çərşənbə günü, 28 oktyabr 2026
     

İran Ermənistanla hərbi təlimə niyə bu qədər can atır?..

Image


İbrahim Rüstəmli: "İranın bu cəhdlərinin arxasında dayanan amil odur ki, o, Ermənistanı itirmək istəmir"

İranın Ermənistana hər zaman isti yanaşdığı, Birinci və İkinci Qarabağ müharibələri dövründə, eləcə də sonrakı vaxtlarda bu ölkəyə yaxından dəstək verdiyi, onu müdafiə etdiyi məlumdur. 

Ermənistan və İran arasında bir sıra sahələr üzrə əməkdaşlıq mövcuddur. İndi də belə görsənir ki, İran Ermənistanla birlikdə hərbi təlim keçirməkdə maraqlıdır. Artıq İran tərəfindən bu istiqamətdə fikirlər səsləndirilir. Belə ki, Azad İran Telegram kanalının ermənipərəst "Miran Press" Telegram kanalına istinadən yaydığı məlumata görə, Avrasiya və Qafqaz məsələləri üzrə iranlı bədnam ekspert Ehsan Movəhhediyan bildirib ki, Tehran Ermənistan və İran arasında birgə təlim keçirməyi təklif edib, ancaq dörd ildir ki, Ermənistandan heç bir cavab əldə edilməyib. 

Movəhhediyan "Sünik əyaləti İran üçün vacibdir, ancaq erməni xalqının və hökumətinin də onu qorumağa iradəsi olmalıdır"-deyə bildirib. 

Yeri gəlmişkən, Ermənistan ordusunun 2024-cü ildə ABŞ hərbiçiləri ilə birgə hərbi təlimləri keçirilib. Amma dörd ildir ki, Ermənistan İranın hərbi təlim təklifinə cavab verməyib. 

İran Ermənistanla birgə hərbi təlimlərə niyə bu qədər cəhd edir? 

"Düşmənlərinin İrəvanda oturması onu ciddi şəkildə narahat edir, ona görə də birgə hərbi təlim məsələsini gündəmə gətirir"

Hərbi ekspert İbrahim Rüstəmli "Bakı-Xəbər"ə şərhində "Əvvəla, onu həmişə diqqət mərkəzində saxlamaq lazımdır ki, Ermənistan vassal bir dövlət kimi Rusiya və İran üçün həmişə vacib bir vasitə olub. Yəni İran da, Rusiya da Ermənistandan bir vasitə kimi istifadə edib. 44 günlük Vətən savaşından sonra Cənubi Qafqazdakı iqtisadi, siyasi konfiqurasiyalar kökündən dəyişib, yeni ritmlər, yeni coğrafi mövqelər, siyasi baxışlar və sair meydana gəlib. Bu baxımdan, artıq Ermənistanın həm Rusiya, həm də İran üçün strateji müttəfiq olduğunu iddia etmək çox çətindir. Çünki bu gün Ermənistan öz ərazilərində Amerikanın, Fransanın, bir sıra Avropa dövlətlərinin, belə demək mümkünsürsə, çox yüksək səviyyədə təşkil olunmuş tədbirlərini həyata keçirir. Eyni zamanda o ölkələr Ermənistanda hərbi qulluqçularını yerləşdirir. Bununla da həm Rusiyaya, həm də İrana mesaj vermək istəyir ki, biz artıq sizin müttəfiniz deyilik"-deyə bildirdi. 

İ.Rüstəmli qeyd etdi ki, İranın Ermənistanla hərbi təlim keçmək istəyi təsadüfi deyil və o, Ermənistanı yenidən öz tərəfinə çəkmək istəyir: "Artıq İranın düşmənləri İrəvanda mövqe seçiblər. Düşmənlərinin İrəvanda oturması onu ciddi şəkildə narahat edir, ona görə də birgə hərbi təlim məsələsini gündəmə gətirir. Yeni geosiyasi reallıq baxımından yanaşsaq görəcəyik ki, bu gün Ermənistan daha çox ABŞ-ın, Fransanın və digər bu kimi dövlətlərin meydanına çevrilib. Bu dövlətlər də nə Rusiya, nə də İran üçün dost dövlətlərdir.    

Bu gün ola bilsin, İran öz siyasi, iqtisadi və hərbi maraqlarına görə bu və digər şəkildə İrəvanla əlaqələrin bərpasına cəhd göstərsin. Amma məsələyə indiki reallıqlar baxımından yanaşsaq görəcəyik ki, İranın Avropa İttifaqı, Fransa və ABŞ-la  münasibəti yoxdur. Eyni zamanda bu sözlər Rusiyaya da aiddir. Ancaq indi Ermənistanda bu ölkələrin dilində daha çox danışılır, onların iradəsi daha çox keçərlidir. Tarixdən də bilirsiz ki, Ermənistan İranın və Rusiyanın əlində marionet bir dövlət olub, ondan alət kimi istifadə olunub. İndi Ermənistan başqa dövlətlərin əlinə keçib. 

İranın bu cəhdlərinin arxasında dayanan amil odur ki, o, Ermənistanı itirmək istəmir. İran Ermənistanı itirməklə Cənubi Qafqazda nüfuz dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmış olur. Bu sözlər Rusiyaya da aiddir". 

İ.Rüstəmlinin fikrincə, Rusiya Ukrayna ilə problemlərini həll etdikdən sonra Ermənistan bu ölkəyə qarşı sərgilədiyi siyasətə görə cavab verməli olacaq: "Rusiya heç nəyi cəzasız qoymur. Bu sözləri İran haqqında da demək olar. Reallıq baxımından bu yaxın vaxtlarda mümkün olan deyil. Amma İranın İrəvana meyl göstərməsi onun siyasi və hərbi maraqları ilə bağlıdır. Burda "Zəngəzur dəhlizi" və digər məsələlərlə bağlı çox ciddi problemlər yaşandı. Azərbaycanın iradəsinin əksinə olaraq istər İran, istərsə də Rusiya tərəfindən bir sıra kürsülərdən müəyyən fikirlər səsləndirildi. Amma başa düşəndə ki, artıq İrəvanın ərazisində fransızca, ingiliscə danışırlar, bütün bunlar İran üçün çox xoşagəlməz bir haldır. İran, ola bilsin, İranla münasibətlərin bərpası üçün cəhd göstərsin, amma yaxın 30-40 il ərzində o münasibətləri bərpa etmək çox çətin olacaq. Çünki əlaqələr kökündən qırılıb. Halbuki, tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaranmasında elə İranın, İran kimi də Rusiyanın çox böyük rolu olub. Onların özlərinin öz siyasi və hərbi məqsədləri üçün yaratdıqları dövlət indi başqalarının hərbi, siyasi, iqtisadi maraqları üçün bir trampilin rolunu oynayır. Əlbəttə, bu, Rusiya və İran üçün arzuolunmaz haldır".  

İ.Rüstəmli qeyd etdi ki, bir vaxtlar Ermənistanla İran Azərbaycana qarşı birləşdilər, amma indi tamam başqa dövrdür. "İndi vəziyyət dəyişib. Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə öz sözünü deyən və mövqeyini müdafiə edən bir ölkə kimi tanınıb. Təbii ki, bu da Tehran-İrəvan, İrəvan-Moskva münasibətlərində də ciddi problemlər yaradır. Bu gün Azərbaycanın güclü və bütöv bir dövlət kimi varlığı İranın da, Rusiyanın da arzuolunmaz bir formada kənarda qalması ilə nəticələnib. Yəni artıq siyasətdə müəyyən diaqonal dəyişikliklər həyata keçirilib. Bu köklü dəyişikliklər nəticəsində ortaya çıxan və görünən budur ki, həm Rusiya, həm də İran Ermənistanı itirib"-deyə İ.Rüstəmli bildirdi. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ