çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Gürcüstan parlamenti birpartiyalı oldu - qonşumuzda proseslər necə gedəcək...

Image


Abutalıb Səmədov: "Gürcüstanın gələcəyini daha çox Trampın münasibəti müəyyən edəcək"

Gürcüstan parlamentinin fevralın 5-də keçirilən iclasında müxalifətdən olan 49 deputatın mandatına xitam verilib. Mandatlarına xitam verilən deputatlar "Birlik – Milli Hərəkat", "Dəyişiklik Koalisiyası" və "Güclü Gürcüstan" partiyalarının nümayəndələridir.

Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, müxalif deputatlar ötən ilin noyabrında mandatlarına xitam verilməsi ilə bağlı şəxsi qaydada müraciət ediblər.

Parlamentdə müxalif partiyalardan yalnız sabiq Baş nazir Giorgi Qaxariyanın "Gürcüstan naminə" partiyasının 12 mandatı qalıb. Bununla da 150 yerlik Gürcüstan parlamentində yalnız 101 deputat qalıb.

Qeyd edək ki, ötən il oktyabrın 26-da keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edən müxalifət koalisiyaları parlamenti legitim hesab etmədiklərini bildiriblər.

Müxalifətdən olan 49 deputatın mandatına xitam verilməklə Gürcüstan parlamenti təkpartiyalı parlamentə çevrildi. 

Gürcüstan parlamenti təkpartiyalı sistemə keçdi, müxalifətdən olan 49 deputat artıq parlamentdə təmsil olunmur. Gürcüstanda indən sonra proseslər necə gedəcək? Qərb bunu necə qarşılayacaq? Ümumiyyətlə, qonşu ölkəni nə gözləyə bilər? 

"Gürcüstanı Qərbin təsir zonasında saxlamaq üçün ciddi qərarlar qəbul olunsa, bu, "Gürcü arzusu" partiyası üçün çətin və həlli mümkünsüz olan problemlər yarada bilər"

"Alyans" strateji araşdırmalar mərkəzinin rəhbəri, politoloq Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu gün Gürcüstan parlamentində 101 deputat var, onun 89-u hakim "Gürcü arzusu" partiyasını, 12-si "Gürcüstan naminə" partiyasını təmsil edir. A.Səmədovun sözlərinə görə, "Gürcüstan naminə" partiyası mandatdan imtina etmək barədə müraciət göndərməyib və bu səbəbdən 12 deputat hələ ki, mandatdan məhrum olunmayıb. "Ancaq bu deputatlar parlament iclaslarında iştirak etmək fikrində deyillər, bu səbəbdən çox güman ki, yaxın aylarda onlar da parlamentdən uzaqlaşdırılacaqlar, mandatdan məhrum ediləcəklər. Əsas da, parlament iclaslarında iştirak etməmək göstəriləcək. Beləliklə, Gürcüstan parlamenti 89 nəfər "Gürcü arzusu" pariyasının təmsilçilərindən ibarət olacaq. Bundan sonra Gürcüstanı nə gözləyir? Bu, ilk növbədə ABŞ-ın yeni prezidentinin tutacağı mövqedən aslı olacaq. İnauqurasiyadan sonra Tramp bir çox məsələlərə münasibət bildirib, bəzi məsələlərin üzərində dönə-dönə dayanıb, ancaq Gürcüstan barədə bir kəlmə də deməyib. Ona görə həm müxalifət, həm halimiyyət təmsilçiləri Trampın hansı mövqe tutacağını intizarla gözləyirlər. Hərəsinin özünə məxsus arqumentləri, ümidləri var. Məlumdur ki, inauqurasiya mərasiminə Gürcüstan hakimiyyətinin təmsilçiləri dəvət olunmadı, yalnız müxalifət və keçmiş prezident Zurabaşvili orda iştirak etdi. Bayden dövründə Gürcüstana qarşı kəskin addımlar atıldı, strateji tərəfdaşlıq haqqında müqavilənin fəaliyyəti dayandırıldı, İvanaşviliyə və digər dövlət üzvlərinə qarşı müəyyən sanksiyalar tətbiq olundu. Ancaq Gürcüstanın gələcəyini daha çox Trampın münasibəti müəyyən edəcək. Müxalifətin ümidləri nəyədir? Müxalifət düşünür ki, "Gürcü arzusu" daha çox Rusiyanın arzularını reallaşdırır və bu dövlətin bölgədə nüfuzunun artmasına xidmət edir, bu da, təbii, Trampın xoşuna gələ bilməz. İkincisi, hakim partiya Çinlə yaxın münasibətlər qurur, Çinin təsiri Cənubi Qafqazda artmaqdadır, təbii ki, bu da Trampın xoşuna gələ bilməz. Çünki Çin Trampın əsas rəqib saydığı dövlətdir və elə hakimiyyətə gələn kimi ilk problemlərindən biri Çin mallarıa müəyyən rüsumlar tətbiq etməyi oldu. Digər tərəfdən, "Gürcü arzusu" partiyası və baş nazir İranla da yaxın münasibətlər qurmağa cəhd göstərir, İran prezidentinin inauqurasiya mərasimində şəxsən baş nazir özü iştirak etdi. Bu da, aydındır ki, ABŞ-ın yeni prezidentinin xoşuna gəlməyəcək məsələlərdən birdir. Müxalifət buna çox ümid edir. Hakim partiyanın ümidləri nə ilə bağlıdır? Birincisi, hesab edirlər ki, Trampın cinslərlə, ailə dəyərləri ilə bağlı fikirləri "Gürcü arzusu" partiyasının mövqeyi ilə üst-üstə düşür və bu amil onları yaxınaşdıra bilər. Digər mühüm amil Macarıstan prezidenti Viktor Orbanın "Gürcü arzusu" partiyası ilə yaxın münasibətləridir. Məlumdur ki, Macarıstan prezidenti Trampa ən yaxın olan adamlardan biridir. Ümid edirlər ki, ABŞ-ın yeni prezidenti ilə "Gürcü arzusu" partiyası arasında münasibətlərin yaxşılaşmasında Viktor Orban müəyyən kömək göstərə bilər və "Gürcü arzusu" pariyası buna ümid edir". 

A.Səmədov qeyd etdi ki, mütəxəssislərin düşüncəsinə görə, Gürcüstan ABŞ-ın prioritetlərindən biri deyil: "Hətta ola bilər, ilk 50-100 prioritet siyahısına da daxil deyil. Çünki elə böyük təbii sərvətləri yoxdur ki, Trampı maraqlandırsın və Trampa təklif ediləcək ciddi iqtisadi layihələr də yoxdur. Ancaq Cənibi Qafqaz uğrunda mübarizədə ABŞ Gürcüstana müəyyən əhəmiyyət verə, onun Rusiyanın tamamilə təsirinə düşməsinin qarşısını almaq üçün müəyyən addımlar ata bilər.  Müxalifətin əsas ümidi də bununla bağlıdır. Hamı gözləyir, həm iqtidar, həm müxalifət. Trampın tutacağı mövqe Gürcüstanın gələcəyinə ciddi şəkildə təsir göstərəcək. Ancaq tamamilə mümkündür ki, o, əsas diqqətini Rusiya-Ukrayna müharibəsinə yönəltsin, Gürcüstanla bağlı bundan sonra da konkret fikirlər söyləməsin, bundan da, təbiidir, "Gürcü arzusu" partiyası faydalana bilər. Ancaq əgər Gürcüstan hakimiyyətinə qarşı kəskin addımlar atılsa, Gürcüstanı Qərbin təsir zonasında saxlamaq üçün ciddi qərarlar qəbul olunsa, bu, "Gürcü arzusu" partiyası üçün çətin və həlli mümkünsüz olan problemlər yarada bilər. 

Hər şey yaxın həftələrdə aydınlaşacaq. Gürcüstan cəmiyyəti də gözləyir, Gürcüstanda ABŞ-a böyük ümidlər bağlayan insanlar kifayət qədərdir. Biz də bu gözləntilərin nəticəsinin necə olacağını gözləmək məcburiyyətindəyik. Tramp müxalifətin istədiyi kimi hərəkət edəcək, yoxsa hakimiyyətə yaxın mövqemi tutacaq? Bu yanaşma Gürcüstanın gələcəyinə ciddi şəkildə təsir göstərəcək". 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ