Cümə günü, 23 oktyabr 2026
     

Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılır

Image


Avropa İttifaqı 2027-ci ilədək Rusiya qazından tam imtina etməyə hazırlaşır. Rəsmi Brüssel buna nail olmaq üçün Azərbaycan da daxil olmaqla, enerji sahəsində özünün daha etibarlı tərəfdaşları ilə əməkdaşlıqları dərinləşdirmək istəyir. Bu məqsədlə Avropa Azərbaycana öz qazını Rusiyanın Ukrayna ərazisindən keçən qaz kəməri vasitəsilə satmağı da təklif edib.

Bu təklif reallaşarsa, Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılmış olacaq. Azərbaycan ilk dəfə 2020-ci ilin sonlarında Cənub Qaz Dəhlizi vasitəsilə “mavi yanacağını” Avropa bazarına çıxara bilib. 2022-ci ildə isə tərəflər Bakıda enerji memorandumu imzalayaraq, nəql edilən qazın həcmini iki dəfəyədək artırmaq barədə razılığa gəliblər. Bu anlaşma Rusiya-Ukrayna müharibəsinin başlamasından 5 ay sonra baş tutmuşdu.

Avropa İttifaqı Rusiya qazından daha çox asılı olan şərq üzvlərinin, xüsusilə Slovakiya, Macarıstan və Avstriyanın mavi yanacaq ehtiyacını Azərbaycanın enerji ehtiyatları hesabına ödəmək niyyətindədir. Ötən ilin mayında Bakıda səfərdə olarkən prezident İlham Əliyevlə görüşündə Slovakiyanın baş naziri Robert Fiko Azərbaycan qazının Ukrayna ərazisi üzərindən almaqda maraqlı olduqlarını dilə gətirmişdi: “Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik”. Rusiya ilə Ukrayna arasında 2019-cu ildə imzalanmış qaz nəqli ilə bağlı 5 illik müqavilənin müddəti ötən ilin sonunda bitib. Ukrayna tranzit ölkə olaraq Rusiya qazının öz ərazisi ilə Avropaya daşınmasını istəmir və müqavilənin müddətini uzatmayacağını bəyan etdi və bunu da reallaşdırdı. Rəsmi Brüssel də, Rusiyanın enerji sahəsində maliyyə mənbələrini azaltmaq üçün Kiyevin bu qərarını dəstəklədi. İllik mavi yanacaq istehlakı təxminən 400 milyard kub metr olan Avropa İttifaqı hələ 2014-cü ildə Rusiya Krımı ilhaq etdikdən sonra enerji mənbələrini şaxələndirmək üçün fəaliyyətə keçdi. Lakin əlavə qaz nəqli üçün infrastrukturun olmaması yalnız 2022-ci ildə Aİ-yə bu məqsədə çatmağa imkan verdi. Belə bir vaxtda daha bir maarqlı açıqlama Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqadan gəlib. Sibiqa Bakıya səfərinin yekunlarına dair sosial şəbəkədəki hesabında yazıb ki, Ukrayna Avropada Azərbaycan üçün əsas enerji qovşağına çevrilməyə hazırdır: “Avropa İttifaqı kimi, biz də Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə əsas kontribiutor kimi görürük, tranzitdəki ekspertizamız və Avropanın ən böyük qaz anbarlarımız sayəsində buna töhfəmizi verməyə hazırıq”.

Sibiqa vurğulayıb ki, Azərbaycan Ukraynanın davamlı inkişafının gücləndirilməsi, ilk növbədə enerji sektorunda, eləcə də ədalətli və davamlı sülhə nail olmaq üçün son dərəcə mühüm tərəfdaşdır: “Bütün bunlar barədə hər görüşdə ətraflı danışdım. İlk növbədə, Azərbaycan Respublikasının prezidenti və Ukraynanın dostu İlham Əliyevlə. Mən ona Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı prinsipial mövqeyinə görə şəxsi minnətdarlığımı bildirdim. Ayrıca genişmiqyaslı işğalın ilk günlərində və ən ağır qış mövsümlərində Azərbaycanın humanitar və enerji dəstəyinə, ukraynalılar üçün sığınacağa, uşaqlarımızın sağalmasına və İrpenin bərpasına görə”.

Onun sözlərinə görə, Azərbaycan strateji tərəfdaşdır və indi bu tərəfdaşlığa, xüsusən ən yüksək siyasi səviyyədə yeni təkan vermək vaxtıdır. Sibiqa xatırladıb ki, Ukrayna lideri Volodimir Zelenski və Azərbaycan prezidenti İlham Əliyev də Davosda bu barədə razılığa gəliblər. Nazirin sözlərinə görə, azərbaycanlı həmkarı, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlərdə ticarət, investisiya və enerjiyə xüsusi diqqət yetirilməklə, ikitərəfli münasibətlərin bütün gündəliyini müzakirə ediblər: “Biz yaxın vaxtlarda İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın keçirilməsi üzərində işləmək barədə razılığa gəldik”. Bundan əlavə, tərəflər Azərbaycan biznesinin Ukraynadakı fəaliyyətini və investisiyaların artırılmasını ətraflı müzakirə ediblər. Sibiqanın sözlərinə görə, Rusiyanın işğalına baxmayaraq, Ukrayna cəlbedici bazar və etibarlı tərəfdaşdır: “Biz Ukrayna iqtisadiyyatına Azərbaycan investisiyalarını dəstəkləyəcək və qoruyacağıq”. Nazir azərbaycanlı nazirləri ayrıca ölkəmizin sərmayələri və biznesləri üçün Aİ ilə danışıqlar prosesi və Ukraynanın Avropa İttifaqına üzvlüyünün perspektivləri barədə məlumatlandırıb. Tərəflər həmçinin iyulun 10-11-də Romada Ukraynanın bərpası üzrə keçiriləcək konfransda Azərbaycan nümayəndə heyətinin iştirakını müzakirə ediblər: “Bu kontekstdə biz minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə etdik, çünki Azərbaycanın yüksək təcrübəsi və Ukraynanın həqiqətən ehtiyacı olan texnologiyaları var”. Bu arada o da bəlli olub ki, Avropa İttifaqı Rusiyadan qaz idxalını azaltsa da, bu kəmərin Ukrayna ərazisindən keçən hissəsini işlək vəziyyətdə saxlamaq istəyir. Buna əsas səbəb isə ittifaqa üzv olan bəzi Şərqi Avropa ölkələrinin infrastruktur problemi ilə əlaqədardır. Avropa İttifaqını narahat edən digər məqam qiymətlərin dəyişəcəyi ehtimalı ilə bağlıdır. Qaz tədarükünün Ukrayna üzərindən deyil, alternativ yollarla aparılması, Slovakiya, Avstriya və Macarıstan istehlakçıları üçün “mavi yanacağın” qiymətini artıra bilər. Bundan əlavə, Aİ bu kəməri açıq saxlamaqla, müharibə şəraitində olan Ukraynanın tranzit ölkə olaraq gəlir götürməsinə çalışır. Bunu həll etmək üçün avropalı rəsmilər digər variantlarla yanaşı, Azərbaycan qazının da Rusiya kəmərlərinə vurulmasının mümkünlüyü üzərində işləyir. Qeyd edildiyi kimi, bu təklif reallaşarsa, Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılmış olacaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ