çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

Image


Xəyal Bəşirov: "Primakovun fikirləri  reallığı əsk etdirmir, bu absurd iddiadır"

Bildiyiniz kimi, Bakıda "Rus Evi"nin fəaliyyəti dayandırılıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. 

XİN sözçüsü Rusiyanın "Rossotrudniçestvo" agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuata deyib ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 3 fevral 2025-ci il tarixində "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib: "Bununla, Azərbaycan tərəfinin ölkəmizdə "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir".

A.Hacızadə vurğulayıb ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.

Qeyd edək ki, "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov "Rossiya-24" telekanalının efirində Bakıda Rusiya Mədəniyyət Mərkəzinin (Rus Evi) qeydiyyata alınması ilə bağlı dəfələrlə Azərbaycan hökumətinə müraciət edildiyini, müraciətə cavab verilmədiyini bildirib.

Təbii ki, "Rus Evi" Azərbaycanla bağlı xoşagəlməz işlərlə məşğul olub. Hətta mətbuatda gedən materiallarda qeyd olunurdu ki,     "Rossotrudniçestvo" adlanan qurumun tabeliyində olan "Rus ev"ləri ölkəsinin müxtəlif kəşfiyyat orqanlarından aldıqları əmr və tapşırıqlar əsasında fəaliyyət göstərir, bir növ, casusluqla məşğul olurlar. Məlumata görə, ortaya qoyulan faktlarla bağlı hüquqi müstəvidə tədbirlər görülməsi bu "evlər"ə nəzarət edən "Rosssotrudniçestvo"nun rəhbəri Yevgeni Primakovdan tələb olunub.

Göründüyü kimi, bu qurumun adı həm casusluqda, həm də ləyaqətsiz layihələr həyata keçirməkdə çəkilir. Qeyri-rəsmi fikirlərə görə, "Rus Evi"nin fəaliyyəti Azərbaycan dövlətinin prinsipləri ilə üst-üst düşmədiyinə görə fəaliyyəti dayandırılıb. Primakov isə, "biz dəfələrlə müraciət etsək də, "Rus Evi"ni Azərbaycan qeydiyyata almayıb" deməklə bunun məsuliyyətini Azərbaycanın üstünə qoyur. Guya onlar dəfələrlə müraciət ediblər, qurumun qeydiyyata alınması üçün sənədləri göndəriblər, amma Azərbaycan qeydiyyata almayıb.  

"Azərbaycan dövləti "Rus Evi"nin qeydiyyatına imkan yaratmaq istəməsəydi nə üçün Bakının mərkəzində onun fəaliyyətinə icazə verirdi?"

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu məsələ ilə bağlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, "Rus Evi" ilə bağlı məsələ artıq uzun illərdir gündəmdədir: "Rusiyanın "Rossotrudniçestvo" adlı agentliyinin ayrı-ayrı ölkələrdə, o cümlədən də Azərbaycanda nümayəndəliyi - "Rus Evi" fəaliyyət göstərib. "Rus Evi"nin hüquqi şəxs kimi Azərbaycan qanunvericiliyinə uyğun şəkildə qeydiyyatından keçmədiyi artıq hər kəsə bəllidir. 2015-ci ildən bağlanana qədər bu təşkilat Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərib. On il qanunsuz fəaliyyət göstərməsi ilə bağlı məsələ qalxandan, xoşagəlməz hallarla bağlı məlumatlar yayılandan sonra, təbii ki, onun bağlanması gündəmə gəlib. "Rossotrudniçestvo"ya rəhbərlik edən Primakovun iddiasına görə, onlar qeydiyyat üçün dəfələrlə müraciət ediblər, amma Azərbaycan hökuməti "Rus Evi"nin qeydiyyata alınması üzrə müraciəti nəzərə almayıb. Fikrimcə, Primakovun fikirləri   reallığı əks etdirmir, bu absurd iddiadır. Nə üçün? Çünki bu məsələ qalxanda Primakovun belə bir fikri yox idi. Əgər həqiqətən də belə bir müraciət etmiş olsaydılar Primakov onu indi yox, əvvəllər deyərdi. Çünki "Rus Evi"nin Azərbaycanda qeydiyyatsız fəaliyyəti  məsələsi bu gün qalxmayıb, xeyli vaxtdır ki, bu məsələnin müzakirəsi gedir. Bunların dəfələrlə Azərbaycana müraciət etməsi və Azərbaycanın "Rus Evi"ni qeydiyyatdan keçirməməsi gerçək olsaydı, onlar bu məsələ qalxan kimi dərhal reaksiya verərdilər. Eyni zamanda Azərbaycan dövlətinə etdikləri müraciətlərin surətlərini ortaya qoyardılar. Təbii ki, müraciət şifahi olmur, yazılı olur, müvafiq sənədlər toplanır təqdim olunur və sair. Nəzərinizə çatdırım ki, Azərbaycanda hüquqi şəxslərin qeydiyyatı, yaxud xarici hüquqi şəxslərin filiallarının, nümayəndəliklərin qeydiyyatı Azərbaycan Respublikasının Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Reyestri Haqqında Qanunu ilə tənzimlənir. Həmin o qanuna uyğun olaraq müraciət etməyin qaydaları var. Müvafiq sənədlər toplanır, yazılı şəkildə müraciət olunur. Belə bir hal olubsa, onlar dərhal o sənədləri təqdim edərdilər".

X.Bəşirov qeyd etdi ki, "Rus Evi" xoşagəlməz, dövlətlərarası ikitərəfli münasibətlərə xələl gətirəcək fəaliyyətlə məşğul olub. "Bununla bağlı əlimdə mötəbər dəlillər, sübutlar olmasa da, amma bu barədə çoxlu iddialar var. Qarşı tərəfdən həmin o iddiaları əsaslı şəkildə təkzib edən bir mövqe ortaya qoyulmayıb. Digər tərəfdən, Yevgeni Primakovun babası ilə bağlı Azərbaycan xalqının yaddaşında o qədər də xoş olmayan 

xatirələr, hadisələr vardı. Primakovlar ailəsi Azərbaycan xalqının yaddaşında xoşagələn izlər buraxmayıblar. Yəni Primakovdan səmimi açıqlama, mövqe gözləmək o qədər də düzgün olmaz, sadəlöhvlük olar. Sual yaranır ki,   Azərbaycan dövləti "Rus Evi"nin qeydiyyatına imkan yaratmaq istəməsəydi onda nə üçün Bakının mərkəzində onun fəaliyyətinə icazə verirdi? Əgər bizim onu qeydiyyatdan keçirmək istəməmək kimi bir fikrimiz olsaydı, ümumiyyətlə onların fəaliyyətinə imkan yaratmazdıq".

X.Bəşirov digər bir məsələyə də diqqəti yönəltdi. Bildirdi ki, "Rus Evi"nin adı Azərbaycan qanunvericiliyinə zidd olaraq rus əlifbası ilə rus dilində verilib, bu da Azərbaycanın Rekam haqqında qanunu ilə daban-dabana ziddiyyət təşkil edib. "Adının iri hərflərlə rus dilində yazılması onu göstərir ki, "Rus Evi"nin və ona rəhbərlik edən şəxslərin Azərbaycan qanunvericiliyinə yanaşma tərzi necədir. Onlar sadəcə bir adın yazılması ilə Azərbaycan qanunvericiliyinə yanaşmalarını ortaya qoyurlarsa, onların heç qeydiyyat üçün müraciət etmədiklərini də açıq şəkildə görmək olar. Azərbaycanda təkcə "Rus Evi" ilə bağlı deyil, digər ölkələrə məxsus mərkəzlərdə də bizim qanunvericiliyə zidd məsələ olursa dərhal dövlət bununla bağlı hüquqi addımlar atır. USAİD ABŞ-a aiddir. Onun da fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan mövqe ortaya qoyub. Buna qədər də dövlət analoji addımlar atıb. Yəni hüquqi, yaxud fiziki şəxs qanuna zidd addım atırsa, onun qarşısı alınır. Məsələn, casusluqla məşğul olan bir Fransa vətəndaşı həbs edildi, barəsində araşdırma aparıldı və məhkəmə qarşısına çıxarıldı. Yəni bizim üçün hansı dövlətin hüquqi və fiziki şəxsinin  olmasından aslı olamayaq, biz onlara öz qanunvericiliyimizdən irəli gələrək yanaşırıq. Azərbaycan hüquqi dövlətdir, hüquqi dövlətlər, həmçinin də ölkəmiz belə məsələlərdə hüquqi mövqe ortaya qoyur. Hüquqi yanaşma tərzimiz də onu tələb etsə ki, "Rus Evi", yaxud istənilən təşkilat onun qanunvericiliyinə uyğun qeydiyyatdan keçməlidir, sonra fəaliyyət göstərməlidir. Amma onlar müraciət edib qeydiyyatdan keçmək istəmirlərsə, təbii ki, onların fəaliyyəti dərhal dayandırılacaq. Necə ki, dayandırıldı. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın fikrini də eşitdik ki, onlar Azərbaycanın qanunauyğun tələblərinə riayət etməyə hazırdırlar. Əslində yanaşma tərzi belə olmalıdır. Yevgeni Primakov kimilərin absurd iddialar, bir-birinə zidd fikirlər səsləndirməsi  bu prosesə mənfi təsir göstərir, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək niyyətini ortaya qoyur" - deyə X.Bəşirov qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ