çərşənbə günü, 28 oktyabr 2026
     

2024 Ermənistanın delimitasiyaya məcbur edildiyi ildir...

Image


Namiq Alıyev: "Delimitasiya prosesi başlayanda elə zənn etdim ki, bu proses Qazaxdan başlayıb Arazın sahilində bitəcək"

2024-cü il Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması ili kimi yadda qaldı. 

Bu proses Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunan razılaşması əsasında həyata keçirilib. 

Dörd kəndin qaytarılmasından sonra delimitasiyanın davam edəcəyinə və Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin də qaytarılacağağına  ümid edilirdi, amma prosesin ardı gəlmədi. 

"Yuxarı Əskipara kəndinin sakinləri ilə mütəmadi söhbətlər edirəm, hamıısı narahatdır ki, görəsən, bizim kəndlərimizin taleyi necə olacaq"

Bu məsələ ilə bağlı Qazax rayon Qızılhacılı kənd sakini, I dərəcəli Qarabağ müharibəsi qazisi, ehtiyatda olan kəşfiyyatçı zabit Alıyev Namiq Famil oğlu ilə söhbət etdik. 

- Namiq müəllim, Qazaxın dörd kəndi Azərbaycana təhvil verildikdən sonra sizin təəssüratlarınızı öyrənmişdik. Siz sərhədlərin delimitasiyasının davam edəcəyinə və Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin də qaytarılacağına inandığınızı deyirdiniz. Amma delimitasiyanın davamı gəlmədi. Bu prosesin davamının gəlməməsi nə ilə bağlı idi. Niyə gəlmədi?

- Dörd kəndimiz geri qaytarılanda çox sevindik və 30 il həsrət qaldığımız kəndlərimizi ziyarət etdik. Təkcə mən yox, hamı, eləcə də hazırda işğal altında olan o üç kəndin əhalisi inanırdı ki, proses davam edəcək və o kəndlər də tezliklə qaytarılacaq. Delimitasiya prosesi başlayanda elə zənn etdim  ki, bu proses Qazaxdan başlayıb Arazın sahilində bitəcək. Sadəcə olaraq, bir addım atıldı və sonra dayandı, çox təəssüf ki, delimitasiya davam etmədi. Bunun nə ilə bağlı olduğunu biz bilə bilmərik, bunun əsl səbəbini dövlətimiz bilir. Biz onu bilirik ki, Ermənistan bizim torpaqlarımızı işğal edib, ermənilər ərazilərimizi mənimsəyiblər və Qazaxın üç kəndi də, Naxçıvanın bir kəndi də geri qaytarılmalıdır.    

- Camaat bu məsələ ilə maraqlanırmı?

- Delimitasiyanın ardının gəlməməsi bizi çox narahat edir. Təbii ki, bunun səbəbləri ilə hamımız maraqlanırıq. Sərhədçilərimizdən də soruşuruq ki,  bunun ardı niyə kəsildi. Amma sualımıza cavab ala bilmirik. Ya onların da bu barədə məlumatları yoxdur, ya da nələrinsə bizə bildirilməsi məsləhət deyil. Sərhədçilərin bunu bizə deməməsi tam doğrudur. Sərhəd Qoşunları öz vəzifələrini icra edirlər. Rayon rəhbərliyi də deyir ki, narahat olmayın, hər şey yaxşı olacaq. 

- Növbəti ildə o ərazilərin qaytarılmasına ümidiniz varmı?

- Azərbaycan dövləti bu istiqamətdə əlindən gələn hər şeyi edir ki, delimitasiya prosesi uğurla başa çatsın, o kəndlərimiz də bizə təhvil verilsin. Əgər Ermənistan və havadarları prosesə mane olmazlarsa 2025-ci ildə o kəndlərin də qayıtmasına ümid edirik. Öz doğma kəndimizdə yaşamaq, həyatımızı davam etdirmək həyatımızın mənasıdır. Orada yaşamaq həyatımızın anlamıdır. Yəni Qazaxın Sofulu, Barxudarlı və Yuxarı Əskipara, Naxçıvanın Kərki kəndinin işğaldan azad olunması ən böyük arzumdur.  

- Delimitasiya prosesinin davam etməməsində Ermənistanın günahı nədir?

- Bu məsələdə Ermənistanın məsuliyyəti çox böyükdür. Ermənistan gündə bir bəhanə uydurur ki, delimitasiya getməsin, hansısa xəritələrdən danışır və sair. Burada Ermənistanla yanaşı xarici qüvvələrin, ona arxa-dayaq olan mərkəzlərin, qüvvələrin də təsiri var. Rusiyanın özünün də təsiri az deyil. Biz bunu aydın hiss edirik.  Dünya çalxalanır, dünyada nə haqq, nə ədalət, nə də insaf qalıb. Aydın olur ki, bu prosesin uzanması, başa çatmaması kimlərinsə marağındadır. 

Görünən odur ki, Ermənistan bizim əraziləri qaytarmaq istəmir. Ermənilərin özlərinin narazılığı və narahatlıqları var. Özləri etiraf edirlər ki, o torpaqlar onlara aid deyil, amma çıxmaq istəmirlər. Çünki bizim münbit torpaqlardan həm əkin, həm də otlaq sahəsi kimi istifadə edirlər. Bunlar təbii ki, narahat olacaqlar, münbit torpaqların əllərindən çıxmasını istəmirlər. Onu da deyim ki, sadə ermənilər də müharibədən beziblər. Müharibəni xalqlar yox, siyasətçilər edir. Xalqlar müharibə istəmir, evində-eşiyində dinc yaşamaq istəyir. 

Amma məqam gəlib yetişəcək və biz yenə də öz istəyimizə nail olcağıq. Demək zamana ehtiyac var. Mən Xankəndiyə getmişdim, dostlara dedim ki, mən yaşadım. Nənələrimizin sözü ilə desəm, Xankəndini gördüm daha qəm etmərəm. İndi də deyirəm, bu prosesin davam etməsini, qalan dörd kəndimizin də qaytarılmasını görsəm, qəm yemərəm. Mən Yuxarı Əskipara kəndinin sakinləri ilə mütəmadi söhbətlər edirəm, hamısı narahatdır ki, görəsən, bizim kəndlərimizin taleyi necə olacaq. Hər gün onlar o sualları verirlər, amma cavab yoxdur.    

- Növbəti ildə gözləntiləriniz nədir?  

- Biz kəndimiz qaytarılandan sonra getdik, ayaqlarımızı o torpaqlara basdıq. Belə bir söhbət var ki, 2025-ci ilin yanvar ayından o dörd kənddə tikinti-quruculuq işlərinə başlanılacaq. Kəndlərimiz yenidən qurulacaq. Amma bizi indi Qazaxın üç, Naxçıvanın isə bir kəndi maraqlandırır. Gözləyirik, görək necə olacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ