şənbə günü, 22 avqust 2026
     

Uğurla başlayan yeni dövr uğurla davam edir

Image


Dövlət başçısı İlham Əliyevin ötən ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən ötən bir il Azərbaycan tarixinin uğur səhifələrini daha da zənginləşdirdi  

7 fevral 2024-cü il prezident seçkilərindən bir il keçir. Bu, mühüm hadisə qalib, bütövləşən Azərbaycanın  qədəm qoyduğu yeni dövrün başlanğıcı oldu. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində  növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillərdən bəhs edərkən bu fikri xüsusi qeyd etmişdi ki, birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır. 

Çünki seçkilər bir dövrə yekun vurur. 2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir: "Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi… İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır… Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur… Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir." "Bunu həm də yeni missiyanın başlanğıcı kimi qəbul etmək olarmı" sualına cavabında isə cənab İlham Əliyev vurğuladı ki, əlbəttə. Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Çünki o hədəflər artıq əldə edildi.

Son 20 ilin hesabatı 

Prezident seçkiləri 20 ilin hesabatı oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev qarşıya bu hədəfi qoydu ki,  Azərbaycan Bayrağı  işğal altında olan bütün ərazilərdə,  torpaqlarda,   şəhər və kəndlərdə qaldırılacaq.  Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi 1993-cü ildən, yəni Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrün təqdimatı oldu. Ötən ilin 7 fevral tarixində  prezident seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində, Qarabağda və Şərqi Zəngəzurda keçirilməklə bir daha təsdiqlədi ki, hədəflərə ardıcıllıqla nail oluruq.  Dövlətimizin başçısı İlham Əliyev keçilən yolun mənzərəsini belə təqdim edir: "Qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik."

Cənab İlham Əliyevin 7 fevral 2024-cü il tarixli prezident seçkilərində inamlı qələbəsi qalib, bütövləşən Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açdı. Dövlətimizin başçısı fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində "İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm" söyləyərək onu da əlavə etdi ki, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik.

Çoxəsrlik tariximizdə xüsusi yer tutan tarixi hadisə

Qalib xalqımız  7 fevral prezident seçkilərində  qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır, əbədidir. Bu seçkilərin qürurverici məqamlarından biri də bu oldu ki, dövlət başçısı İlham Əliyev və ailə üzvləri Xankəndi şəhərində səs verdilər. Ölkə Prezidenti andiçmə mərasimində bu məqama diqqəti yönəldərək bildirdi ki, bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir: "Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi."

Yeni dövr, yeni hədəflər   

Ölkəmizin həyatında ən əlamətdar tarixi günlər, bayramlar hər zaman keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Son bir ildə, yəni cənab İlham Əliyevin növbəti prezident seçkilərində inamlı qələbəsindən ötən dövrdə Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlar bunu bir daha sübut edir. Güclü Azərbaycan həmişə hədəf olub. Dövlətimizin başçısı andiçmə mərasimində qarşıdakı dövrün hədəflərini açıqlayarkən ilk olaraq bu çağırışı etdi ki,  qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir.

44 günlük İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük işlər görülüb və görülməkdə davam edir. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb. Dövlət büdcəmizdə ən  böyük xərclər hərbi xərclərdir. 2025-ci ilin dövlət büdcəsi bir daha bu məqamlara işıq salır. Belə ki, dövlət büdcəsində hərbi xərclər 8,4 milyard manat vəsait ayrılıb. Digər əsas hədəf Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Bu istiqamətdə ayrılan vəsait isə 4 milyard manatdır. Ermənistanın mütəmadi silahlandırılması, revanşist qüvvələrin  baş qaldırması Azərbaycanın hər zaman  hərbi sahəni diqqətdə saxlamasına səbəb olur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər Ermənistanın silahlanma siyasəti olmasaydı 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi. Ona görə əlbəttə ki, bu vəsaitin bir hissəsi Qarabağın bərpasına, bir hissəsi isə  digər bölgələrin inkişafına, sosial proqramların icrasına yönəldiləcəkdi. Qarabağın və Şərqi Zəngəzurun bərpası hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il  4 milyard manat ayrılıb. Amma  daha çox vəsait səfərbər edə bilərik. Üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qaytarılıb. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar. 2025-ci il üçün planda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması nəzərdə tutulur. Qeyd edək ki, ötən il Şuşa, Xocalı və Cəbrayıl sakinlərini qarşıladı. Bu il isə əsas hədəf Ağdam, Zəngilan və Qubadlı şəhərlərinə qayıdışdır. Həmçinin azad edilmiş ərazilərimizdə  tikilən, beynəlxalq statusa malik üç Beynəlxalq Hava Limanının sonuncusu- Laçın Beynəlxalq Hava Limanı cari ildə istifadəyə veriləcək. Ötən ilin uğurları sırasında  Qazaxın 4 kəndinin danışıqlar yolu ilə işğaldan azad edilməsi oldu. Bu, Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə yazıldı. 

Təbii ki, bu uğurlara əsas verən amil iqtisadi tərəqqidir. Dövlətimizin başçısı İlham Əliyev hədəfləri açıqlayarkən bu çağırışı edir ki, bunun üçün iqtisadiyyat inkişaf etdirilməlidir. Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə  bütün bu məqamlara aydınlıq gətirdi. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi. Təbii ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla davam etdirmək üçün bölgələrin malik olduğu potensialdan səmərəli istifadə əsas hədəf kimi müəyyənləşdirilir ki, bu da öz növbəsində nəqliyyat infrastrukturunun yenilənməsini bir tələb kimi qarşıya qoyur. Cənab İlham Əliyev görülən işləri statistik rəqəmlər əsasında diqqətə çatdırdı və hədəfləri açıqladı. 

Sosial siyasət prioritetdir

Onu da qeyd edək ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin prioritetliyi atılan addımların davamlılığında özünün aydın ifadəsini tapır. Bircə faktı qeyd etmək kifayətdir ki, bu ilin yanvarından sayca beşinci sosial paketin icrasına başlanıldı. Dövlət başçısı İlham Əliyevin 23 dekabr  2024-sü il tarixli "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamına uyğun olaraq əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manata çatdırıldı. Dövlətimizin başçısının 7 yanvar 2025-ci il tarixli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncamı ilə isə dövlət büdcəsindən maliyyələşən bir sıra  təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırıldı.

İqlim diplomatiyasında möhtəşəm səhifə  

Ötən il Azərbaycanın tarixinə iqlim diplomatiyasında möhtəşəm səhifəni yazdı. Dünyanı Bakıya toplayan COP29 Azərbaycanın nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın nümayişi oldu. COP29-un Liderlər Sammitində də bu reallıq bir  daha tədbir iştirakçıları tərəfindən qeyd olundu. Sammitdə çıxış edənlər  COP29-a Azərbaycanın, Bakının ev sahibliyi etdiyinə görə dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildirdilər və qeyd etdilər ki,  Siz həqiqətən də öz rəhbərliyiniz və liderliyinizlə hamını sülhün vacibliyinə inandırdınız. Sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü yarada bilmərik. Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə təşəkkür edirik. Azərbaycan şairi Nizami Gəncəvinin şeirlərində yer alan çağırışlardan bəhs edən qonaqlar bildirdilər ki,  müxtəlif çətin çağırış dövrlərində imkanlar tapmaq lazımdır. Bu imkanlar məhz sülh ilə gələcək və təbiətlə sülh yaratmalıyıq. Bu səbəbdən də bütün üzv dövlətlərdən və təşkilatlardan multilateral yanaşma  və BMT-yə dəstək göstərmək xahiş olundu. İndiki və gələcək nəsillərə daha sağlam bir planet miras qoymağa çağırış edildi. Ümumilikdə COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Dövlətimizin başçısı İlham Əliyev tədbirin nəticələri ilə bağlı paylaşımında qeyd etdi ki, COP29 ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və  bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.

Azərbaycan qlobal iqlim dəyişmələri ilə bağlı mühüm qərarların qəbul edilməsi üçün dünya ölkələrini səfərbər etməyə müvəffəq olaraq, bir daha öz liderliyini və genişmiqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.  COP29-un yekununda konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür elan edilən qərarın yekdilliklə qəbul olunması bunun əyani göstəricisi  oldu. 80-dən artıq dövlət və hökumət başçısının iştirakı ilə keçirilən iqlim konfransında  Prezident İlham Əliyev Azərbaycanın Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovuşduğu ölkə kimi müxtəlif beynəlxalq aktorlar arasında siyasət, mədəniyyət, enerji, ticarət və nəqliyyat körpüləri salmağa qadir olduğunu vurğuladı. Azərbaycanın yaşıl gündəliyi ilə bağlı  nailiyyətlərini diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizin COP29-un sədri kimi yaşıl keçidin güclü carçısı olduğunu da  bildirdi.   Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, COP29  ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyası aparanların cəhdlərinin nə qədər uğursuz olduğunu təsdiqlədi. Bütün dünyanın Bakıya toplaşması  Azərbaycanın qlobal miqyasda nüfuzunu və qüdrətini  nümayiş etdirdi. 

COP29 tədbirinin ardınca Azərbaycanın D-8 təşkilatına üzvlüyü də son bir ilin mühüm diplomatik uğurlarından oldu. Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Bu təşkilat 30 il bundan əvvəl yaradılıb. Səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə artan rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu,  həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Uğurlarımız bu qənaətə əsas verir ki,  Azərbaycan təşkilatda fəal olacaq və öz töhfəsini verəcək. 

Uğurlarla zəngin il 

Son bir ildə Azərbaycan bütün sahələrdə  uğurlara imza atıb. 2024-cü il tariximizə seçki ili kimi yazıldı. Belə ki, sentyabrın 1-də bütün ölkə ərazisində  parlament seçkiləri keçirildi. Bu seçkilər də xalq-Prezident birliyini, eyni zamanda, Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan  Yeni Azərbaycan Partiyasının nüfuzunun təqdimatı oldu. "Yeni dövrə yeni Azərbaycanla!" çağırışı ilə seçkilərə  qatılan Yeni Azərbaycan Partiyasının qələbəsi bir daha xalqın partiyaya inamını, etimadını nümayiş etdirdi. 7-ci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında "Əminəm ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir" söyləyən dövlət başçısı İlham Əliyev bir daha bu məqamı diqqətə çatdırdı ki, builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə  ölkəmizin bütün ərazisində keçirildi.  Bu, tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü,  xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərdi.  2024-cü il bu baxımdan tarixdə qalan il olacaq. 

Son bir il xarici siyasətimizin əsas tərkib hissəsi olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin möhkəmləndirilməsi, yeni körpülərin salınması baxımından da diqqətdə oldu. Prezident İlham Əliyevin ənənəyə uyğun olaraq  Prezident seçildikdən sonra ilk səfərini qardaş Türkiyəyə etməsi hər iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin göstəricisi olmaqla yanaşı, Azərbaycanın türk dünyasının birliyinin möhkəmləndirilməsində fəal roluna işıq saldı. Prezident İlham Əliyevin bu müddətdə digər türk dövlətlərinə, həmçinin həmin ölkələrin başçılarının Azərbaycana qarşılıqlı səfərləri oldu. Prezident İlham Əliyevin bu il yanvarın 20-dən 24-dək İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun ənənəvi keçirilən iclasında iştirakı, keçirdiyi görüşlər, gündəmə gətirilən məsələlər Azərbaycanın liderliyinin nümayişi oldu. 

Təbii ki, bir ilin uğurları yalnız qeyd etdiklərimizlə tamamlanmır. Ötən bir ilin nailiyyətləri bir daha sübut etdi ki, düşünülmüş və möhkəm təmələ əsaslanan, beynəlxalq hüququ və ədaləti özündə ehtiva edən siyasətin uğurları davamlıdır. Bu gün Azərbaycana hansı sahədən baxsaq inkişafın,  tərəqqinin şahidi olarıq. Dövlətimizin başçısı İlham Əliyev 14 fevral 2024-cü il tarixdə keçirilən  andiçmə mərasimində bu əminliyi ifadə etmişdir ki, yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.

Günümüzün reallıqları bu əminliyin təsdiqidir. Tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbayan söz sahibliyini daha da möhkəmləndirir. Son dövrün çağırışlarından biri də regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın Ermənistana təklif etdiyi  sülh müqaviləsinin imzalanmasıdır. Qarşı tərəf hələ də havadarları tərəfindən silahlandırılmaqla bu prosesin uzanmasında maraqlı olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev bir il bundan öncə  andiçmə mərasimində qarşı tərəfə bu mesajı da ünvanlamışdı ki, Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək.  

Dövlətimizin başçısının hər bir çağırışı bugünümüzlə və gələcəyimizlə bağlı hədəfdir. Qalib, yeni dövrə qədəm qoyan   Azərbaycan hər bir hədəfə yüksək səviyyədə nail olmaqla daha da qüdrətlənir, ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlir, bütün bunlar yeni hədəflərin müəyyənləşdirilməsinə stimul verir. Yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşadığımızı bildirən ölkə Prezidenti bu çağırışı edir ki, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı
 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

21.08.2026 / 13:57
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

21.08.2026 / 13:55
Prezident: "Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"

21.08.2026 / 13:49
"Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir" - Prezident

21.08.2026 / 13:47
Prezident İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

21.08.2026 / 13:45
"Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir" - Prezident

21.08.2026 / 13:42
Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

21.08.2026 / 13:37
"Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır" - Prezident

21.08.2026 / 13:33
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

21.08.2026 / 13:18
Simonyan yeni vəzifədə Azərbaycan və Türkiyə üçün çox şeylər edəcəyini bildirdi...

21.08.2026 / 13:06
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanaya müraciət etdi...

21.08.2026 / 12:44
Rusiya və İran “Xəlvət və təhlükəsiz marşrutla” yükdaşımaları artırır...

21.08.2026 / 12:05
Dankan Norman:"Hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər"

21.08.2026 / 12:03
Səfir:"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır"

21.08.2026 / 12:02
Britaniya səfiri:"Bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb"

21.08.2026 / 11:50
"Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik" - Konqolu deputat

21.08.2026 / 11:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 11 vaqon buğda, 4 vaqon arpa göndərdi

21.08.2026 / 11:18
Su Polis paytaxt və bölgələrdə qanun pozuntuları aşkarladı

21.08.2026 / 11:02
"Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb" - Ruanda səfiri

21.08.2026 / 09:47
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

21.08.2026 / 09:22
BMT Baş katibliyinə namizəd Ukrayna üçün çıxış yolu tapdı - NATO “sevdasından” əl çəkmək…

21.08.2026 / 09:10
Nazarbayev rəsmən xalqa müraciət hüququndan məhrum edildi - “ömürlük” status qaldırıldı

21.08.2026 / 08:13
"Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan

21.08.2026 / 07:49
Almaniyada 4 ay ərzində 14.000 insan ölüb - istidən…

21.08.2026 / 06:47
Trampın əsəbiliyi İran mövzusunda məyusluqdandır - "The Washington Post"…

20.08.2026 / 22:27
Beynəlxalq təşkilatların “seçki komissiyaları” ilə bağlı tövsiyələri - Demokratiyaya dəstək, yoxsa riyakarlıq... - Professor Məhərrəm Zülfüqarlı yazır...

20.08.2026 / 22:12
Başımızı uca edən qəhrəman oğul

20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

20.08.2026 / 21:30
Bakıda müştərilərə dəfələrlə at əti yedizdirmiş məşhur restoran niyə layiqli cəzalandırılmadı?...

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 17:04
Haqq savaşımızın ölümsüzlüyə qovuşan qəhrəman oğlu – Xəyal Nuri...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ