şənbə günü, 22 avqust 2026
     

“Azərbaycan möhtəşəm uğurları ilə “Konstitusiya və Suverenlik ili”nə qədəm qoyur” - Vüqar Rəhimzadə

Image


2024-cü ilin son günlərindəyik. Dövlətimizin başçısı İlham Əliyevin 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa ənənəvi müraciəti cari ilin uğurlarının və qarşıdakı dövrün hədəflərinin təqdimatı olacaq.

2024-cü il öncə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri ilə yadda qaldı. Yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi 2024-cü ilin uğurlarının əsası oldu. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Yeni hədəflər 14 fevral tarixində keçirilən andiçmə mərasimində bütün sahələr üzrə diqqətə çatdırıldı. 

Təbii ki, hazırkı dövrün əsas hədəfləri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması, hərbi gücümüzün daha da artırılmasıdır. Bu çağırışlar 2025-ci ilin dövlət büdcəsində də öz əksini tapıb. Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini (8,6 milyard manat) təşkil edir. Bərpa-quruculuq işlərinə 4 milyard manat vəsait ayrılıb. Ümumilikdə 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. Görülən işlərin miqyası hazırda sakinlərinə qovuşan ərazilərimizin say tərkibində özünün aydın ifadəsini tapır. Bu il Laçın və Füzuli şəhərlərinin sırasına Şuşa, Xocalı və Cəbrayıl da daxil oldu. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə etdi. Ötən ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra Xocalı şəhərində qısa müddətdə görülən işlər xocalılıların 28 May-Müstəqillik Günündə doğma yurd-yuvalarına qayıdışında özünün aydın ifadəsini tapır. Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı. Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. İşğaldan azad edilmiş ərazilərdə yaşayanların sayı 34 min nəfərə çatıb. 

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu ilin zəfər səhifələrindən biri də Qazaxın 4 kəndinin qaytarılması oldu. Dövlətimizin başçısı İlham Əliyevin iradəsi və prinsipial addımları Ermənistanı həmin kəndləri qaytarmağa məcbur etdi. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Ölkə Prezidenti, həmçinin uğurlarımızın təhlili əsasında belə bir reallığı da diqqətə çatdırır ki, bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi, bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və  bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.

Millət vəkili qeyd edib ki, 2024-cü il Azərbaycanın beynəlxalq nüfuzuna yeni əlavələrin edilməsi ilə diqqətdə oldu. Ötən ilin dekabrında dünyanın mötəbər tədbirinin – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olundu. Dövlətimizin başçısı İlham Əliyev ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qəbul edilən qərarın əsasında böyük əminliklə vurğuladı ki, beynəlxalq nüfuzumuz gündən-günə artır. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar  dünya ictimaiyyəti tərəfindən ölkəmizə göstərilən böyük hörmət və rəğbət, eyni zamanda, yaşıl enerjiyə keçidimizə verilən yüksək qiymət kimi dəyərləndirildi. Noyabrın 11-23 tarixlərində Bakı bütün dünyanın mərkəzinə çevrildi. COP29-a qatılmaq üçün 197 ölkədən 76 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması həm dövlətimizə, həm də dövlətimizin başçısı İlham Əliyevə böyük etimadın göstəricisi oldu. İqlim konfransında qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Azərbaycan tədbirin dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etdi. Əldə edilən uğurlu nəticələr, COP29-un son günündə bütün tərəflərin yekdilliklə bu mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qətnamə layihəsini  qəbul etmələri ölkəmizin liderliyinin bariz göstəricisidir. Dövlət başçısı İlham Əliyev tədbirdən sonra sosial şəbəkə hesablarında "COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!" sərlövhəli   paylaşımında Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirərək bildirdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və  bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə hazırlığı və ev sahibliyi ilə bir daha təsdiqlədi ki, yaşıl keçidin güclü carçısıdır.

Vüqar Rəhimzadə diqqəti "Yaşıl dünya naminə həmrəylik ili"ni uğurla başa vuran Azərbaycanın "Konstitusiya və Suverenlik ili"nə qədəm qoymasına diqqəti yönəldib. Bildirib ki,  dövlət başçısı İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il  ölkəmizdə "Konstitusiya və Suverenlik ili" elan edildi. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq imzalanan sənəddə də qeyd edildiyi kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə hakimiyyətsizliyin mövcudluğu Azərbaycanı böyük çətinliklərlə,   təhlükələrlə üz-üzə qoydu. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Ölkəmizin ən çətin günlərində  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı yenidən qurdu, dövlətçiliyin əsaslarını yaratdı. Hər bir ölkənin inkişafında sabitliyin əsas faktor olduğunu önə çəkən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı.

Milli Məclisin deputatı bildirib ki, son 21 ildə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev müasir müstəqil Azərbaycanı qalib, suverenliyi tam bərpa edilən ölkə kimi dünyaya təqdim etdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu.  Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. Bu gün Azərbaycan dövləti xalqımızın milli maraqlarını öndə saxlayaraq yeni reallıqlar şəraitində müstəqil siyasətini prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22.08.2026 / 18:34
Memar Rizvan Qarabağlının yaradıcılığında vətənpərvərlik motivi...

22.08.2026 / 17:11
İrandan ABŞ-a açıq təhdid - güc yolu ilə onları buna məcbur edəcəyik…

22.08.2026 / 16:36
İsrail Dəməşqdə bir avtomobili vurdu…

22.08.2026 / 16:21
Xalq artisti Şükufə Yusupovanı avtomobil vurdu - vəziyyəti ağırdır...

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

22.08.2026 / 15:21
Moskva hava limanlarına genişmiqyaslı hücum planı - Ukrayna müharibə tarixində bir ilkə imza ata bilər…

22.08.2026 / 14:30
Novorossiysk limanında hücuma məruz qalan gəmi heyətini qurtarmağa göndərilən türk gəmisi də vuruldu – ölən və yaralananlar var…

22.08.2026 / 13:58
85 min nəfər ixtisaslı kadra ehtiyac var,6500 avro maaş veriləcək…

22.08.2026 / 13:15
ABŞ-ın BMT-yə borcu 4 milyardı keçdi - Vaşinqton səsvermə hüququnu itirə bilər…

22.08.2026 / 12:32
Tramp Hörmüzü "ABŞ ərazisi" adlandırdı – “qalib gəlib-gəlmədiyimizi bilmirik”…

22.08.2026 / 12:17
Bakıda oğurluq edən 4 şəxs saxlandı

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 11:00
Əməkdar jurnalist Nurani vəfat edib

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

22.08.2026 / 09:19
Xəzər dənizində zəlzələ oldu

22.08.2026 / 06:49
ABŞ İrana hücumların bərpasını istisna etmir - Tramp açıqladı

22.08.2026 / 06:19
Tramp barəsində impiçment veriləcəyinə əmindir - Demokratlar seçkidə qalib gələrsə…

22.08.2026 / 05:49
Türkiyə Netanyahunu İnterpol axtarışına verir? - Ankara-Təl-Əviv gərginliyi artır…

22.08.2026 / 05:41
Tramp Ağ Evdə bunker tikdirir - məhkəmə qərar verdi

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

21.08.2026 / 13:57
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

21.08.2026 / 13:55
Prezident: "Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"

21.08.2026 / 13:49
"Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir" - Prezident

21.08.2026 / 13:47
Prezident İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

21.08.2026 / 13:45
"Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir" - Prezident

21.08.2026 / 13:42
Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

21.08.2026 / 13:37
"Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır" - Prezident

21.08.2026 / 13:33
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

21.08.2026 / 13:18
Simonyan yeni vəzifədə Azərbaycan və Türkiyə üçün çox şeylər edəcəyini bildirdi...

21.08.2026 / 13:06
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanaya müraciət etdi...

21.08.2026 / 12:44
Rusiya və İran “Xəlvət və təhlükəsiz marşrutla” yükdaşımaları artırır...

21.08.2026 / 12:05
Dankan Norman:"Hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər"

21.08.2026 / 12:03
Səfir:"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır"

21.08.2026 / 12:02
Britaniya səfiri:"Bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb"

21.08.2026 / 11:50
"Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik" - Konqolu deputat

21.08.2026 / 11:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 11 vaqon buğda, 4 vaqon arpa göndərdi

21.08.2026 / 11:18
Su Polis paytaxt və bölgələrdə qanun pozuntuları aşkarladı

21.08.2026 / 11:02
"Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb" - Ruanda səfiri

21.08.2026 / 09:47
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

21.08.2026 / 09:22
BMT Baş katibliyinə namizəd Ukrayna üçün çıxış yolu tapdı - NATO “sevdasından” əl çəkmək…

21.08.2026 / 09:10
Nazarbayev rəsmən xalqa müraciət hüququndan məhrum edildi - “ömürlük” status qaldırıldı

21.08.2026 / 08:13
"Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan

21.08.2026 / 07:49
Almaniyada 4 ay ərzində 14.000 insan ölüb - istidən…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ