çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Vurulmuş təyyarəmizlə bağlı ilk hesabata Rusiyadan reaksiyalar beynəlxalq məhkəməni qaçılmaz etdi...

Image


"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer" sərnişin təyyarəsinin dekabrın 25-də Rusiya hava məkanında vurulması faktına Rusiya tərəfinin mövqeyi qənaətbəxş deyil. Rusiyanın məsuliyyətdən qaçması, hələ də obyektiv bir yanaşma göstərməməsi göz qabağındadır. Təyyarəni vurmaqlarına baxmayaraq lazımı addımları atmırlar, yayınırlar, qərəzli mövqe göstərirlər. 

Hadisə ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyi ilkin hesabat açıqlayıb, Rusiya tərəfi bu hesabatla bağlı hələ heç bir açıqlama verməyib. Rusiya rəsmən məsuliyyətini etiraf edib lazımı addımları atmaq əvəzinə hadisəyə qərəzli yanaşır, bununla bağlı əsassız fikirlər söyləyirlər.  

Məlumatlara görə, Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır. Sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır.

Beynəlxalq məhkəməyə müraciət nə kimi perspektivlər vəd edir? 

Azərbaycan Beynəlxalq Mülki Aviasiya üzrə Çikaqo Konvensiyasının üzvüdür. Rusiya bu davranışı ilə Çikaqo Konvensiyasının tələblərini açıq-aşkar pozub. Beynəlxalq məhkəmədə Rusiyanın məsuliyyəti hansı ittiham maddələri, müddəaları ilə müəyyənləşəcək? 

Sahil Kərimli: "Bu proses baş verərsə, beynəlxalq məhkəmə onun günahını bir daha sübut edərək belə qərar verərsə, Rusiyanın hansı çıxılmaz durumda olacağını təsəvvür etmək çətin deyil"

Politoloq Sahil Kərimli "Bakı-Xəbər"ə "təyyarə qəzası ilə bağlı ilkin hesabatda Rusiyanın günahı sübut olunsa da, təəssüf ki, Rusiya tərəfin yenə də dirəniş göstərməsi, məsələni daha da qəlizləşdirməsi, Rusiya mətbuatında Azərbaycana qarşı qərəzli kampaniyanın daha da sürətlənməsi bu ölkənin günahını boynuna alıb Azərbaycanın şərtləri ilə razılaşmaq fikrində olmadığını deməyə əsas verir. Bu da, əlbəttə, çox böyük təəssüf hissi doğurur. Ən azından ona görə ki, Azərbaycan daim Rusiyaya münasibətdə xoşniyyətli və xoşməramlı siyasət yürüdüb. Biz mehriban qonşuluq və hətta müttəfiqlik münasibətləri səviyyəsinə qədər gəlib çıxmışıq. Amma bu gün Rusiya özünü çox təəssüf ki, adekvat aparmır, mehriban qonşu, dost və müttəfiq kimi hiss etdirmir və Azərbaycana qarşı bu cür haqsız-ədalətsiz, qərəzli mövqe nümayiş etdirir. Faktlar və sübutlar açıq-aydın ortadadır. İlkin hesabatda da görünür ki, Azərbaycan təyyarəsi kənar müdaxiləyə məruz qalıb, Rusiya hərbiçiləri tərəfindən vurulub və bundan sonra böyük insan tələfatı və faciə ilə nəticələnən qəza baş verib. Biz "qara qutu"dan əldə olunan intervala diqqət yetirsək hər şeyi aydın görə bilərik. Yəni Azərbaycan təyyarəsi eniş etmək imkanına malik olmayıb geri qayıdandan sonra bir neçə dəqiqəlik intervalla bir neçə dəfə təyyarəyə müdaxilə olunub, partlayış baş verib. Bütün bu detallar ilk hesabatda göstərilir. Amma təəssüf ki, Rusiya tərəfi bu cür anlaşılmaz və hiddət doğuran reaksiyalar verməkdə davam edir. Bütün bunlar Azərbaycanı beynəlxalq məhkəməyə müraciət etmək məcburiyyətində qoyur. Böyük ehtimalla, Azərbaycan dövləti tezliklə  bu istiqamətdə müəyyən addımlar atacaq. Bu gün Azərbaycan Rusiya ilə dialoqa bütün qapılarını açıb. Azərbaycan həm siyasi, həm də istintaq orqanlarının qarşılıqlı əməkdaşlığı baxımından bütün şəraiti yaradıb. Bu istiqamətdə Rusiya təəssüf ki, dialoqa gəlmək və öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürmək istəmir. Əsas məsələ bundan ibarətdir. 

Hesab edirəm ki, Azərbaycan beynəlxalq məhkəməyə müraciət etmək haqqını özündə saxlayır və bu faktları, dəlilləri, sübutları topladıqdan sonra Azərbaycan  beynəlxalq məhkəməyə müraciət edək. Hiss olunur ki, bu yöndə də hazırlıq işləri həyata keçirilir. Bu proses baş verərsə, beynəlxalq məhkəmə onun günahını bir daha sübut edərək belə qərar verərsə, Rusiyanın hansı çıxılmaz durumda olacağını təsəvvür etmək çətin deyil. Hesab edirəm ki, Rusiya nə qədər gec deyil, öz qərarını verməlidir. Yaxşı düşünməlidir və ilk növbədə Azərbaycana qarşı bu qərəzli kampaniyadan əl çəkməlidir, Bakı ilə dialoqa getməlidir, günahkarlar ciddi şəkildə cəzalandırılmalıdır". 

S.Kərimli qeyd etdi ki, baş verən bütün bu proseslər, xoşagəlməz hadisələr Azərbaycan dövlətində və Azərbaycan ictimaiyyətində böyük hiddətlə, təəssüflə qarşılanır. O hesab edir ki, Rusiya tərəfi iş beynəlxalq məhkəməyə getmədən düzgün qərar verməlidir.

S.Kərimli bildirdi ki, Rusiya göstərdiyi mövqe ilə beynəlxalq konvensiyaların şərtlərini də pozub: "Rusiya tutduğu yanlış mövqe ilə beynəlxalq konvensiyaların tələblərini pozub və buna görə də, ayrıca maddələr, müddəalar var ki, onlar əsasında ittiham oluna bilər. Ona görə də, hesab edirəm ki, Rusiya tərəfi ləngimədən bizim tələb etdiyimiz addımları atmalıdır". 

Şəmsəddin Əliyev: "Beynəlxalq məhkəmədə Rusiyaya qarşı hansı maddələr üzrə işin qaldırılacağı..."

Hüquqşünas Şəmsəddin Əliyev də "Bakı-Xəbər"ə bildirdi ki, məsələ beynəlxalq aviasiya hüquqları prinsipləri baxımından qəlizləşib. Ş.Əliyevin sözlərinə görə, ortada təyyarəmizin vurulmasını təsdiqləyən kifayət qədər mütəxəssis rəyləri var və bu rəylər də təsdiqləyir ki, təyyarəyə kənardan müdaxilə olunub, təyyarə vurulub. "Təyyarə səmtinə atılan başlıq partlayıb və onun qəlpələri təyyarəyə kifayət qədər ziyan vurub, nəticədə də təyyarə

öz uçuz zolağını itirib Qazaxıstan ərazisinə eniş etmək məcburiyyətində qalıb. Bununla bağlı möcuzə nəticəsində sağ qalmış şahidlərin ifadələri də var. Beynəlxalq Hava Hüququnun prinsiplərinə görə, bizim öz hava məkanımız üzərində sərbəst uçmağımız suverenliyimizdir. Bu həm də beynəlxalq hava hüququnun prinsiplərindən biridir. Bu prinsipə görə, hər bir dövlət öz hava məkanında beynəlxalq uçuşların həyata keçirilməsinə icazə verir, hətta lazım gələrsə, bu uçişlar üçün qadağan zonaları təyin edir. Radio rabitə və uçuşların təhlükəsizliyinin təmin olunması ilə bağlı qaydalar müəyyən edir. AZAL-a məxsus Bakı-Qroznı reysi ilə uçan təyyarə düzgün səmtdə olub. Bizim təyyarə, Çikaqo Konvensiyası da daxil olmaqla, heç beynəlxalq hava hüququnun qaydalarını pozmayıb. Faktiki olaraq, əlimizdə kifayət qədər əsaslar olması və Rusiya tərəfin bu şəkildə  susub hər hansı bir açıqlama verməməsi, özünü günahkar saymaması kimin nə deməsindən, hansı açıqlama verməsindən asılı olmayaraq belə qənaətə gəlməyə şərait yaradır ki, bu cinayət qəsdən törədilib. Burda "hadisə ehtiyatsızlıq üzündən baş verib" nəticəsinə gələ bilmərik. Nə Qroznı, nə Rusiya tərəfi, mütəxəssislər əvvəlcədən xəbərdarlıq etməmişdilər ki, o hava hücumu olur və Azərbaycan təyyarəsi üçün təhlükə baş verə bilər. Yəni təhlükə barədə xəbərdarlıq edilməli idi ki, bizim təyyarəmiz ora uçuş həyata keçirməsin. Amma bunu demədilər. Təyyarənin Azərbaycana məxsus olması onlara məlum olub. İndi suallar yaranır və o suallara cavab verilməlidir. 

Birinci, AZAL-a məxsus təyyarə Qroznıda niyə vuruldu? Buna göstərişi, tapşırığı, qanunsuz əmri kim verib? Bunlar, qeyri-leqal olsa da, Azərbaycan tərəfinə bəllidir. Amma rəsmi açıqlamalar yoxdur. Ortada ciddi istintaq araşdırmaları var. Azərbaycan-Qazaxıstan birgə istitaq qrupu fəaliyyət göstərir, ortada kifayət qədər dəlillər var.

Bizim tam ixtiyarımız var ki, baş vermiş hadisə ilə bağlı beynəlxalq məhkəıməyə müraciət edək. Bu prosesin nəticəsinin nə olacağını indidən demək çox çətindir. Bu gün dünyada   beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə inam və etibar kifayət qədər azallıb".

Ş.Əliyev bildirdi ki, Azərbaycan bu barədə beynəlxalq məhkəməyə müraciət etməlidir. "Orda tərəflər iştirak edəcək. Düşünürəm ki, bu məhkəmənin Azərbaycanın xeyrinə müsbət nəticəsi olacaq. Çünki bu gün reallıqda Rusiyaya münasibət hansı səviyyədədir, bunu bilirik. Qərbin, beynəlxalq aləmin Rusiyaya qarşı münasibəti imkan verə bilər ki, beynəlxalq məhkəmə Azərbaycanın xeyrinə qərar çıxarsın. Rusiyaya olan münasibət Azərbaycana məhkəmədə üstünlüyə malik olmaq imkanları verə bilər. Amma beynəlxalq məhkəmədə Rusiyaya qarşı hansı maddələr üzrə işin qaldırılacağı barədə nəsə demək çətindir. Bu, Azərbaycan tərəfin müraciətindən sonra bilinəcək" - deyə Ş.Əliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ