çərşənbə günü, 28 oktyabr 2026
     

Gürcüstan prezidenti dünyadan "xəbərsiz" and içdi...

Image


Yola salınan il çoxsaylı geosiyasi, geoiqtisadi kataklizmlərlə də yadda qaldı. Onların bəzilərinin təsiri gələn il ərzində də özünü göstərəcək. Bu xüsusda Ukrayna münaqişəsi yenə ön planda gəlir. Ukrayna müharibəsi qlobal münaqişəyə çevrilib. Ekspertlər qeyd edir ki, savaş Qərbi mövcud dünya düzənini sorğulayan dövlətlərin yaranmaqda olan blokuna qarşı qoyur.

Ukraynadakı müharibəni çözümə yaxınlaşdıra biləcək amil Ağ Evdə baş verəcək dəyişiklikdir. Yeni prezident Donald Tramp hələ də Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına vasitəçilik etməyə hazır olduğunu deyir. Ekspertlər bildirir ki, Rusiya prezidenti Vladimir Putinin münaqişəni bitirməyə razılığı iki başlıca amildən asılı olacaq: Birincisi, ölkəsinin iqtisadi durumunun uzunmüddətli savaşı sürdürməyə yol verə bilməyəcəyini Rusiya prezidentinin anlamasıdır. İkincisi isə, Putinin Ukraynaya hərbi basqıdan siyasi təsir və destabilizasiya yoluna keçməyə hazır olmasıdır. Belə sülh altında Ukraynanın gələcəyi Qərb tərəfdaşlarının güvənlik təminatlarından və Ukrayna cəmiyyətinin Rusiyanın sabitliyi pozmaq cəhdlərinə - məsələn, gələcək prezident seçkiləri zamanı dezinformasiya axınına, - dirəniş gücündən asılı olacaq. Ancaq Putin savaşı sürdürmək üçün yetərli resursu olduğunu düşünsə, münaqişə, heç sözsüz, 2025-ci ildə və hətta ondan sonra da davam edəcək. Ancaq Britaniyanın "Financial Times" qəzeti yazır ki, Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanəti vermədən onu sülh sazişi bağlamağa məcbur edə bilər. Məqalədə deyilir ki, nizamlanma ABŞ, Rusiya və Çin arasında böyük sövdələşmə formasında baş tutacaq. Razılaşmanın şərtlərinə görə, ABŞ-ın bir sıra təsir dairələrindən imtina edəcəyi iddia edilib. "Berliner Zeitung" qəzeti yazıb ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar Rusiya və ABŞ arasında aparılmalıdır. Nəşrin məlumatına görə, kritik məsələlər ikitərəfli qaydada müzakirə olunacaq.

Ukrayna ilə yanaşı, dünya siyasətinə Cənubi Qafqaz prosesləri də təsir etməkdə davam edəcək. Hələ bir il öncə Ermənistanla Azərbaycan arasında sülh çox yaxın görünürdü. Hər iki tərəf saziş imzalamağa, az qala, hazır olduğunu dilə gətirmişdi. Əsas məsələlərin çoxunda razılığa gəlinmişdi. İndi məsələ, demək olar, İərəvanın günahı üzündən eyni nöqtədədir. Ermənistanla Azərbaycan hələ də sülh sazişinin bəzi məqamlarını dartışır. Bununla yanaşı, Qafqazda diqqət Gürcüstana yönəlib. Oktyabrda keçirilən parlament seçkilərinin həlledici olacağı əvvəldən gözlənilirdi. Ancaq seçkidən sonra meydana gələn böhran heç kimin gözləmədiyi qədər təhlükəli vəziyyət yaradıb. Müxalifət və etirazçılar seçkinin nəticələrini qəbul etməkdən boyun qaçırırlar. Onlar nəticələrin qeyri-legitim olduğunu deyirlər. Hökumətin etirazları yatırmaq üsulu artıq Gürcüstanın postsovet dövründəki ən sərt tədbirlər kimi tarixə düşüb. Dekabrın 29-da prezidentlik müddəti başa çatan Salome Zurabişvili postu tərk etmək istəməsə də sonda mövqeyini dəyişməli oldu. Onun hökumətlə toqquşmasının nəticəsi ağır ola bilərdi. Ənənəvi olaraq, Gürcüstanın əsas tərəfdaşları olan ABŞ və Avropa gücləri ilə münasibətlər pisləşməyə davam edir. Hazırda istər hökumət, istərsə müxalifət və etirazçılar güzəştə getmək niyyətində olmadığından hər hansı proqnoz vermək çətindir, ancaq bir ildən sonra Gürcüstan siyasəti indi olduğundan çox fərqli görünəcək. Dekabrın 29-da Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib. Gürcüstan parlamentinin binasında keçirilən mərasimdə Gürcüstanın baş naziri, nazirlər, parlamentin sədri və deputatlar, Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, 300 nəfərlik Seçici Kollegiyasının üzvləri iştirak ediblər. Mərasimə, həmçinin "Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili, partiyanın sədri İrakli Qaribaşvili, Baş katib Kaxa Kaladze və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri qatılıblar. Yeni prezidentin andiçmə mərasiminə xarici ölkələrdən qonaqlar, eləcə də Tiflisdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri dəvət olunmayıb. Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili isə qeyd edir ki, ölkə müstəqil inkişafını dvam etdirəcək: "Gürcüstana qarşı tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinə mənfi təsir göstərsə də, ABŞ ilə münasibətlərin yenidən qurulması səbəbindən vəziyyət dəyişə bilər". Onun sözlərinə görə, Qərblə münasibətlərin pisləşməsi fonunda ABŞ və Avropa ölkələrində hökumət üzvlərinə və ayrı-ayrı məmurlara qarşı şəxsi sanksiyalar tətbiq edilir: "Bundan əlavə, Avropa Komissiyası diplomatik pasportlardan istifadə edən Gürcüstan vətəndaşlarının Aİ-yə girişinin qadağan edilməsini tövsiyə edib. Təbii ki, sanksiyalar mənfi təsir göstərəcək, amma eyni zamanda düşünürəm ki, sonradan münasibətlərimiz keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaq". O qeyd edib ki, Qərb Gürcüstanın hazırkı hakimiyyətini demokratiyadan geri çəkilməkdə, anti-Qərb ritorikasında və konspirasiya nəzəriyyələrinin yayılmasında ittiham edir: "Bu ittihamların heç bir əsası yoxdur. Gürcüstan demokratik yolla inkişaf edir və Avrointeqrasiyanı lazımi səviyyədə davam etdirir".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ