ifadə edir. Bu, razılığa gəlməyi və ya şəxsi imanını tərk etməyi tələb etmir. Əksinə, fərdləri başqalarının öz dini prinsiplərinə uyğun olaraq inanmaq, ibadət etmək və yaşamaq hüquqlarını qəbul etməyə təşviq edir. Özündə dini tolerantlıq birgəyaşayışdan ibarətdir. Amma Qərbdə və dünyanın digər bəzi məkanlarında artan islamofobiya bu xüsusda hələ də ciddi problemlərin qalmaqda davam etdiyini göstərir. Dünya təcrübəsi göstərir ki, təhsil dini dözümlülüyü təşviq etmək üçün ən güclü vasitələrdən biridir. Məktəblər dünya dinləri haqqında faktlara əsaslanan və qərəzsiz öyrətməklə şagirdlərə başqalarının inanclarını və dəyərlərini anlamağa kömək edə bilər. Bu anlayış stereotipləri aradan qaldıra, qərəzləri azalda bilər. Dinlərarası dialoq tolerantlığın təşviqində də mühüm rol oynayır. Müxtəlif dini mənsubiyyətlərdən olan şəxslər dürüst və hörmətli söhbətlər apardıqda, onlar tez-tez doktrinal fərqlilikləri aşan ortaq dil və ümumi dəyərlər tapırlar. Bu, yenə Azərbaycan təcrübəsində özünü büruzə verir. Dinlərarası dialoq Azərbaycanda xüsusi diqqət mərkəzindədir və ölkəmizin milli inkişaf strategiyasının tərkib hissələrindən biridir. Bu xüsusda prezident İlham Əliyev qeyd edib: “Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Azərbaycanın islamofob baxışlara qarşı mövqeyi bütün dünya üçün olduqca dəyərlidir

Azərbaycan nümunəsinə baxmayaraq, dünyanın bir çox yerlərində dini dözümsüzlük ciddi problem olaraq qalır. Siyasi manipulyasiya və ya ideoloji sərtlikdən qaynaqlanan ekstremizm tez-tez parçalanma səpmək üçün dini məqamlardan istifadə edir. Sosial media bəzi hallarda nifrət dolu ritorika və dezinformasiyanı gücləndirir, dini icmalar arasında inamsızlığı dərinləşdirir. Üstəlik, bir dini digərindən üstün tutan hökumət siyasətləri ayrı-seçkiliyi institutsionallaşdıra və azlıqların inanclarını marjinallaşdıra bilir. Yenə Qərb bunun əyani nümunəsidir. Burada bütün cəhdlərə, beynəlxalq çağırışlara və maarifləndirmə işlərinə baxmayaraq, islamofobiya daha da dərinləşir. Onun nəticələri təkcə müsəlmanlar üçün deyil, dünya üçün olduqca təhlükəlidir.

Beynəlxalq Müsəlman Alimləri İttifaqının vitse-prezidenti Abdülməcid Nacarburada diqqəti ona çəkir ki, əsas problem İslama qarşı qərəzli şəkildə yayılan məlumatsızlıqdır: “Bununla belə, Avropada sevindirici bir tendensiyanı da müşahidə edirik - İslamı qəbul edənlərin sayı artır. Bu isə, təəssüf ki, bəzi dairələrdə qorxu və aqressiyanın artmasına səbəb olur. Nəticədə, mediada, siyasətdə və hətta qanunvericilikdə islamofobik yanaşmalar öz əksini tapmağa başlayır”. Onun sözlərinə görə, Fransa nümunəsində bu tendensiyanın qanunlara necə sirayət etdiyi açıq şəkildə görünür: “Bu səbəbdən, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan kimi dövlətlərin bu məsələdə ortaya qoyduğu mövqe olduqca dəyərlidir. Biz bu nümunədən öyrənməli, islamofobiyaya qarşı həm hüquqi, həm də maarifləndirici sahədə daha sistemli mübarizə aparmalıyıq. İslamofobiyanın bütün dünyada artmaqda olduğu bir dövrdə belə bir dövlət siyasəti, sözün əsl mənasında nümunəvidir”. Ümumən dini tolerantlığı inkişaf etdirmək üçün həm fərdlər, həm də qurumlar fəal addımlar atmalıdırlar. Hökumətlər dini azadlığı qoruyan və nifrət cinayətlərini cəzalandıran qanunlar qəbul etməli və tətbiq etməlidir. KİV-lər sensasiya və qərəzdən uzaq olmaqla, dini mövzularda həssaslıqla və dəqiq məlumat verməyə borcludurlar. Dini tolerantlıq təkcə yüksək ideal deyil, həm də müasir dünyada sülh və tərəqqi üçün əməli zərurətdir.

Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ