Cümə axşamı günü, 22 oktyabr 2026
     

Paşinyanın yeni alternativi tapıldı - Moskvaya "emissar səfərləri" başladı...

Image


Moskva İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanmasına hərtərəfli dəstək verməyə hazırdır. Bunu Rusiya müdafiə naziri Andrey Belousov Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirləri şurasının iclasında səsləndirib.

Nazir qeyd edib ki, hazırda Cənubi Qafqazda regiondankənar dövlətlərin fəallığı artıb, xüsusilə Zəngəzur ətrafında gərginlik davam edir: “Regiondankənar ölkələrin məqsədi təhlükəsizliyin möhkəmləndirilməsi deyil, Cənubi Qafqazda təsir dairəsini genişləndirməkdir”. Ekspertlər qeyd edir ki, Belousovun sözləri indiki halda İrəvana və Parisə ünvanlanıb. Çünki Fransa bir neçə gündən sonra Qərbi Zəngəzurda konsulluq açacaq. Ayrıca Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək. Rusiya müdafiə nazirinin sözlərinə görə, hazırkı fəallığın məqsədi təhlükəsizliyin gücləndirilməsi yox, həmin ölkələrin təsir dairəsini genişləndirməkdir. Bununla Belousov açıq mətnlə bildirir ki, Fransanın istəyi Ermənistanın təhlükəsizliyi deyil, bölgədə təsir dairəsini genişləndirməkdir. Kreml hesab edir ki, Fransanın Ermənistandakı fəallığının əsas məqsədi Rusiyanı bu ölkədən sıxışdırıb çıxarmaqdır. Buna görə də Rusiya Türkiyə və İranın xaricində bölgədən uzaq ölkələrin Cənubi Qafqazda fəallığının əleyhinədir. Qərb faktiki olaraq Ermənistan üzərindən Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışır. Hazırda kollektiv Qərb Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq üçün şirnikləndirici vədlər verir, son illər isə Avropa İttifaqının İrəvana xüsusilə təhlükəsizlik sahəsində dəstəyini qabardır. Burada söhbət təbii ki, “mülki missiya” adı altında Azərbaycanla sərhədə yerləşdirilən təxribatçı Avropa İttifaqı missiyasından gedir. Təhlükə doğuran səbəblərdən biri də mülki missiyanın tərkibində güc strukturlarının təmsilçilərinin olmasıdır. Mülki missiyanın tərkibində güc strukturlarının təmsilçilərinin olması bunun müşahidə deyil, hərbi missiya olmasından xəbər verir. Beləliklə, Avropa İttifaqının müşahidə missiyası Qərbin Ermənistanda təsir imkanlarının formalaşdırılması və gücləndirilməsidir. Bu da Rusiyanı narahat edən məqamlardan biridir. Amma o da nzərə alınmalıdır ki, Moskvanın erməni dövlətində təsir mexanizmləri kifayət qədərdir və demək olar ki, Ermənistan bütün sahələrdə hələ də Rusiyadan asılıdır. Üstəlik bu asılılığı qısa müddətdə aradan qaldırmaq mümkün görünmür. Bu məqsədə nail olmaq üçün bir neçə onillik və yüz milyardlarla dollar vəsait lazımdır. Qərb də bunu etmək istəmir. Əvəzində Moskva Paşinyanın devrilməsi planını gündəmdə saxlayır. Ermənistanın “Qraparak” qəzeti belə bir vaxtda maraqlı məlumat yayıb. Qeyd edilir ki, müxalif “Biz Oyağıq” Hərəkatı Ermənistan Milli Təhlakəsizlik Xidmətinin sabiq direktoru general Artur Vanetsyanın baş nazirliyə namizədliyini irəli sürüb. Erməni nəşri yazır ki, Vanetsyanın namizədliyi ilə bağlı sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan arasında fikir ayrılığı var: “Biz Oyağıq” hərəkatının Baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsü üçün ən çox ehtimal olunan namizəd “Vətən” partiyasının sədri Artur Vanetsyandır. Serj Sərkisyanın komandası üçün Vanetsyan məqbul namizəd kimi görünür, Robert Köçəryan isə prosesin özünə şübhə ilə yanaşır. Köçəryanın komandası deputat İşxan Saqatelyan vasitəsilə Vanetsyana bəzi mesajlar verib ki, nəticəsi əvvəldən müəyyənləşən ümidsiz prosesə girməyə ehtiyac yoxdur. Həmçinin məlumata görə, Vanetsyan öz namizədliyi ilə bağlı 8 deputatın imzasını toplaya bilsə, parlamentdəki müxalif fraksiyalardan 28 deputatın dəstəyini alacaq”. “Qraprak” Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbərinin Rusiyaya səfərinə də diqqət çəkib: “Artur Vanetsyanın hazırda Moskvada olması barədə məlumat əldə etmişik. Yaxınları bizə bildiriblər ki, o, namizədliyi ilə bağlı Moskvada yaşayan qardaşı ilə məsləhətləşməyə gedib, mayın 31-də qayıdacaq. Siyasi dairələr onun səfər zamanı Kremldə bəzi Rusiya rəsmiləri ilə də görüşəcəyini istisna etmirlər”. Onu da qeyd edək ki, Ermənistan hakimiyyəti Artur Vanetsyanı Rusiya xüsusi xidmət orqanlarına yaxşı fiqur kimi təqdim edir. Mənbələrə görə, Köçəryan və Sarkisyanın namizədliyinin cəmiyyət arasında narazılıq yaradacağını güman edən Moskva Vanetsyanın namizədliyini nəzərdən keçirir. İddialara əsasən, Rusiyada səfərdə olan Robert Köçəryanla Kremldə Paşinyanın impiçmenti prosesi ilə yanaşı, bu məsələnin də müzakirə olunduğu bildirilir. Bu xüsusda “Qraprak” yazır: “Köçəryan mayın 22-də gecə qayıdıb və Kremldən aldığı təlimatla bağlı hələ komandasına məlumat verməyib. Yeri gəlmişkən, qeyd edək ki, əvvəlki səfərindən sonra Köçəryan geniş müsahibə verərək fəallaşdığını bildirmişdi. Bəzi məlumatlara görə, Moskvada budəfəki müzakirə mövzusu baş nazir Nikol Paşinyanın impiçmenti ilə bağlı olub. İstisna edilmir ki, Köçəryanla baş nazir vəzifəsinə potensial namizədlərin kimliyi müzakirə olunub. Yaxın günlərdə bununla bağlı bəzi açıqlamaların veriləcəyi və müvafiq addımların atılacağı istisna edilmir”. Radikal erməni müxalifəti, ümumən, Rusiyanın köməyi ilə Paşinyan iqtidarını devirməyə daha çox ümid edir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ