çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

Image


ABŞ prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətinin necə olacağı həm Vaşinqton, həm də region ölkələri üçün xüsusi maraq doğurur. Burada bir məsələni xatırladaq ki, Trampın inauqurasiyasına bir həftə qalmış Ermənistan və ABŞ Strateji Tərəfdaşlıq Komissiyasının Nizamnaməsini imzalayıblar. 

Ermənistanın Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin prezidenti Tiqran Qriqoryan qeyd edir ki, yeni administrasiyanın bu sənədə əvvəlki kimi həvəs göstərməməsi ehtimalı var. 

Vaşinqtonda yerləşən Xəzər Siyasəti Mərkəzinin aparıcı eksperti Erik Rudenskjold qeyd edir ki,   Donald Tramp Xəzər regionu üçün yad deyil və ilk prezidentliyi dövründə Mərkəzi Asiyaya xüsusi diqqət yetirib. Xəzərdə artan regional əməkdaşlığı şərh edən ekspert qeyd edib ki, dənizə çıxışı olmayan Mərkəzi Asiya öz infrastruktur məhdudiyyətlərini aradan qaldırmağa başlayıb və Azərbaycan və Gürcüstan vasitəsilə Qərbə gedən sürətlə genişlənən və inkişaf edən ticarət dəhlizinin bir hissəsinə çevrilib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin vitse-prezidenti Daniel Rand regionun mineral ehtiyatlarının əhəmiyyətinə diqqət edir.   O, həmçinin Orta Dəhlizin mühüm alternativ ticarət marşrutu kimi artan əhəmiyyətini və Azərbaycanın əsas tranzit məntəqəsi kimi rolunu qeyd edib. Onun fikrincə, ABŞ regionda mövcudluğunu gücləndirməli və region ölkələrinə beynəlxalq münasibətləri balanslaşdırmağa kömək etməlidir. "Stratfor" Amerika kəşfiyyat və analitik mərkəzinin analitiki Metyu Orr "Güc faktoru" proqramında daha maraqlı nüanslara diqqət edib: "Yaxın Şərqdəki vəziyyət Cənubi Qafqaza çox güclü təsir edir, çünki Rusiya, Türkiyə və İranın Cənubi Qafqazdakı imkanları və resursları dərhal müəyyənləşir". Onun sözlərinə görə, əgər İsraillə İran arasında toqquşma olarsa, bu, İranın regionda Azərbaycana qarşı çəkindirici rol oynamasına təsir edəcək. Metyu Orrun fikrincə, Rusiya Cənubi Qafqaz regionunda vəziyyət gərginləşəcəyi təqdirdə müdaxilə etməyəcək. O əlavə edib ki, Türkiyə Suriyada böyük öhdəliklər götürüb və çox uzun müddət Suriyaya ciddi şəkildə diqqət yetirəcək və bu, Türkiyənin hələlik Cənubi Qafqazda böyük eskalasiya istəməməsinin lehinə arqument ola bilər. Ekspert deyib ki, bir tərəfdən Avrasiya marşrutlarının inkişafı Çinə qismən kömək edir: "Lakin digər tərəfdən hesab edirəm ki, Tramp Cənubi Qafqazda regional dəhlizlərin, o cümlədən Transxəzər dəhlizinin inkişafının tərəfdarı olacaq, çünki bu, Qərb məhsulları üçün marşrutdur. Bu, region ölkələrinin bölgədə balanslaşdırma ilə məşğul olması, Rusiya, Çin və İrandan tam asılı olmaması üçün ciddi fürsətdir.

Bundan əlavə, məqsəd Türkiyənin bu bölgədə və bu marşrutlarda mövqeyinin güclü olmasını təmin etməkdir". O bildirib ki, Amerikanın yeni administrasiyası əvvəlki administrasiyanın etdiklərinə şübhə ilə yanaşır, ona görə də Tramp komandası bu yaxınlarda Ermənistan və ABŞ arasında imzalanmış sənəddən Amerikanın özü üçün geosiyasi faydaları yenidən nəzərdən keçirəcək: "Yeni administrasiya İrana qarşı daha sərt davranır, Türkiyə və Azərbaycanı regionda İranı cilovlaya bilən ölkələr kimi görür. Ona görə də onlar üçün Azərbaycanla yaxşı münasibətlər saxlamaq çox vacibdir. Eyni zamanda, ABŞ Ermənistanla normal münasibətləri davam etdirəcək. Paşinyan əlaqələri gücləndirmək və əvvəlki administrasiya dövründə bağlanmış sənədin müddəalarının qorunub saxlanmasını təmin etmək məqsədi ilə Vaşinqtona gəlib. Bu münasibətlər qorunacaq. Lakin buna baxmayaraq, ABŞ birtərəfli və qərəzli şəkildə Azərbaycandan yana olacaq, bu, soyuq geosiyasi hesablamadır". O, Tramp administrasiyasının əvvəlki administrasiyadan daha çox Cənubi Qafqaza diqqət yetirəcəyinə əmin deyil: "ABŞ və Ermənistan arasında bağlanmış strateji saziş Azərbaycanın hərbi eskalasiyası halında ABŞ-ın güclü müdaxiləsini nəzərdə tutmur. Eyni zamanda Trampın nə edəcəyini dəqiq deyə bilmərik. Ermənistan və Azərbaycan məsələsində də komandadaxili sərt mübarizə olacaq".

Bütün bunlardan ən çox narahatlıq duyan tərəf isə Ermənistandır.  Aydındır ki, ABŞ İrana artan təzyiq və Rusiyanı cilovlamaq çərçivəsində həm Azərbaycan, həm də Ermənistanla işləməyə çalışacaq. ABŞ-ın Tehrana təzyiqi çərçivəsində vəzifələri nəzərə alan Vaşinqton Bakı ilə İrəvan arasında uzunmüddətli eskalasiya olmadan Cənubi Qafqazda vəziyyətin sakit olmasından faydalanır. Bu fonda Bakı-Vaşinqton münasibətlərinin perspektivlərindən danışsaq, ABŞ Azərbaycanla münasibətlərdə "buzları əritməyə" nail olmaq üçün bir sıra addımlar ata bilər. Elə ermənistanı ad qorxudan budur. Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri bu fonda heç nəyi dəyişmədi. Paşinyanın ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşünün əhəmiyyətsizliyi də ermənilər tərəfindən xüsusi vurğulanır. Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan bununla bağlı bildirir: "ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin həyatında bəlkə də ən əhəmiyyətsiz hadisələrdən biri baş verib. Uzun və müxtəlif xahişlərdən sonra Vens Nikol Paşinyanla 7-8 dəqiqəlik nəzakətli görüş keçirdi. Görüşə o qədər əhəmiyyət verilməyib ki, sosial mediada aktiv olan ABŞ vitse-prezidentinin ofisi bu barədə məlumat yaymayıb. Təbii ki, bu müddət ərzində ciddi bir şey müzakirə olunmadı. Dövlət başçısını qəbul etmək üçün lazımi protokol olmadan, tələsik görüşdə mühüm məsələləri müzakirə etmək necə mümkün ola bilərdi? Nikola foto komandasını aldatmaq və ya sakitləşdirmək üçün lazım idi.

Nikol Paşinyanın ABŞ-a səfərinin Ermənistan üçün lazımsız xərclərdən başqa heç bir nəticəsi yoxdur". 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ