çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Qəzzaya sahiblənmək iştahı ABŞ-ı dünya ilə üz-üzə qoydu…

Image


Fələstinlilərin Qəzzadan köçürülməsi və ABŞ-ın əraziyə nəzarəti ələ keçirməsinə dair ölkə prezidenti Donald Trampın təklifi bütün dünyada güclü reaksiya doğurub. Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib: "ABŞ Qəzza zolağına nəzarəti ələ keçirib məsələni çözəcək. Ora bizə aid olacaq". 

İlk dəfə ötən ay səsləndirilən bu radikal təklifin necə işləyəcəyi, o sıradan ABŞ-ın hansı yetkiylə Qəzza zolağına nəzarəti ələ keçirəcəyi, yaxud 2.3 milyon sakinin necə köçürüləcəyi ilə bağlı ayrıntılar bilinmir. Yaxın Şərqlə bağlı xarici siyasət sahəsində ixtisaslaşan bir çox təcrübəli ekspert bu planın işləməsinin mümkün olmadığını deyir və ABŞ administrasiyasına öz mövqeyini dəyişməsini məsləhət görür. Praqadakı Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı tədqiqatçısı Azriel Bermantqeyd edir: "Bunun heç bir gerçək perspektivi yoxdur. Düşünürəm ki, administrasiya önündəki dirənişi görərkən, bütün bu məsələdən geri çəkiləcək". Təklifin İsraillə HƏMAS arasında əldə edilən kövrək atəşkəs razılaşmasına zərər vurması riski ilə bağlı narahatlıq da var. Ötən ay qüvvəyə minən çoxmərhələli atəşkəs razılaşması bir ildən çox sürən savaşı müvəqqəti dayandırıb və israilli girovlarla fələstinli məhbusların azad edilməsinə yol açıb. Bermant qeyd edir: "Narahatlıq bundan ibarətdir ki, Trampın təklifi qalan girovların buraxılması imkanlarına ziyan vura bilər". Atəşkəs razılaşmasının ikinci mərhələsində müharibənin tam dayandırılması nəzərdə tutulsa da, bununla bağlı ayrıntıların razılaşdırılması və gerçəkləşdirilməsi üçün danışıqlar hələ başlanmayıb. Bermant deyir ki, bu təklif atəşkəsin ikinci mərhələsinə dair razılığa gəlinməsini və şərtlərin yerinə yetirilməsini əngəlləyə bilər. Nüfuzlu, o cümlədən İsraillə münasibətlərini normallaşdıran ərəb dövlətləri Trampın bu yaxınlarda Misir və İordaniyadan Qəzza sakinlərini qəbul etmələri ilə bağlı tələbinə birgə etirazını dilə gətirib. İndi də Tramp qəzzalıların köçürülməsi bir yana, üstəlik, ABŞ-nin Qəzza üzərində nəzarəti ələ keçirərək buranı "Yaxın Şərqin Rivyerası"na çevirmək istədiyini deyir. Fələstin lideri Mahmud Abbas Trampın təklifini rədd edərək deyib ki, fələstinlilərin legitim hüquqları danışıq mövzusu deyil.

ABŞ-ın istər müttəfiqləri, istərsə düşmənləri də bu planı tənqid edib və İsraillə birlikdə müstəqil Fələstin dövlətinin də yaradılması barədə çağırışlarını təkrarlayıblar. Fransanın xarici işlər naziri bildirib ki, fələstinlilərin köçürülməsi ciddi beynəlxalq hüquq pozuntusu olardı. O deyib ki, Qəzzaya üçüncü dövlət nəzarət edə bilməz. Adətən, Trampla yaxşı münasibətləri olan Səudiyyə Ərəbistanının rəsmiləri də Şərqi Qüds paytaxt olmaqla suveren Fələstin dövləti olmadan İsraillə diplomatik münasibətlər qurmayacaqlarına dair xəbərdarlıq ediblər. Tramp bölgənin güclü dövləti olan Səudiyyə Ərəbistanının İsraillə münasibətlərin normallaşdırılmasına dair "İbrahim razılaşmaları"nı imzalayan Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə qoşulmasını istəyir. Ancaq onun Qəzzaya dair bu son təklifi fonunda bu prosesin irəli getməsi çətin görünür. Çin və Rusiya da fələstinlilərin zorla köçürülməsi təklifinə etiraz edib. BMT-nin rəqəmlərinə görə, hazırda İordaniyada rəsmən qeydiyyatdan keçmiş 2.4 milyon Fələstin qaçqını yaşayır. Yerlərindən didərgin salınan bu insanlar beynəlxalq hüquq çərçivəsində öz hüquqları uğrunda mübarizə aparırlar. Misirdə yaşayan Fələstin qaçqınları barədə yetərli rəsmi bilgi yoxdur. Ancaq hesabatlarda deyilir ki, savaşın başlandığı 2023-cü ilin oktyabrından bəri Qəzzanın azı 115 min sakini sərhəddən Misir ərazisinə keçib. Trampın planının Netanyahu kabinetindəki sərt xətt tərəfdarlarını və bir çox İsrail vətəndaşını məmnun edəcəyinə şübhə yoxdur. Bəziləri bu addımın İsrailin güvənliyi baxımından vacib olduğunu, bəziləri isə Qəzzanın dağıdılmasından sonra qayıtmağa ev-eşiyi qalmamış əhali üçün bunun, bəlkə də, ən humanitar çözüm yolu olduğunu düşünür. Ancaq iki dövlətli çözümü dəstəkləyən mötədil israillilər bu addımın ağır nəticələrinin olacağından narahatdırlar. Müxalifət lideri və keçmiş baş nazir Yair Lapid bu təklifi nəticələrini öncədən görməyin çətin olduğu bomba atışına bənzədib. ABŞ 1990-cı illərdə imzalanan Oslo razılaşmalarından bəri iki dövlət yolunu fəal şəkildə dəstəkləyib. Oslo sazişinə görə, həm Qəzza, həm də İordan çayının Qərb sahili Fələstin dövlətinin tərkib hissəsi sayılır. O zamandan bəri bütün ABŞ administrasiyaları iki dövlət yolunu dəstəkləyib. Ancaq Tramp ABŞ-nin uzun zamandan bəri sürən bu siyasətini dəyişmək niyyətinə düşüb. Tramp İsrailin Qərb sahilini ilhaq etməsini dəstəklədiyi ilə bağlı açıq fikir bildirməyib. Ancaq fevralın 4-də ona bu haqda sual veriləndə İsrailin torpaq baxımından kiçik ölkə olduğunu deyib. Bermant qeyd edib ki, Trampın Qəzza təklifinin gerçəkləşmə ehtimalı çox azdır. Onun sözlərinə görə, Netanyahu hökumətinin Qərb sahilini ilhaq etməsinə ABŞ prezidentinin imkan verib-verməməsi daha böyük narahatlıq doğurur: "Bu, ABŞ siyasətində ciddi dəyişiklik olardı". Belə bir vaxtda N12 telekanalı məlumat yayıb ki, Vaşinqton Administrasiyası Qəzza zolağının sakinlərini Somalinin Puntlend, Somalilend əyalətlərinə və Mərakeşə köçürməyi düşünür. Məlumata görə, Mərakeş və Somalinin yarım muxtar bölgələri ABŞ-nin dəstəyinə çox ehtiyac duyurlar, buna görə də onları prezident Donald Trampın təşəbbüsünü dəstəkləməyə razı salmaq daha asan olacaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ